Ana səhifə
Naviqasiyaya keç
Axtarışa keç
Hamının redaktə edə biləcəyi azad ensiklopediya olanVikipediyaya xoş gəlmisiniz!
Hazırda Azərbaycanca Vikipediyada 200.913 məqalə mövcuddur. |
|
Hazırda Azərbaycan dilində 200.913 məqalə mövcuddur.
Həftənin seçilmiş məqaləsi
Dünyəvi zövqlər bağı — erkən Niderland rəssamı İeronim Bosxun triptix rəsm əsərinə verilmiş müasir ad. Əsərin orijinal adı itirilib, İspaniya kralı IV Filippin tərtib etdirdiyi invertarda əsər "La Pintura del Madrono" adlandırılıb. Triptixin Bosx tərəfindən 40 və ya 50 yaşlarında 1490 və ya 1510-cu illərdə işlənildiyi güman edilir. Bu əsərdə rəssam bütün yaradıcılıq qabiliyyətini büruzə vermiş, başqa heç bir tamamlanmış əsərində təsvir etdiyi mövzunu bu əsərdə olduğu qədər qarışıq, ifadəli və canlı təsvir edə bilməmişdir. Triptix bir mərkəzi, bir sağ və bir sol qapaqlardan təşkil olunmaqla, palıd ağacından hazırlanmış lövhələr üzərində yağlı boya ilə işlənmişdir. Kənar qapaqlar örtüldüyü zaman bu lövhələrin arxasında Yer kürəsinin Bibliya kitablarında verilmiş təsviri görünür. Triptixin daxili səhnələri ehtimal ki, (bu dəqiq deyil) soldan sağa planlaşdırılmışdır. Sol lövhədə Tanrının Həvvanı Adəmlə tanış etməsi, mərkəzi lövhədə çılpaq fiqurlar və cinsəllik təsvirləri, fantastik canlılar, böyük meyvələr və hibrid daş qurğular göstərilmişdir. Sağ lövhədə incə cəhənnəm əzabı və əziyyət çəkən fiqurlar göstərilmişdir. |
Həftənin yaxşı məqaləsi
Türkmən (etnonim) — orta əsrlərdə oğuz türk mənşəli xalq üçün geniş istifadə olunan termin. Oğuz türkləri VIII əsrdə Mərkəzi Asiyada, Aral və Xəzər dənizləri arasında yerləşən ərazidə tayfa konfederasiyası yaradan və türk dil ailəsinin oğuz qolunda danışan qərbi türk xalqı idi. Qədim və tanış olan "türk" adı, həmçinin "Bayat", "Bayandur", "Əfşar", "Qayı" kimi tayfa adları ilə yanaşı, əslən eksonim olan "türkmən" sözü son orta əsrlərə aiddir. X əsrdə islam mənbələri oğuz türklərini şamanist və ya buddist türklərdən fərqli olaraq müsəlman türkmənlər adlandırırdılar. Bu, oğuz türklərinin əksəriyyəti müsəlman olduqları üçün XII əsrdə Bizans vasitəsilə Qərb dünyasının istifadəsinə daxil olmuşdur. Sonralar "oğuz" termini oğuz türklərinin özləri arasında tədricən "türkmən" ilə əvəz edilmiş və beləliklə, eksonim endonimə çevrilmiş və bu proses XIII əsrin əvvəllərində tamamlanmışdır. Bu termin Yaxın Şərqdə tarixi perspektivdə Mərkəzi Asiya türkmənlərinə (Türkmənistan türkmənlərinə) yox, Anadolu, Azərbaycan və ümumiyyətlə, Yaxın Şərqin oğuz köçərilərinə aid edilir. |
Həftənin seçilmiş siyahısı
Ancelina Colinin filmoqrafiyası — ABŞ aktrisa və kinorejissoru Ancelina Colinin yer alıdığı ekran işlərinin siyahısı. Uşaq yaşlarında atası Con Voytla birlikdə komediya filmi "Çıxış yolu axtarışında" (1982) filmində debüt etdi. 11 il sonra o, növbəti filmdə — aşağı büdcəli "Kiborq 2: Şüşə kölgə" (1993) filmində göründü, bu filmin satışı uğursuz oldu. Daha sonra o, elmi fantastika trilleri "Hakerlər" (1995) filmində yeniyetmə haker olaraq rol aldı. Colinin karyerası "Corc Volles" (1997) filmində ikinci planda oynaması ilə yaxşılaşdı və bu filmə görə o, "Ən yaxşı ikinci plan qadın roluna görə Qızıl qlobus mükafatı — Telefilm" mükafatını əldə etdi. Növbəti il HBO telekanalının "Cia" (1998) filmində uğur qazandı. Model Cia Karanci rolunu canlandırdığına görə "Ən yaxşı aktrisa Qızıl qlobus mükafatı — Telefilm" mükafatını qazandı. |
Xəbərlər
- Ukrayna Silahlı Qüvvələri Kursk vilayətinə basqın edərək Rusiyanın Sudja şəhərinə və digər yaşayış məntəqələrinə nəzarəti ələ keçirib.
- Banqladeşin sabiq baş naziri Şeyx Həsinənin ölkəsindəki etirazlardan sonra vəzifəsindən istefa verməsinin ardından Məhəmməd Yunus (şəkildə) yaradılan müvəqqəti hökumətin başçısı təyin edilib.
- ABŞ vitse-prezidenti Kamala Harrisin 2024-cü ildə ABŞ-də keçiriləcək prezident seçkilərində namizədliyi rəsmi olaraq təsdiqlənib.
- HƏMAS lideri İsmayıl Haniyə İranın paytaxtı Tehranda öldürülüb.
Aktual hadisələr: İsrail–Həmas müharibəsi • Rusiya–Ukrayna müharibəsi • Sudanda vətəndaş müharibəsi
Son ölümlər: Aydemir Akbaş, Aslanbek Aslaxanov, Susan Voycicki, Tsanq-Dao Li, Zemfira Nəcəfova, Pol Qrem Vilson
Bilirsinizmi…
- Osmanlı sədrəzəmi Parqalı İbrahim Paşa Xürrəm Sultanın yerinə keçirtmək və Sultan Süleyman Qanuniyə hədiyyə etmək üçün İtaliya qrafinyası Culiya Qonzaqanın (şəkildə) ələ keçirilməsi əmrini vermişdir.
- İran məktəblərində təhsil almaq hüquqlarından məhrum edilmiş bəhai uşaqlara öz evində gizli şəkildə dərs verməkdə günahlandırılan Muna Mahmudnizad 1982-ci ildə digər 9 bəhai qadınla birlikdə edam edilmişdir.
- Azərbaycanlılar, ermənilər və udinlər birləşərək 1625-ci ildə Qarabağ və Gəncədə Səfəvi hakimiyyətinə qarşı Mıxlı baba hərəkatını başlatmışdırlar.
- 1951-ci ildə Misirdə "Coca-Cola" və "Pepsi"nin islam qanunlarına görə icazəli olması ilə əlaqədar fətva verilmişdir.
- Filippində karaokedə iştirak etmək bəzən həyat üçün təhlükə yarada bilir.
Tarixdə bu gün
Vikimedia Fondunun digər layihələri
- Vikilüğət Lüğət
- Vikisitat Sitatlar
- Vikikitab Azad dərsliklər və təlimat kitabları
- Vikimənbə Azad əsər kitabxanası
- Vikixəbər Azad xəbər mənbəyi
- Vikiversitet Tədris materialları
- Vikinövlər Bioloji növlərin sistematikası
- Mediaviki Viki proqram təminatının təkmilləşdirilməsi
- Vikidata Ortaq verilənlər bazası
- Vikianbar Ortaq media anbarı
- Vikisəyahət Azad səyahət təlimatçası
- Meta-Viki Vikimedia koordinasiya mərkəzi