Ceyms Vatt

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Ceyms Vatt
ing. James Watt
Doğum tarixi 19 yanvar 1736(1736-01-19)[2][3][…]
Doğum yeri
Vəfat tarixi 25 avqust 1819(1819-08-25)[4][5][…] (83 yaşında)
Vəfat yeri
Elm sahələri maşınqayırma, buxar maşını, ixtira, cihaz hazırlayan[d][1]
İş yeri
Təhsili
Üzvlüyü
İmza
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Ceyms Vatt (ing. James Watt; 19 yanvar 1736[2][3][…], Qrinok, Renfryuşir qraflığı[d], Böyük Britaniya krallığı[8][9][…]25 avqust 1819[4][5][…], Birminhem, Böyük Britaniya və İrlandiya Birləşmiş Krallığı) — Şotlandiyalı ixtiraçı. Ən böyük nailiyyətlərindən biri buxar maşınını təkmilləşdirməkdən ibarət olmuşdur. Bununla da, Sənaye inqilabının gedişinə ciddi təsir göstərən simalardan birinə çevrilmişdir.[10]

Ceyms Vatt kasıb, ancaq çox savadlı ailədə anadan olmuşdur. Onun atası dülgər idi. Babası şotlandiya-milli riyaziyyat müəllimi olmuşdur. Ceymsin uşaqlıqdan sağlamlığı çox zəif olmuşdur. O daimi xroniki baş ağrılarından əziyyət çəkmişdir. Uşaq ikən o hər şeylə maraqlanmış, əlinə keçən hər bir qurğunun işləmə prinsipini öyrənməyə cəhd etmişdir. O, həm də kiçik yaşlarından daş və bitkilərlə maraqlanmışdır.

Vatt tibb elmləri ilə maraqlansa da onun bu sahədə təhsil alması malliyə baxımından mümkün olmamışdır. Ona görə də, Ceyms qeyri rəsmi olaraq mexanika üzrə təhsil almağa başlayır. Elə buna görə də, o sonra Qlazqoda iş tapa bilmir. Bu uğursuzluğun nəticəsində o 7 ildən sonra təhsilini yarımçıq qoyur və peşəkarlıqla məşğul olmağa başlayır. 1757-ci ildə xoşbəxtlikdən Vatt Qlazqo Universitetində çilingər kimi işləmək imkanı əldə edir. Orada o, Universitet üçün cihazlarınkompaskvadrantların təmiri ilə məşğul olur. Onun bir otaqlı laboratoriyası tezliklə genişləndirilərək müəllim və dosentlərin görüş məntəqəsinə çevirilir. Yalnız öz peşəkar işindən ləzzət alan Vatt tezliklə Adam Smitlə dostlaşır.

1760-cı ildə Vatt öz ilk sevgilisi Marqaret Millerlə evlənir. Onların uşaqlarından yalnız biri, oğulları Ceyms sağ qala bilir.

Buxar maşınının hazırlanması

[redaktə | mənbəni redaktə et]
border=none Əsas məqalə: Buxar maşını

1764-cü ildə Vatt Tomas Nyukomen konstruksiyasına malik buxar maşınını təmir etmək üçün sifariş alır. Bu maşın öz yüksək enerji məsrəfi ilə məşhur idi. Vatt bu maşını Denis Papinin iş prinsipinə uyğun olaraq yaxşılaşdırmaq qərarına gəlir. Vatt başqa dillərdə olan ədəbiyyatları oxumaq üçün fransız, alman dillərini oyrənir. Nəticədə o qərara qəlir ki, buxar maşınının işçi kolbasının daimi qızdırılıb soyudulma nəticəsində aşınmasının qarşısını almaq üçün o soyutma sistemini buradan ayırır və ayrıca kondensator şəklində quraşdırır. Başqalarından fərqli olaraq o atmosfer təzyiqi əvəzinə buxar təzyiqindən istifadə edir.

Öz ideyalarını həyata keçirmək üçün Vatt bir çox texniki çətinliklərlə qarşılaşır. İşlərini patent ala biləcək səviyyəyə çatdırmaq üçün o Universiteti tərk etməli olur. Sonralar böyük borc altında qalan Vatt boş vaxtlarında çöllərdə torpaqların ölçülməsi işində çalışaraq ailəsi üçün çörək pulu qazanır. Bundan başqa, o tez-tez xəstələnir. Yalnız 1769-cu ildə o sənayeçi Con Röbukla əlaqə yaradaraq, öz işləri üçün ondan maliyyə yardımı ala bilir. Bundan sonra Vatt düzəltdiyi buxar maşınına patent alır. 5 yanvar 1769-cu ildə verilmiş 913 nömrəli bu patent texnika tarixində ən dəyərlisi hesab olunur. Müasir buxar elektrik stansiyaları indiyə qədər də bu prinsiplə işləyir. Onun düzəltdiyi yeni buxar maşını əvvəlkilərindən fərqli olaraq daş kömürünə 60-% qənaət etməyə imkan verirdi.

Digər ixtiraları

[redaktə | mənbəni redaktə et]

1781-ci ildə çarxqolu-sürgüqolu mexanizmini ixtira edərək fırlanma hərəkətəni düzxətli hərəkətə çevirməyə iman yaradır. 1782-ci ildə Vatt kolbanın hər iki tərəfindəki buxar təzyiqindən səmərəli istifadə olunan buxar maşınını düzəldir. Bu maşının gücü adilərdən təxminən iki dəfə çox idi. Kolbanın stanqasına bərkidilmiş mancalaq iki buxar maşınını birləşdirir. Kolbanın biri yuxarı hərkət edəndə digäri aşağı hərəkət edir. Bununla hər iki tərəfə işləyən qüvvədən faydalı istifadə edilmiş olur. Meyllənən mancalaqla kolbanı birləşdirmək üçün Vatt 1788-ci ildə "Vatt paralelloqramını" ixtira edir. 1788-ci ildə buxar maşınında sürəti tənzimləmək üçün Vattın etdiyi ixtira – mərkəzdənqaçma qüvvəsi əsasında işləyən xüsusi tənzimləyici avtomatlaşdırma sahəsində edilən ilk addımlardan sayılır. Bundan əlavə o, gücü ölçmək üçün ölçü vahidini – a.g. (at gücü) daxil edir. Vattın bu ixtiraları buxar maşınının nəqliyyat vasitələrində tətbiqini mümkün edir.

Buxar maşınlarının geniş tətbiqi nəticəsində XİX əsrin birinci yarısında əsasən dəmir yolu sənayesi sürətlə imkan verir. Sənaye şəhərlərinin yaranması, sənayeləşmənin sürətlə genişlənməsi, buxar qatarlarının və gəmilərinin insanların çevikliyinin artmasındakı rolunu Vattın ixtiraları olmadan təsəvvür etmək mümkün deyildi.

  1. 1 2 3 4 https://www.gla.ac.uk/schools/engineering/inthenews/introducingthejameswattschoolofengineering/.
  2. 1 2 3 4 Bramwell F. Watt, James (1736-1819) (DNB00) (ing.). // Dictionary of National Biography / L. Stephen, S. Lee London: Smith, Elder & Co., 1885.
  3. 1 2 James Watt // Gran Enciclopèdia Catalana (kat.). Grup Enciclopèdia, 1968.
  4. 1 2 Kingsford P. W. James Watt // Encyclopædia Britannica (ing.).
  5. 1 2 Lundy D. R. James Watt // The Peerage (ing.).
  6. 1 2 https://catalogues.royalsociety.org/CalmView/Record.aspx?src=CalmView.Persons&id=NA8295&pos=1.
  7. 1 2 https://www.academie-sciences.fr/fr/Liste-des-membres-depuis-la-creation-de-l-Academie-des-sciences/les-membres-du-passe-dont-le-nom-commence-par-w.html.
  8. 1 2 http://www.telegraph.co.uk/science/science-news/4750891/The-power-behind-the-Industrial-Revolution.html.
  9. 1 2 http://www.theguardian.com/culture/2011/mar/20/james-watt-workshop-science-museum.
  10. "James Watt". universitystory.gla.ac.uk (ingilis). University of Glasgow. 2022-04-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 25 fevral 2021.