Tətbiqi proqramlaşdırma interfeysi

Vikipediya, azad ensiklopediya
(API səhifəsindən istiqamətləndirilmişdir)
Naviqasiyaya keç Axtarışa keç
NASA tərəfindən yazılmış veb API sənədlərinin ekran görüntüsü

Tətbiqi proqramlaşdırma interfeysi (ing. application programming interface, API) — kompüterin əməliyyat sistemi vasitəsilə həyata keçirilən aşağı dərəcəli servis funksiyalarını tələb edən və yerinə yetirən proqramlar toplusu.[1] API istifadəçi interfeysi ilə ziddiyyət təşkil edir. Bu, iki və ya daha çox kompüter proqramının bir-biri ilə əlaqə qurma üsulu və proqram digər bölmələrinə xidmət təklif edən proqram interfeysinin bir növüdür.[2] Belə bir əlaqənin və ya interfeysin necə qurulacağını və ya istifadəsini təsvir edən sənəd və ya standart API spesifikasiyası adlanır. Bu standarta cavab verən kompüter sisteminə "API tətbiq olunmuş" deyilir. API termini ya spesifikasiyaya, ya da tətbiqə aid ola bilər.

Kompüteri insanla birləşdirən istifadəçi interfeysindən fərqli olaraq, API kompüterləri və ya proqramları bir-birinə bağlayır. O son istifadəçi üçün yox proqram təminatında istifadə edən proqramçı üçün nəzərdə tutulub. API çox vaxt proqramçı üçün mövcud olan alətlər və ya xidmətlər kimi çıxış edən müxtəlif hissələrdən ibarətdir. Bu hissələrdən birini istifadə edən proqram və ya proqramçı API-nin həmin hissəsini "çağırır". API-yə gedən çağırışlar həmçinin altproqram, metodlar, sorğular və ya uc nöqtələr (ing. endpoint) kimi tanınır. API spesifikasiyası bu çağırışları müəyyənləşdirir, yəni onlardan necə istifadə ediləcəyini izah edir.

API-lərin məqsədlərindən biri sistemin necə işlədiyinin daxili təfərrüatlarını gizlətmək, yalnız proqramçının faydalı hesab edəcəyi hissələri göstərmək və daxili detallar sonradan dəyişsə belə, onları uyğunlaşa bilən formada saxlamaqdır. API müəyyən bir sistem cütü üçün xüsusi olaraq yaradıla bilər və ya bir çox sistemlər arasında qarşılıqlı fəaliyyətə imkan verən ortaq standart ola bilər.

Proqramlaşdırma dilləri, kitabxanaları, kompüter əməliyyat sistemlərikompüter avadanlıqları üçün API-lər mövcuddur. API-lər 1940-cı illərdə yaranıb, baxmayaraq ki, bu termin 1960 və 1970-ci illərə qədər ortaya çıxmayıb. API termininin müasir istifadəsi tez-tez internetə qoşulan kompüterlər arasında əlaqə yaratmağa imkan verən veb API-lərə aiddir.[3] API-lərdəki son inkişaflar ictimai API-lər vasitəsilə əldə edilən mikroxidmətlərin populyarlığının artmasına səbəb oldu.[4]

  1. Lua xətası modul Modul:Citation/CS1/Utilities, sətir 38: bad argument #1 to 'ipairs' (table expected, got nil).
  2. Lua xətası modul Modul:Citation/CS1/Utilities, sətir 38: bad argument #1 to 'ipairs' (table expected, got nil).
  3. Lua xətası modul Modul:Citation/CS1/Utilities, sətir 38: bad argument #1 to 'ipairs' (table expected, got nil).
  4. Lua xətası modul Modul:Citation/CS1/Utilities, sətir 38: bad argument #1 to 'ipairs' (table expected, got nil).

Əlavə ədəbiyyat

[redaktə | mənbəni redaktə et]

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]