Alisa Qallyamova

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Alisa Qallyamova
Şəxsi məlumatlar
Vətəndaşlığı
Doğum tarixi 18 yanvar 1972(1972-01-18)[1][2][…] (52 yaş)
Doğum yeri
İdman növü şahmat
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Alisa Qallyamova (tatar. Ğällämeva Alisä Mixail qızı, Алисә Михаил кызы Галләмева; 18 yanvar 1972[1][2][…], Kazan) — sovet, ukraynalı və rusiyalı şaxmatçı, beynəlxalq qrosmeyster, Rusiyanın bir neçə qat çempionu. Rus komandasında 2010-cu il Şahmat Olimpiadasının qalibi.

Kazanda, tatar ailəsində anadan olmuşdur. O, 10 saylı Uşaq İdman Məktəbində, daha sonra Moskva İdman internatında təhsil almışdır.

İlk məşqçisi Rusiyanın əməkdar məşqçisi Oleq İlyasoviç İqlamovdur. Sonradan isə beynəlxalq qrosmeyster, Rusiyanın əməkdar məşqçisi Aleksandr Nikolaeviç Pançenko onun baş məşqçisi olur.

1983-1984-cü illərdə iki dəfə qadınlar arasında Tatarıstan çempionatının gümüş medalçısı və 1985-1986-cı illərdə isə çempionu olmuşdur.

1987-ci ildə 16 yaşınadək qızlar arasında SSRİ çempionatında gümüş medal qazanır (Çelyabinsk).

1988-ci ildə Rumıniya (Timisoara) çempionatında uğur əldə edir və 20 yaşa qədər (Avstraliya, Adelaida) yaş kateqoriyasında çempion olur.

1997-ci ildə Rusiya çempionu və dünya tacı namizədlərin turnir qalibi olur. Eyni ildə Beynəlxalq Şahmat Mətbuat Dərnəyi tərəfindən ilin ən yaxşı şahmat oyunçularına layiq görülən Şahmat Oskarının sahibi olur.

2003-cü ildə Tatarıstan milli komandası ilə Rusiyanın çempionatının qalibi olur.

1999-cu ildə Dünya şahmat çempionatının finalında Çin şaxmatçısı Se Tszyuna məğlub olur.

2006-cı ildə dünya çempionatında isə çinli Xu Yuhuaya məğlub olmuşdur.

2010-cu ildə Rusiya yığmasının heyətində Dünya Şaxmat olimpiyadasının qalibi olur.

1991-ci ildə Ukrayna şaxmatçısı Vasili İvançuk ilə evlənmişdir. Onların Mişa adlı övladları vardır. Bir neçə ildən sonra ailə dağılmışdır.

Alisa Qallyamova Kazanda yaşayır. Burada ictimai şaxmat məktəbini təşkil etmiş və elə də böyük olmayan biznes qurmuşdur.

2017-ci ilin aprelində Riqada Avropa Qadın Şahmatçılar Çempionatının bürünc medalını qazanır.[5]

  1. 1 2 http://ratings.fide.com/toparc.phtml?cod=338.
  2. 1 2 http://en.chessbase.com/post/topalov-catches-anand-in-fide-rankings.
  3. 1 2 http://ratings.fide.com/top.phtml?list=women.
  4. 1 2 http://en.chessbase.com/post/fide-april-rankings-vishy-anand-is-numero-uno.
  5. "ChessPro. Чемпионат Европы среди женщин, 11-й тур". 2017-04-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-05-27.