Alıcan
Alıcan | |
---|---|
39°36′34″ şm. e. 46°47′14″ ş. u.HGYO | |
Ölkə | |
Region | Xocavənd rayonu |
Tarixi və coğrafiyası | |
Saat qurşağı | |
Alıcan — Azərbaycan Respublikasının Xocavənd rayonunda ərazisi yerləşən ləğv olunmuş kənd. Ləğv olunmaqdan qabaq Laçın rayonu Köhnəkənd kənd inzibati ərazi dairəsində kənd idi.[1] 5 dekabr 2023-cü il tarixili Qanun ilə Alıcan kəndi ləğv edilərək Azərbaycan Respublikasının ərazi vahidlərinin Dövlət reyestrindən çıxarılmış, kəndin ərazisi isə Xocavənd rayonunun inzibati ərazisinə verilmişdi.[2]
Tarixi
[redaktə | mənbəni redaktə et]1992-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. 2020-ci ildə İkinci Qarabağ müharibəsi sonunda imzalanmış atəşkəs bəyanatına əsasən 1 dekabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad olunub.
Laçın rayonunun Köhnəkənd inzibati ərazi vahidində olan ənd dağlıq ərazidədir. Yerli əhalinin verdiyi məlumata görə, kəndi Xocavənd rayonunun Susalıq kəndindən gəlmiş Alıcan adlı şəxs salmışdır. Kənddə onun nəsli indi də alıcanlılar adlanır. Oykonim alıc (ucqar) və -an (yer, məkan anlayışı ifadə edən şəkilçi) komponentlərindən düzəlib, "ucqar yer" deməkdir. Etnotoponim olması da mümkündür[3].
Rayon mərkəzindən 36 km şərqdə yerləşir. Otuz evdən ibarət olan bu kəndi ermənilər yandırıblar. Burada ibtidai məktəb, kitabxana, mağaza və tibb məntəqəsi var idi.
5 dekabr 2023-cü il tarixili Qanun ilə Alıcan kəndi ləğv edilərək Azərbaycan Respublikasının ərazi vahidlərinin Dövlət reyestrindən çıxarılmış, kəndin ərazisi isə Xocavənd rayonunun inzibati ərazisinə verilmişdi.[2]
Əhalisi
[redaktə | mənbəni redaktə et]Erməni işğalınadək kənd əhalisi Azərbaycanlılardan ibarət idi.
2006-cı ilin statstikasına görə kəndin əhali sayı 80 nəfər olmuşdur.
Kəndin qan yaddaşı, şəhidlik zirvəsinin fatehləri.
- Allahverdi Əsgər oğlu Əliyev (1969-1992)
- Qəzənfər Nuruş oğlu Əliyev (1960-1993)
İqtisadiyyatı
[redaktə | mənbəni redaktə et]Əsas təsərrüfatı heyvandarlıq idi.
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. "İnzibati ərazi bölgüsü təsnifatı" (PDF) (az.). stat.gov.az. 2019. 2020-04-16 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-04-16.
- ↑ 1 2 "Azərbaycan Respublikasının Ağdam, Cəbrayıl, Füzuli, Xocalı, Xocavənd, Qubadlı, Laçın və Şuşa rayonlarının inzibati ərazi bölgüsündə qismən dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu" (az.). president.az (2023-12-28 tarixində nəşr olunub). 2023-12-05. 2023-12-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-12-27.
- ↑ Alıcan // Azərbaycan toponimlərinin ensiklopedik lüğəti. I cild. Bakı: Şərq-Qərb. 2007. səh. 44-45. ISBN 978-9952-34-155-3.