Avstriyalı Katalina Mikaela

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Avstriyalı Katalina Mikaela
Şəxsi məlumatlar
Doğum adı Caterina Micaela d'Espanya
Doğum tarixi 10 oktyabr 1567
Doğum yeri
Vəfat tarixi 6 noyabr 1597(1597-11-06)[1] (30 yaşında)
Vəfat yeri
Atası II Filipp
Anası Valualı Elizabet
Həyat yoldaşı
Uşaqları
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Ketrin Mişel (isp. Catalina Micaela de Austria, 10 oktyabr 1567, Madrid6 noyabr 1597[1], Turin[2]) — İspaniya kralı II Filipp və xanımı Valualı Elizabetin qızı, Savoyya hersoqinası.

Ketrin Mişel 10 oktyabr 1567-ci ildə Madriddə dünyaya gəldi. Atası İspaniya kralı II Filipp, anası isə onun üçüncü xanımı olan Valualı Elizabet idi. Nənəsi Fransa kraliçası Ketrin Medicinin adını aldı. Atası onun vəftiz mərasiminə qatılmamış, böyük bacısı İzabellanın doğumu qədər sevinməmişdi. Buna baxmayaraq ata ilə qızı arasında münasibətlər həmişə yaxşı idi və ömrünün sonuna qədər məktublaşmışdılar. Uşaqlıq illəri bacısı İzabella ilə birlikdə ögey anası Avstriyalı Annanın və onun alman xidmətçilərinin himayəsi altında keçmişdi.

Savoy hersoqu I Çarlz Emanuel Fransaya qarşı ispan dəstəyini qazanmaq məqsədilə II Filippə qızıyla evlənməyi təklif etdi. Cütlüyün toy mərasimi 11 mart 1585-ci ildə Saraqosada baş tutdu və 10 avqustda yaşayacaqları Turin şəhərinə gəldilər. Gətirdiyi ispan dəbdəbəsi və dikbaş xasiyyəti ilə ilk başlar burada çox sevilmədi. Ancaq onun apardığı siyasətlə və əri üzərindəki güclü təsiriylə Savoy bölgəsi muxtariyyət qazandı.

Məhz onun təsiriylə övladları İspaniyada təhsil aldı. Ancaq 1597-ci ilin əvvəlində bətnindəki övladını itirən Ketrinin səhhəti pisləşdi və həmin ilin sonunda vəfat etdi.

1584-cü ildə Savoyya hersoqu I Çarlz Emanuellə evləndi.

  1. 1 2 Lundy D. R. Catalina Micaela von Habsburg // The Peerage (ing.).
  2. 1 2 Deutsche Nationalbibliothek Record #119189690 // Ümumi tənzimləmə nəzarəti (GND) (alm.). 2012—2016.