Axill vətəri

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Axilles vətəri
Baldırın arxa görnüşü: Axilles vətərinin daban sümüyünə birləşməsi
Lateral görünüş (sxematik): Axilles vətərinin daban sümüyünə birləşməsi.
Latınca tendo calcaneus, tendo Achillis
Başlanır Kambalayabənzər əzələ (lat. m. soleus)
Bağlanır Daban sümüyü (lat. Os calcis)
Arteriya
Sinir
Vəzifəsi Ayaq pəncəsini topuqdan açmaq və bükmək.
MeSH Achilles+tendon
Dorlands
/Elsevier
12793915

Axill vətəri və ya daban vətəri (lat. tendo calcaneus, tendo Achillis) — insan bədənində mövcud olan ən qüvvətli əzələ (400 kq-a qədər yükə davamlıdır) vətəridir. Vətərin proksimal hissəsi başlanğıcını baldırın ikibaşlı əzələsinin üçbaşlı əzələnin bir hissəsi olan kambalayabənzər əzələyə (lat. m. soleus) keçdiyi yerdən götürür. Vətərin distal ucu isə daban sümüyünün arxa səthindəki qabarcığa bağlanır.

Troya müharibəsi qəhrəmanı Axill şahzadə Paris tərəfindən təsadüfən, sol dabanından zəhərli oxla vurularaq öldürülmüşdür. Buna görə ayaq dabanındakı müvafiq vətərə "Axilles vətəri" adı verilmişdir.