Beyincik
Bu məqaləni vikiləşdirmək lazımdır. |
Beyincik | |
---|---|
Sistem | Sinir sistemi |
Vikianbarda əlaqəli mediafayllar |
Beyincik[1] – hərəkətlərin müvazinətini tənzimləyən mərkəzi orqan.
Fəaliyyəti reflektor olaraq əzələ tonusunu, hərəkətlərin tarazlığını, müvazinətini və sinergiyasını saxlamaqdır. Arxa kəllə çuxurunda yerləşir, dördüncü mədəciyin damını təşkil edir; onun yuxarı səthi beyin yarımkürələrinin ənsə payından sərt qişanın bir hissəsi ilə ayrılır, aşağıda beyincik böyük ənsə dəliyinə yaxınlaşır. İki yarımkürədən (hemisferia cerebelli) və ortada yerləşən soxulcandan (vermis) ibarətdir. Ağ maddənin daxilində beyincik nüvələri yerləşir: dişli nüvə (n.dentatus), mantarabənzər nüvə (n.emboliformis), şarabənzər nüvə (n.globosus) və dam nüvəsi (n.fastigii).3 cüt ayaqcıqlar vasitəsilə uzunsov beyinlə (aşağı ayaqcıqlar), varoli körpüsü ilə (orta ayaqcıqlar) və orta beyinlə (yuxarı ayaqcıqlar) əlaqələnir.
Beyincik funksiyasının yerinə yetirilməsi beyin qabığından gələn müvazinət impulsları və onurğa beyindən qalxan yolların bədənin mühitdə yerləşməsi haqqında verilən informasiya ilə əmələ gəlir. Arxa kəllə çuxurunda, körpü ilə uzunsov beynin arxasında və beynin ənsə paylarının altında yerləşir. Frontal ölçüsü- 3–5 sm və çəkisi 150 qramdır. Beyincik iki yarım kürədən- hemispheria cerebeli və onların ortasında yerləşən soxulcandan-vermis, ibarətdir. Əsas funksiyası hərəkətin kordinasiyasına nəzarətdir. 3 paycıqdan ibarətdir: Lobus anterior- ön pay, lobus posterior- arxa pay və lobus flocculonodularis- qırıq-düyün payı. Ön və arxa kənarı, yuxarı və aşağı səthləri var. Yuxarı və aşağı səthləri isə horizontal (üfüqi) yarıq — fissura horizantales, adlanan yarıqla ayrılır. Arxa pay və qırıq-düyün payını (lobus flocculonodularis) fissura posterolaterales- arxa bayır yarıq ayırır.
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ Aysel Əliquliyeva. "Beyincik nədir?" (az.). rezonanss.com. İstifadə tarixi: 4 mart 2021.[ölü keçid]