Ellis (ada)

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Ellis
40°41′58″ şm. e. 74°02′23″ q. u.
Ölkə
Tarixi və coğrafiyası
Sahəsi
  • 1,5 akr (1830)
  • 27,5 akr (1935)
Mərkəzin hündürlüyü 2 m[3]
Saat qurşağı
Digər
nps.gov/elis/index.htm
Xəritəni göstər/gizlə
Ellis xəritədə
Ellis
Ellis
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Ellis adası (ing. Ellis Island) — Nyu-York şəhərindəki Hudson çayının mənsəbində yerləşən bir adadır.

1 yanvar 1892-ci ildən 12 noyabr 1954-cü ilə qədər Ellis adası Nyu-York şəhərinə gələn yeni immiqrantlar üçün tranzit mərkəzi rolunu oynamışdır. Hal-hazırda ABŞ federal hökumətinə məxsus olan ada ABŞ Milli Park Xidmətinin nəzarəti altındadır və Azadlıq heykəli Milli Abidəsi (ing. Statue of Liberty National Monument) adlı dövlət orqanı tərəfindən idarə olunur. Turistlər adaya gedib-gəlməkdə sərbəstdirlər.

Ellis adasının Nyu-York ştatı və ya Nyu-Cersi ştatına aid olması məsələsi uzun bir müddət ərzində müzakirə mövzusu olmuşdur. Adanın böyük bir hissəsi Nyu-Cersi ştatının Cersi-Siti şəhərinin sərhədləri daxilində olsa da, kiçik bir hissəsi qonşu Nyu-York şəhərinin sərhədləri daxilində yerləşir.

Ellis adasında yerləşən immiqrant muzeyi
Ellis adası, Nyu-York
  1. 1 2 Geographic Names Information System (ing.). 1979.
  2. 1 2 Identifiants et Référentiels (fr.). ABES, 2011.
  3. GeoNames (ing.). 2005.