Ferdinand Verbist

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Ferdinand Verbist
Doğum tarixi 9 oktyabr 1623(1623-10-09)[1][2][…]
Vəfat tarixi 28 yanvar 1688(1688-01-28)[1][3][…] (65 yaşında)
Vəfat yeri
Fəaliyyəti astronom, riyaziyyatçı, cihaz hazırlayan[d], katolik keşişi[d]
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Ferdinand Verbiest (9 oktyabr 1623[1][2][…]28 yanvar 1688[1][3][…], Pekin, Tzin sülaləsi) Flamanq yezuit missioner, Qin sülaləsi dövründə Çində olan keşiş. Flandriya (bugünkü Belçika) da Pittemdə anadan olan Verbiest Çin dilində Nan Huairen və ya 南懷仁 kimi tanınır. Bir riyaziyyatçı və astronom olan Verbiest Çində sübut etdi ki, o dövrdəki Avropa astronomiyası Çin astronomiyasından daha tutarlı və dəqiq idi. Bundan sonra Çin təqvimini düzəltmiş, ona Rəsədxana direktorluğu və Riyaziyyat Şurasının sədri vəzifələri verilmiş və ondan Qədim Pekin Rəsədxanasının yenidən qurulması və təchiz edilməsi istənilmişdir. Verbiest otuzdan çox kitabın müəllifidir və latın, alman, holland, ispan, ibraniitalyan dillərindən tərcümələr etmişdir.

İmperator Kangxi ilə yaxın dost idi və imperator tez-tez həndəsə, fəlsəfə və musiqi sahəsində ondan kömək etməsini və dərs deməsini istəyirdi. Verbiest həm diplomat, həm kartoqraf, həm də tərcüməçi işləmiş, həmçinin latın, alman, holland, ispan, italyan və mancur dillərini bilmişdir

İlk buxar gücünə işləyərək özü hərəkət edə bilən, 65 sm hündürlüyündəki vasitəni 1670-ci ildə dizayn etmiş və dövrün Çin İmperatoruna təqdim etmişdir.

  1. 1 2 3 4 Bibliothèque nationale de France BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
  2. 1 2 Ferdinand Verbiest // Encyclopædia Britannica (ing.).
  3. 1 2 Ferdinand Verbiest // Biographie Nationale de Belgique (fr.). / Académie royale des sciences, des lettres et des beaux-arts de Belgique BXL.