Vüroklar
Vüroklar | ||||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||||||
Domen: Ranqsız: Ranqsız: Ranqsız: Ranqsız: Ranqsız: Aləm: Yarımaləm: Klad: Klad: Tipüstü: Tip: Sinif: İnfrasinif: Klad: Klad: Klad: Klad: Klad: Klad: Dəstə: Klad: Yarımdəstə: İnfradəstə: Fəsiləüstü: Fəsilə: Vüroklar |
||||||||||||
Beynəlxalq elmi adı | ||||||||||||
|
||||||||||||
|
Vüroklar (lat. Fringillidae) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin sərçəkimilər dəstəsinə aid heyvan fəsiləsi.
Görünüşü
[redaktə | mənbəni redaktə et]Əksərən ağac həyatı keçirən qalındimdik dənyeyen quşların geniş qurupudur. Ölçüləri yarpaqgüdən qaratoyuğa qədərdir. Bədən quruluşu möhkəm, başı dəyirmi, boynu gödəkdir, dəyirmi və ya oval burun dəlikləri alına qovuşur. Buynuz burunüstlüyünün səthində 3-5 uzununa dirsək vardır. Onlar arxa tərəfdə bir-birindən ayrılır. Cücü yeyən quşlarda olduğu kimi dimdiyinin əsasında sərt qıllar yoxdur, ancaq yumşaq tüklər vardır. Rənginə görə dişilər adətən erkəklərdən fərqlənir. Çoxları yaxşı oxuyur.[3] Nəğməsi sadə, ancaq xoşagələndir. Koloniyalı məskunlaşmaları olmur. Yuvaları açıq fincanşəkilli, çox vaxt ustalıqla toxunmuş olur. Saplaqlardan və budaqlardan hazırlanan yuva içəri tərəfdən tüklə və ya başqa yumşaq materialla döşənir. Qoca quşlar cücülərin zılını yuvadan çıxarmır və onları təmizləmir.[4] Erkəyin başı, boğazı və döşündəki xal qara, alnında atlas parıltılı narıncı-qırmızı xal vardır. Bədəninin qalan hissəsi boz-narıncı, qara-qonur alalı, quyruqüstü narıncı xallı, döşünün altı və qarnı narıncı-ağdır. Dişi erkəyə bənzəyir, ancaq daha solğun və boz görünür. Bədəninin uzunluğu 120-130, qanadları 69–80 mm, çəkici 10-13 q-dır.[5]
Yayılması
[redaktə | mənbəni redaktə et]Arealı Kiçik Asiyadan və Qafqazda Himalaylara, Tibetə və Tyanşana qədər dağlıq vilayətləri əhatə edir. Başlıca olaraq subalp və alp quşaqlarında seyrəlmiş bitkiçilikli, qaya çıxıntılarında, daş yığınlarında 606–3000 m hündürlüklərdə yaşayır. Şaquli miqrasiyalar edən adi və azsaylı oturaq quşdur. Azərbaycanda 12 cins və 15 növ rast gəlinir. Onlardan biri – vürok yalnız düzənliklərdə qışlayır.[6]
Çoxalması
[redaktə | mənbəni redaktə et]Çoxalması mövsümündən kənarda kiçik dəstələr halında olur. Cütlərə bölünməsi mayın əvvəlində baş verir. Yuvasını qaya yarıqlarında və ya kolluqlarda qurur. Solğun – göyümtül rəngli, qırmızı – qonur xallı və ya xalsız 3-5 yumurta qoyur. İldə 2 dəfə yumurta qoyur. Dişi iki həftəyə yaxın kürt yatır. Cücülər yuvada 15-17 gün keçirir, sonra daha 5-7 gün onları başlıca olaraq erkək gəzdirir və yemləyir. Bu quşlar yuvalama dövründə adətən bir- birinə yaxın olur. İyul – avqustda tükünü dəyişir.
Qidalanması
[redaktə | mənbəni redaktə et]Müxtəlif bitkilərin tolxumları ilə qidalanır , ancaq cücülərlə yemləyir. Başqa bitki yemləri ilə qidalanırlar. Cücülərini isə həmişə cücülərlə yemləyirlər.
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ Integrated Taxonomic Information System (ing.). 2007.
- ↑ IOC World Bird List Version 6.3. 2016. doi:10.14344/IOC.ML.6.3
- ↑ "Fringillidae". 2021-10-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-10-24.
- ↑ "FRINGILLIDAE FAMILY". 2012-03-07 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2018-10-24.
- ↑ "Fringillidae - Finches". 2016-05-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-10-24.
- ↑ Fringillidae - True Finches, Siskins, Crossbills, Hawaiian Honeycreepers
Mənbə
[redaktə | mənbəni redaktə et]- Azərbaycan heyvanlar aləmi . III cild, Onurğalılar. Bakı «Elm». 2004 - 620 s.
Xarici keçidlər
[redaktə | mənbəni redaktə et]- Cruza bico (Loxia curvirostra) Fringillidae
- Canto do Pintarroxo comum (Linaria cannabina ou Carduelis cannabina) Fringillidae
- Ščinkavec poje (Fringillidae)