II Kiaksar
II Kiaksar | |
---|---|
| |
e.ə. 560 – e.ə. 536 | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | e. ə. VI əsr |
Vəfat tarixi | e. ə. 530-cu illər |
Fəaliyyəti | suveren[d] |
Atası | Astiaq |
II Kiaksar (e. ə. VI əsr – e. ə. 530-cu illər) – Yunan tarixçisi Ksenofona görə Midiya hökmdarı olmuşdur. Bəzi tədqiqatçılar onu Danielin Kitabındakı "Midiyalı Dara" ilə eyniləşdirirlər. Lakin bu şəxs və onun hökmdarlığı haqqında, Midiya barəsində kifayət qədər geniş məlumatlar vermiş bir çox tarixçilərin, o cümlədən Herodot və Ktesinin əsərlərində bir söz deyilmir və adı çəkilmir. Bir çox tarixçilər Midiyanın belə bir hökmdarının olub olmaması və olduğu halda hansı dövrdə hakimiyyətdə olması haqqında mübahisə edirlər.
Ksenofonun "Kiropediya" əsərinə görə II Kiaksar Midiya hökmdarı Astiaqın oğlu və II Kirin anası Mandananın qardaşı olmuş və Astiaqdan sonra hakimiyyətə gəlmişdir. O, II Kirin dayısı II Kiaksar e.ə. 539-cu ildə Babili fəth etmək üçün yürüşə çıxarkən hakimiyyətdə əvəz etmək istədiyini göstərir. Lakin II Kiaksar artıq çox yaşlı olduğundan onun nəzarəti altında orduya II Kirin rəhbərlik etməsini istədiyini bildirir və ordu ona hörmət edir. Beləcə Kir təkcə hökmdarın qızını almır (dayısı qızı), eyni zamanda hakimiyyətə, sahib olaraq iki il sonra ölən II Kiaksarın yerinə hakimiyyətə keçir.