Jan Reno

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Jan Reno
fr. Jean Reno
Doğum adı Juan Moreno Herrera y Jiménez
Doğum tarixi 30 iyul 1948(1948-07-30)[1][2][…] (76 yaş)
Doğum yeri
Vətəndaşlığı
Fəaliyyəti kino aktyoru, aktyor, televiziya aktyoru
Fəaliyyət illəri 1974-cü ildən
Mükafatları

Fəxri Legion ordeni kavaleri (13 iyul 1999) Milli Xidmət ordeni (14 may 2003) İncəsənət və Ədəbiyyat ordeni (23 noyabr 2007)

Fəxri Legion ordeni zabiti (11 iyul 2008)
IMDb ID0000606
İmzanın şəkli
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Jan Reno (fr. Jean Reno; 30 iyul 1948[1][2][…], Kasablanka[3]) — ispan əsilli Fransa aktyoru.

İspan mənşəli fransız aktyoru Jan Reno 30 iyul 1948-ci ildə Kasablankada anadan olmuşdur. O zaman onun adı Xuan Moreno idi. 1960-cı ildə Moreno ailəsi Avropaya qayıdır. Onlar general Frankonun idarə üsuludan xilas olmaq üçün Andalusiyadan Mərakeşə qaçmış və Fransaya köçmüşdülər. Jan Reno vətəndaşlıq əldə etmək üçün fransız ordusunda xidmət etməli olmuşdur. 1970-ci ildə o, Rene Simonun studiyasında aktyor sənətini öyrənmişdir. O, debütünü 1974-cü ildə televiziyada etmiş, sonradan teatrda işləmiş, 1978-ci ildə isə rejissor Raul Ruisin "Oğurlanmış şəklin fərziyyəsi" filmində çəkilmişdir. Jan Renonun kino karyerası o qədər də uğurlu olmur. Bu, 26 yaşlı rejissor Lük Bessonla görüşə qədər belə olur. Bu tanışlıq nəticəsində Besson 1983-cü ildən başlayaraq bir çox filmlərində Jan Renonu çəkir. "Tunel" filmi təkcə gənc Bessona şöhrət gətirmədi, həm də Jan Renonun ciddi aktyorluq fəaliyyətinin başlanğıcı oldu.

Lük Bessonun "Mavi dərinlik", "Nikita" və xüsusilə "Leon" filmlərindən sonra Jan Reno, bir aktyor kimi həm də Hollivudun diqqətini cəlb etdi. Aktyorun Hollivuddakı ən məşhur rolları "Qodzilla", "Ronin", "Da Vinçi şifrəsi" filmlərində olmuşdur. Onun "Matrisa" filmindəki agent Smit rolundan imtina etməsinin səbəbi "Qodzilla" filmində çəkilməyi idi.

Şəxsi həyatı

[redaktə | mənbəni redaktə et]

Jan Renonun həmişə qadınlar arasında xüsusi müvəffəqiyyəti var idi. O, 3 dəfə evli olmuşdur. Birinci nikahdan onun Sandra adlı qızı (1978) və Mikael adlı oğlu (1980) var.

Onlar Renonun polyak modeli Nataliya Dışkeviçlə macərası başlayanda boşandılar. Aktyorun Nataliya ilə nikahından oğlu Tom (1996) və qızı Serena (1998) dünyaya gəlmişdir. İkinci nikah 2001-ci ildə dağıldı.

2006-cı ilin iyulunda Jan rumın modeli və aktrisası Sofiya Borukla evlənir[5]. Bu toyda aktyorun sağdışı, onun qonşusu və dostu Nikolya Sarkozi olmuşdu. O vaxt Sarkozi Fransanın daxili işlər naziri idi.

Jan Renonun 3 böyük evi var: Paris, Los-AncelesMalayziyada[6].

  1. Oğurlanmış şəklin fərziyyəsi (1979) — L’Hypothèse du tableau volé
  2. İşıqlı qadın (1979) — Clair de femme
  3. Vunderkind istəyirsiniz? (1980) — Voulez-vous un bébé Nobel?
  4. Böyük manevrlər (1981) — Les Bidasses aux grandes manœuvres
  5. Biz mələk deyilik, onlar da həmçinin (1981) — On n’est pas des anges… elles non plus
  6. Sonuncu döyüş (1983) — Le Dernier Combat
  7. Bizim əhvalat (1984) — Notre histoire
  8. Telefon həmişə iki dəfə zəng çalır (1985) — Le téléphone sonne toujours deux fois
  9. Tunel (1985) — Subway
  10. Qırmızı ərazi (1986) — Zone rouge
  11. Mən səni sevirəm (1986) — I Love You
  12. Mavi dərinlik (1988) — Le Grand Bleu
  13. Qızıl maskalı adam (1990) — L’Homme au masque d’or
  14. Nikita (1990) — Nikita
  15. Lulu Qraffiti (1991) — Loulou Graffiti
  16. "Konservləşdirilmiş ət" əməliyyatı (1991) — L’Opération Corned-Beef
  17. Gəlmələr (1993) — Les Visiteurs
  18. Leon (film, 1994) — Léon
  19. Fransız öpüşü (film, 1995) — French Kiss
  20. Qeyri-mümkün missiya (1996) — Mission: Impossible
  21. Yaquar (1996) — Le Jaguar
  22. Məzarda yer (1997) — Roseanna’s Grave
  23. Gəlmələr-2:Zaman dəhlizi (1998) — Les Couloirs du temps: Les visiteurs 2
  24. Qodzilla (1998) — Godzilla
  25. Ronin (1998) — Ronin
  26. Gəlmələr Amerikada (2001) — Just Visiting
  27. Vasabi (2001) — Wasabi
  28. Rollerbol (2002) — Rollerball
  29. Sevgi əhvalatı (2002) — Décalage horaire
  30. Uğursuzlar (2003) — Tais-toi!
  31. "Ruanda" mehmanxanası (2004) — Hotel Rwanda
  32. Korsikalı (2004) — L’Enquête corse
  33. Canavarlar imperiyası (2005) — L’Empire des loups
  34. Pələng və qar (2005) — La Tigre e la neve
  35. Çəhrayı panter (2006) — The Pink Panther
  36. Da Vinçi şifrəsi (film, 2006) — The Da Vinci Code
  37. Çəhrayı panter 2 (film, 2009) — The Pink Panther 2
  38. İnkassator (2009) — Armored
  39. Marqaret (2010) — Margaret
  40. Aleks Kross (2012)
  41. Vədə (2016)
  1. 1 2 Jean Reno // filmportal.de. 2005.
  2. 1 2 Jean Reno // Brockhauz Ensiklopediyası (alm.).
  3. 1 2 Deutsche Nationalbibliothek Record #123644674 // Ümumi tənzimləmə nəzarəti (GND) (alm.). 2012—2016.
  4. 1 2 https://www.parismatch.com/People/Jean-Reno-ne-croit-pas-a-l-integration-des-musulmans-en-France-988645.
  5. "Jean Reno and Zofia Borucka". 2011-11-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-07-10.
  6. "Французский актер Жан Рено". 2021-10-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-07-10.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]