Oliver Kromvel

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Oliver Kromvel
Oliver Cromwell
Oliver Kromvelin Samuel Cooper tərəfindən çəkilmiş portreti.
Oliver Kromvelin Samuel Cooper tərəfindən çəkilmiş portreti.
1653 16 dekabr – 1658 3 sentyabr
ƏvvəlkiKarl I (İngiltərə)
Karl II (Şotlandiya)
SonrakıRiçard Kromvel
Şəxsi məlumatlar
Doğum tarixi
Vəfat tarixi (59 yaşında)
Vəfat yeri İngiltərə, London
Vəfat səbəbi malyariya
Dəfn yeri
Partiya
Fəaliyyəti hərbi lider[d], siyasətçi, fermer, ordu zabiti[d]
Atası Robert Kromvel
Anası Elizabet Styuart
Həyat yoldaşı Elizabet Burşir
Uşaqları Robert Kromvel
Bridcit Kromvel
Riçard Kromvel
Henri Kromvel
Elizabet Kromvel
Mariya Kromvel
Frensis Kromvel
Dini Xristan (katolik)
Hərbi xidmət
Döyüşlər
Rütbəsi polkovnik
Elmi fəaliyyəti
Elm sahəsi kənd təsərrüfatı
Tanınır İlk Lord-Protektor

İmzanın şəkli
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Oliver Kromvel (ing. Oliver Cromwell; 25 aprel (5 may) 1599[1][2][…]3 (13) sentyabr 1658[1][3][…]) — İngiltərə burjua inqilabının başçısı. 1643-1650-ci illərdə Parlament ordusunun general-leytenantı. 1650-1653-ci illərdə Lord-General, 1653-1658-ci illərdə İngiltərənin, İrlandiyanınŞotlandiyanın Lord-Protektoru. 3 sentyabr 1658-ci ildə malyariyadan və ya zəhərlənmədən həlak olub. Ölümündən sonra qəbirindən çıxarılaraq asılıb daha sonra isə şaqqalanıb (İngiltərədə vətən xainləri üçün nəzərdə tutulmuş cəza).

Oliver Kromvel 1599-cı ildə Kembricdə mülkədar Puritan ailəsində doğulub. Xatinqdondakı məktəbdə təhsil alır, 1616-1617-ci illərdə Sidney Sasseksa kollecində təhsilin davam etdirir.

Vətəndaş müharibəsindən qabaq Oliver Kromvel adi Skvayr-Mülkədar idi. Hüquq fakultəsini tərk edəndən sonra Mülkədar qızı ilə evlənməyə məcbur oldu.

Oliver Kromvel Kral Karl I-nin cəsədinin üstündə

Vətəndaş müharibəsinin başlanğıcında Kromvel 60 atlıdan ibarət dəstənin kapitanı idi.

Kromvelin sərkərdəlik bacarığı Marston-Mur döyüşündə (1644) bəlli oldu. Kromverlin ordusu dalbadal kralın tərəfdaşları üzərində qələbələr qazanırdı. Kromvelin ordusu I Karlın ordusu üzərində qələbə qazanaraq Vətəndaş müharibəsini bitirir.

Oliver Kromvel lazimi hüquqlar qazanandan sonra parlamentin yuxarı palatasını ləğv edir və dostları hərbi-protestantlardan ibarət yeni heyət yaradır.

Oliver Kromvel hakimiyyətə gələndən sonra yeni qanunlar qəbul edir:

  • Orduda duellərə qadağa qoyulur.
  • Vətəndaş nikahlarının hüquqi statusu.
  • Bütün kral əmlakı dövlətin xəzinəsinə köçürülür.

Kromvel Generalissimus titulu alır daha sonra isə hakimiyyəti tam olaraq əlinə keçirəndən sonra yeni titul (Lord-Protektor) alır.

Kromvel və onun ordusu azadlıq uğrunda qanlı döyüşlərdən keçərək hakimiyyəti əlinə alandan sonra azadlığın yerinə diktatura yaradır. Kromvel güc istifadə edərək İrlandiyadaŞotlandiyada üsyanı dayandırır. 3 sentyabr 1650-ci ildə Danbara döyüşündə Kromvelin ordusundan sayca iki dəfə böyük olan Şotlandiya ordusu Kromvelə məğlub olur. Daha sonra isə ölkəni 12 qubernatorluğa bölür.

Oliver Kromvel 3 sentyabr 1658-ci ildə ölür. Kromvelin ölümündən sonra yeni Lord Protektor onun böyük oğlu Riçard Kromvel olur. Riçard Kromvelin hakimiyyəti zamanında ölkədə xaos yaranır və Zadəganlar Riçard Kromvelin yerinə taxta I Karlın oğlu II Karlı gətirirlər. Bundan sonra isə Oliver Kromvelin cəsədi qəbrindən çıxarılır, asılır və şaqqalanır (İngiltərədə vətən xainləri üçün nəzərdə tutulmuş cəza)

  1. 1 2 http://www.olivercromwellshouse.co.uk/index.php?page=oliver_cromwell.
  2. https://books.google.ca/books?id=bveSSImAmSIC&pg=PA369.
  3. https://books.google.ca/books?id=bveSSImAmSIC&pg=PA374.