41°26′40″ şm. e. 46°34′23″ ş. u.HGYO

Mosul (Zaqatala)

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Mosul
41°26′40″ şm. e. 46°34′23″ ş. u.HGYO
Ölkə  Azərbaycan
Rayon Zaqatala rayonu
Tarixi və coğrafiyası
Mərkəzin hündürlüyü 210 m
Saat qurşağı
Əhalisi
Əhalisi 3 009 (2012) nəfər
Rəqəmsal identifikatorlar
Poçt indeksi AZ6231[1]
Xəritəni göstər/gizlə
Mosul xəritədə
Mosul
Mosul

MosulAzərbaycan Respublikasının Zaqatala rayonunun inzibati ərazi vahidində kənd.

Mosul kəndinin tarixi minarəsi

Kənd 9 obadan ibarətdir. Kənddə orta məktəb, həkim məntəqəsi, mədəniyyət evi, uşaq bağçası, məscid, 2 kitabxana, futbol meydançası, müasir tipli ATS, poçt vardır.

Tarixi abidələr: 1781-ci ildə Ədür-Rəhman Bədəvi, Hüseyin və Məhəmməd Çərdəklilər tərəfindən tikilmiş məscid, 6 hücrə, 2 qədim qəbristanlıq.

Coğrafiyası və iqlimi

[redaktə | mənbəni redaktə et]

Mosul kəndi, rayon mərkəzindən 28 km cənub-şərqdə yerləşir. Əliabad qəsəbəsi, Yengiyan və Kəpənəkçi kəndləri, cənubdan isə Alazan çayı sərhəd olmaqla Gürcüstan Respublikası ilə həmsərhəddir.

Kəndin ərazisi 2302,6 hektardir.

13-22 aprel 2009-cu il Ümumazərbaycan əhali siyahıyaalınmasına əsasən kənddə 2.939 nəfər (1.454 nəfəri kişilər, 1.485 nəfəri qadınlar) əhali yaşayırdı.[2]

1 yanvar 2012-ci il tarixinə olan rəsmi təxminə əsasən kənd əhalisi 3.009 nəfərdir.[3] Rəsmi məlumata əsasən kənd əhalisinin əksəriyyətini azərbaycanlılar[3], qeyri-rəsmi məlumatlara əsasən isə ingiloylar[4] təşkil edir. Dini mənsubiyyəti müsəlman.

Kənd, RİHB- nın ərazi İcra nümayəndəsi və Mosul Bələdiyyəsi tərəfindən idarə olunur.

Əhalinin əsas məşğuliyyəti əkinçilik, fındıqçılıq və maldarlıqdır.

  1. Azərpoçt. "İndekslər" (az.). www.azerpost.az. 2016-04-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-04-19.
  2. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi: Zaqatala rayonu[ölü keçid]
  3. 1 2 Bələdiyyələr // Zaqatala-ih.gov.az
  4. SİL (Summer Institute of Linguistics) İnternational Electronic Survey Reports 2005: The sociolinguistic situation of the Inghiloi of Azerbaijan Arxivləşdirilib 2012-10-15 at the Wayback Machine