Metropoliya
Metropoliya (q.yun. μήτηρ — "ana" və q.yun. πόλις — "şəhər"; q.yun. μητρόπολις — "ana şəhər") — onun müstəmləkələri, sərhədləri xaricindəki yaşayış məntəqələri, istismar olunan ərazilər, müstəqil ölkələrlə bağlı dövlətdir.[1][2]
Tarixi
[redaktə | mənbəni redaktə et]Tarixən əhalisi həddindən artıq çox olan şəhərlər, onun bir hissəsini kənara, adətən adalara və dənizin o tayına köçürərək, burada onlar üçün müstəmləkə yaradırdı və bir müddət ona himayə edilirdi. Bəzən "bala" şəhər "ana" şəhərdən daha çox güclü olurdu. Məsələn finikiyalıların yaratdığı Karfagen tezliklə "anası" Tiri əhalisinin sayına, siyasi qüdrətinə və iqtisadi inkişafına görə xeyli geridə qoymuşdu.
Müasir dövrdə metropoliya daha çox başqa ölkələri və yaxud öz ölkəsinin bir hissəsini müstəmləkə halına salaraq onun metropoliyasına çevrilmiş dövlətlərə deyilir.
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ Metropolis[ölü keçid]
- ↑ Крысин, Л. Толковый словарь иноязычных слов[ölü keçid]— М.: Эксмо, 2008. — 944 с.