Napoleon Bonapart

Vikipediya, azad ensiklopediya
(Napoleon səhifəsindən yönləndirilmişdir)
Naviqasiyaya keç Axtarışa keç
Napoleon Bonapart
kors. Napulione Buonaparte
Fransa imperatoru[d]
18 may 1804 – 6 aprel 1814
Şəxsi məlumatlar
Doğum adı Napulione Buonaparte
Napoleone di Buonaparte
Doğum tarixi 15 avqust 1769(1769-08-15)[1][2][…]
Doğum yeri
Vəfat tarixi 5 may 1821(1821-05-05)[1][2][…] (52 yaşında)
Vəfat yeri
Vəfat səbəbi mədə xərçəngi
Dəfn yeri
  • Sent-Lüis-des-İnvalides katedralı[d]
  • Məzar vadisi[d]
Təhsili
  • Paris Hərbi Məktəbi[d] (1784–)
Fəaliyyəti siyasətçi, dövlət xadimi, zabit, rəsm kolleksioneri[d], imperator, suveren[d], hərbi aktivist[d], hərbi lider[d], monarx, ordu zabiti[d]
Atası Karlo Bonapart[3]
Anası Letizia Ramolino[3]
Həyat yoldaşları
Uşaqları
Ailəsi Bonapartlar
Dini katolisizm, deizm
Hərbi xidmət
Döyüşlər
Rütbəsi briqada generalı, diviziya generalı[d]

Təltifləri "Müqəddəs apostol Andrey Pervozvannı" ordeni Knight of the Order of St. Alexander Nevsky 1-ci dərəcəli "Müqəddəs Anna" ordeni Order of the Reunion Order of Saint Stephen of Hungary Leopold ordeni Order of the Iron Crown Order of Charles III French Order of Academic Palms Knight Grand Cross of the Order of Saint Joseph Knight of the Order of the Golden Fleece Qara Qartal ordeni "Qırmızı qartal" ordeni "Fəxri legion" ordeninin Böyük xaçı Order of Saint Hubert Royal Order of Saint George for the Defense of the Immaculate Conception Merit Order of the Bavarian Crown Serafimlər ordeni "Ağ qartal" ordeni Order of the Rue Crown "Müqəddəs İosif" ordeni Order of the Crown Order of Fidelity 1-ci dərəcəli "Şiri-Xurşid" ordeni Order of Ludwig I Knight of the Order of the Elephant Grand Master of the Legion of Honour Royal Order of the Two-Sicilies Santyaqo ordeni Order of the Crown of Westphalia Royal Order of Spain Order of the Three-Golden Fleeces Order of the Union
İmzanın şəkli
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Napoleon Bonapart (it. Napoleone Buonaparte, fr. Napoléon Bonaparte; 15 avqust 1769[1][2][…], Ayaçço, Fransa krallığı[5][6][…]5 may 1821[1][2][…], Lonqvud evi[d], Müqəddəs Yelena, Askenson və Tristan-da-Kunya adaları, Böyük Britaniya və İrlandiya Birləşmiş Krallığı[7]) — Fransa imperatoru, bacarıqlı sərkərdə, Fransa inqilabi ordusunun Generalı, Fransa Respublikasının birinci prezidenti (9 noyabr 1799 – 20 mart 1804), fransızların imperatoru (18 may 1804 – 11 aprel 1814, 12 mart 1815 – 22 iyun 1815), İtaliya Respublikasının Prezidenti (26 yanvar 1802 – 17 mart 1805), İtaliya kralı (17 mart 1805 – 11 aprel 1814), Reyn İttifaqının protektoru (12 iyul 1806 – 19 oktyabr 1813), İsveçrə Konfederasiyasının mediatoru (19 fevral 1803 – 19 oktyabr 1813), Berqin Böyük Hersoqu (1808–1809).

Ümumi xülasə

[redaktə | mənbəni redaktə et]

Napoleon Bonapart 15 avqust 1769-cu ildə Ayyaçoda anadan olub. O, Karlo Bonapartın və Letizia Ramolinonun 2-ci oğlu idi. Napoleon Briendəki hərbi akademiyaya daxil olur və 1785-ci il 28 oktyabra qədər burada təhsilini davam etdirir, elə həmin ildən artilleriya üzrə kiçik leytenant rütbəsi ilə peşəkar hərbi fəaliyyətə başlayır. O dövrdə Fransada böyük çaxnaşmalar baş verirdi. Napoleon Korsikaya qayıdıb öz vətəni uğrunda döyüşlərə qoşulur. O, 1793-cü il 17 dekabrda ilk hərbi uğurunu İngiltərə tərəfindən zəbt olunmuş Tulonu azad etməklə qazanır. Bu qələbəsinə görə Napoleon briqada generalı, 23 fevral 1796-cı ildə isə İtaliya ordusunun komandanı təyin edilir.

1796-cı il 9 martda Napoleon Bonapart Jozefina de Boqarne ilə ailə həyatı qurur. O, 1799-cu ilin noyabr ayında dövlət çevrilişi edərək birinci konsul olur və bütün hakimiyyəti öz əlində cəmləyib ölkədə diktatura rejimi yaradır. 1800-cü ildə Fransa bankının əsasını qoyur, 1804-cü ildə "Mülki məcəllə" islahatını həyata keçirir. 1804-cü il may ayının 18-i isə Napoleon özünü imperator elan edir.

Napoleonun 1805-ci ildə Avstriya, 1806-cı ildə Prussiya, 1807-ci ildə Polşa üzərindəki parlaq qələbələri Fransanı Avropa qitəsinin demək olar ki, hegemon dövlətinə çevirir. Lakin dəniz rəqabətində Böyük Britaniyaya uduzması, 1812-ci ildə Rusiyaya məğlub olması onun qurduğu Fransa imperiyasının süqutunu tezləşdirir.

Fransa əleyhinə müttəfiqlər Parisdə Napoleonu taxtdan əl çəkməyə məcbur edir və Elbaya sürgünə yollayırlar. Lakin Napoleon öz xarizmasının gücü hesabına 1815-ci ildə yenidən hakimiyyətə qayıdır. 1815-ci il iyunun 22-də baş verən Vaterlo döyüşündə məğlub olduqdan sonra o ikinci dəfə hakimiyyətdən əl çəkməli olur.

Kimliyi, uşaqlığı və gəncliyi

[redaktə | mənbəni redaktə et]
Napoleon Bonapart
Napoleonun anası Letizia Bonapart
(yağlı boya, Robert Lefevre 1813-cü il)

Napoleon Bonapart (Korsika şivəsincə Nabulione) hələ Genuaya qarşı müstəqilliyi uğrunda mübarizə aparmış və nəticədə 1768-ci ildə Fransa tərəfindən satın alınmış Korsika adasında, Ayaççoda 15 avqust 1769-cu ildə anadan olmuşdur. O, Karlo Bonapartın və Letizia Ramolinonun 2-ci oğlu olaraq dünyaya gəlmişdir. Ailədə 13, sonradan tələf olanları çıxmaqla 8 (5 oğlan və 3 qız) uşaq olmuşlar. Ailəsi XVI əsrdən etibarən adaya köç etmiş xırda aristokratlardan olmuşdur.

Əslən İtaliyanın Toskana əyalətindən olan atası Karlo Bonapart yerli mülkədarlardan həm də müstəqillik uğrunda mübarizənin rəhbəri Paskal Paolinin katibi olmuşdur. XV Lüdovik tərəfindən ada satın alındıqdan sonra fransız qoşunları korsikalı qiyamçıları darmadağın edir və Paoli İngiltərəyə qaçır. Napoleon məhz bu hadisədən 3 ay sonra dünyaya gəlmiş olur. Məhz bu hadisələrin təsirindən Paoli 1790-cı ilə qədər Napoleonun idealı olmuşdur. Hüquqşünas təhsilli atası müstəqillik dövründə Korsika konstitusiyasının yaradıcısı olsa da sonralar Fransa tabeliyi ilə barışmalı olur. Karlo Bonapartın Fransaya qarşı loyallığı nəzərə alınaraq 1771-ci ildə Ayeççonun aksessoru vəzifəsinə təyin edilir və eyni zamanda Parisdəki Korsika parlamentinə zadəganların nümayəndəsi seçilir.

Napoleon Bonapart əvvəlcə Ayaçço şəhər məktəbinə gedir. Daha sonra o, bacı-qardaşları ilə birlikdən bir abbatın yanında riyaziyyatyazı yazmaq dərsləri alırlar. Napoleon çalışqanlığı ilə seçilirdi. Zəngin kitabxananın olması və şəxsən Karlo Bonapartın səyləri nəticəsində böyük qardaşlar erkən olaraq tarixlə, ədəbiyyatlahüquqla maraqlanmağa başlamışlar.[8]

Karlo Bonapart (Anna Luis Qirodet-Triosona məxsus rəsm, 1806)

Korsikanın fransız qubernatoru Luis Çarlez Qraf de Marboyf ilə əməkdaşlıq edən Karlo Bonapart oğlanları Napoleon və Yozef üçün təqaüdə nail olur. Böyük oğlu keşiş kiçik oğlu isə orduda xidmətlə öz karyerasına başlamağa hazırlaşırlar. 1778-ci ildə adanı tərk edərək hər iki qardaş fransız dilini öyrənmək üçün Autun kollecinə gedirlər. Növbəti il Napoleon Brienne kadet məktəbinə daxil olur. Məktəbdə yeganə korsikalı olan Napoleonun dərslərindəki uğurlar müxtəlif idi. Belə ki, hesabdan fərqlənə bilsə də latın dilindən zəif olduğundan heç imtahan edilməyə məsləhət görülmür. Fransız dilində yazıdan geri qalsa da çoxlu mütaliə nəticəsində nitqini xeyli yaxşılaşdırmağa nail olmuşdur. Tarixi qəhrəmanların həyatına: Yuli SezarMakedoniyalı İsgəndərə böyük maraq göstərir.

İmtahanlardan sonra dənizçi kimi xidmətə layiq görülsə də anasının təkidi ilə imtina edərək öz riyazi bacarığını artilleriyada sınamağı qərara alır və Parisin ən prestij hərbi məktəbinə (fr. École Militaire) daxil olur. Burada o, attilleriyanın sirlərinə: hidrostatikaya, differansal və inteqral hesablamalara eyni zamanda dövlət hüququ və istehkam fənnlərinə yiyələnir.

24 fevral 1785-ci ildə atası mədə xərçəngindən vəfat edir. Napoleon ailə başçısı vəzifəsini öz boynuna götürür və eyni zamanda böyük qardaşı Yozeflə də hesablaşır. Elə həmin ildə, 16 yaşında o təhsilini vaxtından tez başa vuraraq, səriştəsinə görə zabit rütbəsinə layiq görülür. Valensadakı La Fère bölüyünə daxil olaraq 1788-ci ilin iyun ayından leytenant rütbəsilə xidmət göstərir. Anasına kömək məqsədilə 11 yaşlı kiçik qardaşı Luisi yanına gətirib tərbiyəsilə özü məşğul olur.

Asudə vaxtlarını ədəbiyyata və yazıçılığa sərf edir. Mütaliəyə çox vaxt ayıraraq romandan, dərsliklərdən, antik tarixi səlnamələrdən, Platondan tutmuş müasirlərinə qədər olan çoxlu əsərlər oxumuşdur. Belə ki, Yohan Volfqanq Höteni dəfələrlə oxuyarmış. Sonralar siyasətə maraq göstərərək Jan Jak Russonu özünə ideal seçir. Böyük Britaniyanın konstitusiya-monarxiya quruluşu ilə ciddi maraqlanır. Daha sonralar fransız tarixçisisosioloqu Reynal Qiyom Tomas Fransua diqqətini çox çəkmişdir.[9]

İnqilabi fəaliyyəti

[redaktə | mənbəni redaktə et]

Napoleon 1789-cu ildə baş vermiş Fransa inqilabını açıq-aşkar dəstəkləyir və öz bölüyü ilə birlikdə sədaqət andı içməyə məcbur olur. Korsikanın azadlığı üçün yeni bir şans yaranır. Sentyabr ayında ordudan məzuniyyət götürərək Korsikaya qayıdır və qardaşı Yozef ilə aktiv siyasi fəaliyyətə başlayır.

1791-ci ildə öz bolüyünə döndükdən sonra ona baş leytenant rütbəsi verilir. XVI Lüdoviq qaçdıqdan sonra özünü respublikaçı elan edərək yerli Yakobin klubuna daxil olur. Lion akademiyasında respublikaçı şüarlarla çıxışlar edir. 1791-ci ildə öz truppası ilə qısa bir müddətə Korsikada qalır. Korsika milli qvardiyasına daxil olaraq Paoliyə qarşı çıxır. Qanlı qarşıdurmadan sonra truppasını adanın içərilərinə çəkərək özü Fransaya dönür.

Korsikadan daxil olan şikayətlər əsasında, Napoleon bu hərəkətinə görə 1792-ci ildə ordudan xaric edilir. lakin zabit çatışmazlığına görə təzədən orduya kapitan rütbəsi ilə geri qaytarılır. Təzədən Korsikaya qayıdaraq Sardiniyaya qarşı hərbi aksiyaya qoşulur. Beləliklə Napoleon Fransa inqilabına sadiq qalaraq Korsikanın müstəqilliyinin və uşaqlıq idealı Paolinin əleyhinə çıxır. Bu isə ailəsinin Fransaya mühacirət etməsi və onun Korsika ambisiyasının sonu demək idi.[10]

Jozefina Boharne
(rəsm François Gerard)

Korsikadan qaçaraq Fransanın cənubunda yerləşmiş bölüyünə qayıdır. Bu zaman hakimiyyətə Yakobin diktaturası gəlmiş olur. Hələ bir il öncə Yakobin klubundan ayrılan Napoleon 1793-cü ildə siyasi baxışını əks etdirən broşür çap etdirir.

Napoleon Böyük Britaniya donanmasının dəstəyinə arxalanan bəzi inqilabçıların və royalistlərin (monarxistlərin) yerləşmiş olduğu Tulon şəhərinin artilleriya komendantı təyin edilir. 25 noyabr 1793-cü ildə Napoleon hazırladığı şəhərə hücum planı haqqında komandan general Duqommirə məlumat verir və 19 dekabrda Tulona hücuma keçir. Bu müvvəffəqiyyət həqiqətdə də Napoleonun yüksəlişinin başlanğıcı olur. 22 dekabrda ona təşəkkür elan edilərək 24 yaşında briqada generalı rütbəsi verilir. Niçdə qərargahı yerləşən İtaliya ordusunun artilleriya komandanlığı ona tapşırılır. Lakin Yakobin hakimiyyəti devrildikdən sonra Robespyer partiyasının tərəfdaşı olduğuna görə həbslərə məruz qalır. Onun hərbi karyerası siyasi çevrilişlərin qurbanına çevrilir.

Bütün bunlardan sonra Napoleon ailəsi ilə Marseldə yaşamalı olur. Qardaşı Yozef Juli Kların xeyrinə təbliğat işinə qatılır. Napoleon isə Kların bacısı Deziri Klara vurulur. Sonralar Deziri İsveç kralı XIV Karl Johanna (Jan Batista Bernaddot) ərə gedir. Karyerasını xilas etmək məqsədilə Parisə gəlir. Özünü Termidorian kimi qələmə verərək sağçıların qiyamı zamanı daxili qoşunların baş komandanı təyin olunmuş, hərbidən heç də başı çıxmayan Barras Poula onun təkidi ilə xidmət göstərir. 5 oktyabr 1795-ci ildə qiyamçılar artilleriyanın gücü hesabına yatırılır və nəticədə Napoleon diviziya generalı az sonra isə daxili qoşunların baş komandanı təyin edilir. Bu zamanlar o, Barras Poulun vasitəsilə əri Aleksandr Boharnenin qətlindən sonra dul qalmış Jozefina Boharne ilə tanış olur. Napoleon Joyefinaya vurulur və Deziri ilə əlaqənı kəsərək 9 mart 1796-cı ildə onunla evlənir.

Hər ikisi bu nikahdan faydalanmağa çalışırdı. Belə ki, Napoleondan yaşca böyük olan Jozefina öz bahalı həyat tərzini Napoleonun hesabına maliyələşdirmək, Napoleon isə onun vasitəsilə Barras Poulla möhkəm əlaqə yaratmaq və həm də Paris cəmiyyətinə yol tapmaq fürsəti əldə etmiş olur.[11] Evlənməsindən iki gün sonra Napoleon Nitsaya gələrək İtaliya ordusunun komandanlığını təhvil alır.

Ona tabe olan generallar Pyer Fransoys Çarlz Auqeray və Andre Massena bu təyinata müəmmalı baxırlar. Lakin sonradan Napoleon çıxışları və əməli işi ilə özünə hörmət qazandırır. İtalyan ordusu düşgün, pis silahlanmış və aylarla məvacib almayan 40000 nəfərdən ibarət idi. Napoleon orduya səslənərək: "Mən sizi dünyanın bərəkətli düzənliklərinə aparmaq istəyirəm, əlinizə böyük şəhərlər düşəcək; orada siz cənablar şöhrətə və dövlətə çatacaqsınız."[12]

Ordunun ruhunu və həm də öz təbliğatını aparmaq üçün Courier de l’Armée d’Italie adlı ordu qəzeti təsis edir. Napoleonun kredosu belə səslənir: "müharibə sistemi qalanı çökdürmək kimi bir şeydir. Atəşi məqsədyönlü elə eyni nöqtəyə tuşlamaq lazımdır. Elə ki müqaviməti pozuldu özü dağılacaqdır."[13]

Misir ekspedisiyası

[redaktə | mənbəni redaktə et]
Napoleon Bonapart Sfinksin qarşısında (1868-ci ildə Jean-Léon Gérôme tərəfindən çəkilib.)
Napoleon Bonapartın Elba adasına sürgün edilməsinin təsvir olunduğu müasir qəhramanını səfəri adlı rəsm. Rəsmdə Napoleon Bonapart bir əlində qırılmış qılınc digər əlində isə uzunqulaqın quyruğunu tutarkən təsvir olunmuşdur. Arxa fonda görünən musiqiçilər isə Napoleonu müşayyət edirlər.

Böyük Britaniyanın Misiri tutmaq planına qarşı Fransa hökuməti Misirə 19 may 1798-ci ildə Hərbi və nəqliyyat gəmilərindən ibarət ekspedisiya göndərir. Ekspedisiyada 38000 əsgərlə yanaşı ölkənin tarixini, mədəniyyətini tarixi abidələrini tədqiq etmək və orada yeni siyasi və iqtisadi strukturlar yaratmaq məqsədilə çoxlu alimlər, mühəndislər, rəssamlar da iştirak edirdilər. Hərbi ekispedisiya 1 iyun 1798-ci ildə Misirə yetişir və Osmanlı ordusunu Misir ehramları yaxınlığında məğlubiyyətə uğradıraq 23 iyulda Qahirəyə daxil olur. Bu zaman Napoleona onun gəmilərinin Britan donaması tərəfindən Əbukirdə batırıldığı xəbəri verilir. Belə ki, 1798-ci ildə Əbukir dəniz döyüşündə, vitse-admiral Horatsio Nelsonnun komandanlığı altında Britaniya donanması fransız donanmasını darmadağın etmişdi. Fransa ilə əlaqə kəsilmiş olur. Buna baxmayaraq ekspertləri ilə birlikdə müxtəlif reformalara başlayır və beləliklə Misirin tədqiqatına başlanılır, bununla da d’Égypte institunun əsasını qoymuş olur. Ekspedisiya zamanı 1799-cu ildə indiki Rəşid (Rozzet) şəhəri yaxınlığında tapılmış Rozzet daşı vasitəsilə bir çox Misir heroqliflərini oxumaq mümkün olmuşdur.

Fələstinə qədər irəliləyərək Qəzzanı tutaraq Akkon qalasında istehkamlanır. Lakin tauna düçar olan fransız qoşunu sayca azalaraq Misiri tərk etmək məcburiyyətində qalır. Əbukir bu zaman Mustafa Paşanın komandanlığı altında olan 18000 əsgərlə müdafiə mövqeyində idi. Napoleon 5000 piyada və 1000 süvari ilə ölümcül savaşa girir və 25 iyul 1799-cu ildə Əbukir döyüşündə Osmanlı qoşunlarını məğlub edir. 2 avqustda Əbukir təzədən fransızların əlinə keçir. Bununla da Napoleon bir il öncə fransız donamasının biabırçı məğlubiyyətinin əvəzini çıxmış olur. 30 sentyabrda Korsikaya, 9 oktyabrda isə Müqəddəs Rafael tərəfdən Fransa sahilinə yetişmiş olur. Parisdə ekspedisiyanın uğursuzluğuna baxmayaraq onu qəhrəman kimi qarşılayırlar.

18 Brümer çevrilişi

[redaktə | mənbəni redaktə et]

Nəinki xalq, eləcə hökumətin özündə də korrupsiyalaşmış direktorium idarəçiliyinə etimad itməkdə idi. Emmanuel Yozef Siyes və Roqer Dukos Napoleonun hərbi köməyinə arxalanaraq siyasi saxtakarlıq edərək çevriliş edirlər.

9 noyabr 1799-cu ildə, Brümer təqvimi ilə Respublika elan edilməsinin VIII ili, 18 Brüumer çevrilişi(fr. Coup d'État du 18 brumaire) nəticəsində direktoriya hakimiyyəti ləğv edilərək, başında Napoleon Bonapart durmaqla yeni müvvəqəti hökumət təşkil edilir. Sonrası gün parlamentin hər iki palatasının toplantısında Napoleonun birbaşa və dolaşıq nitqindən sonra ara yenidən qarışır. Napoleon tabeliyində olan hərbinin elit hissəsinin — Qrenadyorların köməyi ilə palataları dağıdır. Parlament Napoleonun təqdimatı əsasında konsul vəzifəsi və konsul konstitusiyası təsis edir. 30 yaşlı Napoleon Bonapart mütləq hakimiyyətə malik olmuş ilk Konsul olur.[14]

Fransa Respublikasının ilk konsulu

[redaktə | mənbəni redaktə et]

Yeni konstitusiyaya əsasən Napoleon Bonapart 25 dekabr 1799-cu ildə on il müddətinə mütləq hakimiyyətə malik ilk konsul seçilir. Konsul qanunvericiliklə yanaşı nazir və digər yüksək dövlət vəzifələrinə təyinatları etmək hüququna malik olur. Beləliklə Bonapart konstitusiya ilə diktaturanı qanuniləşdirir. Hökumət proqramına Bonapart belə bir şüar verir: "Vətəndaşlar! İnqilab nədən başlanmışdısa elə orada qayıdır. O, artıq bitmişdir."[15]

Diktatora çevrilən Napoleon dövlət idarəçiliyini kökündən dəyişdirir. İnqilabın töhfələrinin: vətəndaş hüququ, kəndlinin şəxsi torpaq hüququ, emiqrantların və kilsənin müsadirə olunmuş mülklərini satın alanların hüququnun təminatçısı kimi çıxış edərək 1804-cü ildə Napoleon məcəlləsini təsis etməklə hakimiyyətini daha da möhkəmləndirir. İnzibati idarəçilikdə reform keçirərək şəhər və kəndlərə merlər təyin edir.

1800-cü ildə qızıl ehtiyatlarini, qiymətli kağızları və əmanətləri saxlamaq üçün Fransa Dövlət Bankı nı təsis edir. 28 mart 1803-cü ildə kağız pullar ləğv edilərək pul vahidi 5 q-lıq gümüş frank təsdiq edilir. Xarici siyasətdə məqsəd ikinci koalision müharibəsini zəfərlə başa vurmaq idi. Napoleon ordusu ilə Alp istiqamətində hərəkət edərək 14 iyun 1804-cü ildə general Deze, Lui Şarl Antuanın böyük xidməti olmuş Marenqo döyüşündə qələbə çalır. General Deze Marenqo döyüşündə həlak olur. Genral Jan Viktor Moronun həlledici Hohenlinden döyüşündə çaldığı qələbədən sonra 9 fevral 1801-ci ildə Avstriya ilə Lunevill sülhü bağlanılır. 8 oktyabr 1802-ci ildə Rusiya ilə və 25 mart 1803-cü ildə Böyük Britaniya ilə Amien sülhü bağlanılır.

Əldə olunan daxili və xarici siyasətdəki uğurlar 2 avqust 1802-ci ildə Bonaparta xalq səsverməsi yolu ilə ömürlük Konsul olmaq üçün gözəl imkan yaratmışdır. Səsvermədə iştirak etmiş fransızların 3 millionu onun leyhinə 1,6 millionu isə əleyhinə səslərini vermişdilər.

Fransa İmperatoru I Napoleon

[redaktə | mənbəni redaktə et]
border=none Əsas məqalə: Birinci imperiya
I Napolenun Notr-Dam de Pari məbədində imperator taxtına çıxması
Rəsm, Jacques-Louis David 1805–1807

Xalqsəsverməsindən sonra imperatorluğa layiq bilinərək 2 dekabr 1804-cü ildə Notr-Dam de Pari məbədində papa VII Piyin xeyir duası ilə imperator elan edilərək taxta çıxır. 26 may 1805-ci ildə Milan kafedralında başına Lanqobard krallığının Dəmir tacı qoyularaq İtaliya kralı elan edilir.

Çar I Aleksandr 1805-ci ilin aprel ayında Böyük Britaniya ilə ittifaq bağlayır. Məqsəd Fransanı 1792-ci il sərhədləriinə qaytarmaq idi. Sonradan bu ittifaqa Avstriya, İsveçNeapolda qoşulurlar. Prussiya III Koalisiyaya qoşulmur. Əksinə Bavariya, VüttenberqBaden Bonapartın müttəfiqinə çevrilirlər. Napoleon ilk olaraq Avstriya üzərinə yürüş edərək Ulm yaxınlığında general Karl Makı 70000 ordusu ilə təslim edir və beləliklə Vyanaya yol açılmış olur. 13 noyabrda döyüşsüz Vyana alınmış olur. 21 oktyabr 1805-ci ildə Trafalqar döyüşündə fransız donamasının Nelson tərəfindən darmadağın edilməsinə baxmayaraq, Austerlitç qələbəsi 26 dekabr 1805-ci ildə Avstriya ilə Pressburqda bağlanan sülh müqaviləsində Fransanın kontinentdəki mövqeyini daha da gücləndirmiş olur. Sülh müqaviləsinə görə Habsburq monarxiyası Tirolu və Forarlberqi itiriərək bu ərazilər Bavariyaya, onun İtaliya əraziləri isə İtaliya krallığına qatılır. Dəstəyə görə Bavariya və Vütenberq hersoqlarına kral titulu verilir.

Napoleon evlənmək siyasətindən istifadə edərək, asılı dövlətlərin idarəçiliyini əqrabasının həmin dövlətlərin hakimiyət üsul-idarəsinə transfer etməklə öz əlinə keçirmişdir. Belə ki, Yozef 1806-cı ildə Neapl sonra 1808-ci ildə isə İspaniya kralı, Luis Hollandiya kralı, bacısı Eliza 1809-cu ildə Toskana Böyük hersoqu, Paulin Parma və Quastalla hersoqu, 1808-ci ildə Karolina Bonapart Neapl kralı Yoaxim Muratın arvadı qismində kraliça, Jerom Vestfal kralı elan edilmişdir. Almaniya ərazisində Napoleonun protektoratlığı altında 16 iyul 1806-cı ildə Fransa imperiyasına hərbi yardım göstərmək öhdəliyinə malik 16 əyalətdən ibarət Reyn İttifaqı yaradılır. Beləliklə Müqəddəs Roma dövləti süqut etmiş olur və II Frans hakimiyyətini itirmiş olur.[16]

Rusiya və Prussiya müharibələri

[redaktə | mənbəni redaktə et]

Bununla da Fransa Prussiya münasibətləri pisləşmiş olur. Gizlin Rusiya ilə ittifaqa girərək Prussiya 26 avqust 1806-cı ildə Fransaya Reyn ərazilərindən çıxmacı ulimatumunu verməklə müharibə elan etmiş olur. Napoleon öz qoşunlarına Mayndan başlayaraq Türingeni keçməklə Berlinə qədər irəliləməyi əmrini verir. 1806-cı il oktyabr ayında Yena və Auerştedtdə prussiyalılar ağır məğlubiyyətə uğrayırlar. Nəticədə Erfurt hersoqluğu birbaşa Napoleon imperiyasına qatılır və fransızlar Berlinə daxil olurlar.

Prussiya ordusunun qalıqları Russ ordusuna qoşulurlar. Rusiya üzərinə yürüş bir sıra çətinliklərlə üz-üzə qalmış olur: həddindən pis kommunikasiyaya, yollara malik uzaq bir ərazi ordunun cəld mobilliyi və təhcizatı üçün böyük bir problem yaratmışdır. General Levin Avqust fon Benniqsenin tabeliyində olan rus ordusunun döyüşə girmədən geri çəkilməsi, 1806–1807-ci illərin kəskin qışı və Polşa vətənpərvərlərinin müqaviməti Napoleonu Varşavada durmağı məcbur edir. Burada o qrafinya Valevskaya ilə uzun müddətli məhəbbət romanı yaşayır. Nəticədə bir uşaq dünyaya gəlir.

Əvvəl 8 fevral 1807-ci ildə Prussiş-Eylau döyüşü və sonra 14 iyun 1807-ci ildə Fridland döyüşünün ardınca 7 iyulda Fransa Rusiya və Prussiya arasında Tilzit sülhü bağlanılır. Bu sülh Prussiya üçün bir fəlakət idi. Prussiya Elbadan qərbdəki ərazilərindən yeni yaradılmış Vütenberq krallığının xeyrinə məhrum olmuş olur. Polşa əyaləti isə Varşava Böyük hersoqluğuna çevrilir. Beləliklə Prussiya ərazisinin yarısını itirmiş olur eyni zamanda daha yüksək təzminat ödəməklə yanaşı kiçik ordu saxlamaqla kifayətlənməli olur.

Avropa qitəsi demək olar ki, tamamilə Napoleonun hakimiyyəti altına keçmiş olur ki, bu da Böyük Britaniyanın izolə olunması demək idi. Napoleon Böyük Britaniyaya qarşı Avropa qitəsi boyu ticarət baykotu — "Kontinental blokada siyasəti" yürüdür.[17]

border=none Əsas məqalə: Kontinental blokada

Süquta aparan yol

[redaktə | mənbəni redaktə et]
İspaniya ümumxalq hərəkatı
rəsm, Fransisko Qoya 1814
Mariya Luiza oğlu ilə (rəssam: Jozef Frank)

Napoleon hakimiyyətinin ən yüksək nöqtəsini Tilzit sülhü adlandırmaq olar. O, hakimiyyətinin gücünü despot meyilləri ilə daha da artırmağa çalışırdı. Hökumət adamları tərəfindən tənqidə dözümsüz olması, ekspansion siyasətinə xarici işlər naziri Taleyranın qarşı çıxmasına görə vəzifəsindən azad edilməsi, senzuranın artırılması, şəxsiyyətə pərəstişliyin artması buna aydın misallardandır. Köhnə aristokratlara xidmət edən dövlət inqilabi prinsiplərdən, bərabərçilikdən uzaqlaşmışdır.

Xarici siyasət Böyük Britaniyanı iqtisadi cəhətdən diz çökdürmək üçün "Kontinental blokada siyasəti"nə söykənirdi. Ispaniyadan keçməklə Portuqaliyanı işğal etdikdən sonra Kral IV Karl və oğlu VII Ferdinand arasındakı tax-tac mübahisəsindən istifadə edərək qardaşı Yozefi İspaniya kralı təyin edir. Buna qarşı Artur Uillesleyin tabeliyində olan Britaniya expedisiya korpusunun dəstəyilə İspaniyada ümumxalq hərəkatı baş qaldırır. Yozef madridi tərk etməli olur. Marşal Jünonun təslimindən sonra Napoleon 1808-ci ilin oktyabr ayında Erhurt hersoq konfransından sonra İspaniyaya hücum edir.

1809-cu ildə Fransaya döndükdən bir qədər sonra Avstriya ordusu Avstriya-Teşen hersoqu Karlın başçılığı ilə Bavariya üzərinə hücuma keçir. 21 may 1809-cu ildə Napoleon qüvvələri Vyananın cənub-şərqinə toplayır. Aspern-Esslinq döyüşündə avstriyalılar fransızların qarşısını kəsirlər. Bu döyüş Napoleonun ilk məğlubiyyəti kimi tarixə düşür. Vaqram döyüşündə isä fransızlar məğlubiyyətin əvəzini çıxmış olurlar. Şönbrunn sülhünə görə Avstriya Dalmasiya, Mərkəzi Xorvatiya və Küstenlandı itirmiş, ordusunun sayını 150000-nə endirməya və "gapalı qitə siyasəti"nə qoşulmağa məcbur edilmiş və Fransanın müttəfiqinə çevrilmiş olur.

Napoleon sülaləsinin davamlılığını təmin etmək üçün Jozefinyanı uşaq olmaması üzündən boşayaraq Avstriya ilə bağlanmış ittifaqı möhkəmlətmək məqsədilə 1 aprel 1810-cu ildə Avstriya imperatoru I Fransın böyük qızı Mariya Luiza ilə evlənir. Ondan arzu olunan imperiya xələfi oğlu II Napoleon Bonapart (1811–1832) dünyaya gəlir.[18]

Rusiya yürüşü

[redaktə | mənbəni redaktə et]
border=none Əsas məqalə: Fransa-Rusiya müharibəsi
Napoleonun geri çəkilməsi (rəssam: Adolf Nortern)

I Aleksandr 1810-cu ilin sonunda iqtisadi vəziyyətin pisləşməsi ilə əlaqədar Böyük Britaniyaya qarşı aparılan "Kontinental blokada siyasəti"nə qarşı çıxır. İki imperiya arasında münasibətlər daha da soyuqlaşır. Nəticədə 1811-ci ildə[19] hazırlaşaraq 1812-ci ildə Rusiyaya müharibə elan edir. Avropada misli görünməmiş 675 minlik ordu ilə Rusiya üzərinə hərəkət edir.

Əvvəlcə PeterburqMoskva xalq müqavimət dəstələrinə rəhbərlik edən Kutuzov I Aleksandr tərəfindən ordu baş komandan təyin edilir. Fransızlara qarşı həlledici döyüşdən qaçınaraq Napoleona qarşı taktikasını belə ifadə edirdi: "Biz Napoleona qalib gəlməyəcəyik. Biz onu aldadacağıq".[20] Ruslar ölkənin içərilərinə çəkilərək Napoleona Moskvanı od vurub yandıraraq döyüşsüz təslim edirlər. Şəhərə daxil olmuş Napoleon ordusu aclığa, soyuğa, xəstəliyə düçar olur. Rus çarı Napoleonla danışıqdan qaçır. 18 oktyabrda napoleon geri dönmək əmrini verir. Geri dönərkən kozak dəstələrinin hücumuna məruz qalmaları ordunun vəziyyətini daha da pisləşdirir. 1812-ci ilin dekabrnda 18 min Napoleon əsgəri Prussiya sərhəddinə çatmış olur. Prussiya köməkçi korpusu Napoleonun ordusundan imtina edərək ruslarla danışığa gedirlər. Napoleon kiçik bir dəstə ilə Parisə yetişmiş olur.

İmperiyanın süqutu

[redaktə | mənbəni redaktə et]
Birinci dəfə imperatorluqdan imtina
12 aprel 1814-cü il

Napoleonun bu məğlubiyyəti Almaniyada xalq hərəkatının canlanmasına gətirib çıxarır. Kral Fridrix III Vilhelm ruslarla ittifaq bağlayaraq azadlıq müharbəsinə başlayır. Napoleon pis təlimli ordu ilə, öz hərbi təcrübəsinə arxalanaraq Almaniya üzərinə hücuma keçərək Qrosqörşen və Bautçen döyüşlərindən böyük itkilər bahasına qalib çıxsa da atəşkəs elan edir.

Bu vəziyyət get-gedə üzv dövlətlərin koalisiyanı tərk etmələri ilə nəticələnir. 1813-cü ildə Leypsiq yaxınlığında Xalqlar döyüşü fransızların qəti məğlubiyyətindən xəbər verirdi. Müttəfiqlərin Parisə daxil olması ilə imperator taxtından imtina edir. 1814-cü ildə məğlubiyyətin acılarına dözməyərək özünü zəhərləmək cəhdi boşa çıxır.[21] Napoleon 20 aprel 1814-cü ildən Aralıq dənizindəki Elba adasına imperator titulu saxlanılmaqla sürgün edilir.[22] 26 fevral 1815-ci ildə sürgündən qaçaraq 20 martda maneəsiz Parisə dönən Napoleon[23] əldən verilmiş mövqeləri qaytarmaq istəyirdi. Lakin yüz günlükdən, Vaterloo döyüşündəki məğlubiyyətdən sonra onu ikinci dəfə imperatorluqdan imtina etməyə vadar edirlər və Müqəddəs Yelena adasına sürgün edilir.[24]

Napoleonun Əlillər evindəki sarkofaqı

Müqəddəs Yelena adasında ikən Napoleon öz memuarlarını yazır. Səhətinin get-gedə pisləşməsilə 5 may 1821-ci ildə 51 yaşında vəfat edir. Meyidi yarıldıqdan sonra 9 mayda dəfn edilir. Atopsiyanın nəticəsinə görə Napoleon qanaxma ilə fəsadlaşmış mədə xərçəngindən vəfat etmişdir.[25]

Onun zəhərlənməsi ilə bağlı iddialar təsdiqini tapmayıb.

Ölümündən demək olar ki iyirmi il sonra Napoleon Bonapartın cəsədi 15 oktyabr 1840-cı ildə ekshumasiya olunaraq Fransaya gətirilmiş və özü tərəfindən tikdirmiş olduğu, lakin sağlığında altından keçə bilmədiyi Parisin Zəfər Tağından keçirilməklə Əlillər meydanında sarkofaqda dəfn edilmişdir.[26]

Napoleonun aforizmləri

[redaktə | mənbəni redaktə et]
  • "Dünyanı təsadüflər idarə edir".
  • "Hər kəs özünə görə haqlıdır".
  • "Böyük bir işin gülüş hədəfinə çevrilməsinə olan yol cəmi bir addımdır".
  • "Qanunları yaratmaq, onlara riayət etməkdən asandır".
  • "Danışmağı bacarmayan özünə karyera qura bilməz".
  • "Təsadüf – bütün kainatın yeganə qanuni hökmdarıdır".
  • "Jurnalist – qələmlə işləyən küçə süpürgəçisidir".
  • "Hansısa bir işi vicdanla idarə etmək kifayət qədər çətindir".
  • "Son sözü həmişə ictimai rəy deyir".
  • "Əsgərlər – siyasi məsələlərin həlli üçün lazım olan rəqəmlərdir".
  • "Sonsuz hakimiyyətin yalana ehtiyacı yoxdur – susmaqla da kifayətlənə bilər".
  • "Dərd – müdrik insanı daha da müdrikləşdirir, səfehi isə tamam səfehləşdirir".
  • "Siyasətdə əsas olan məqsədə doğru getməkdir – vasitə heç bir əhəmiyyət kəsb etmir".
  • "Əsl qəhrəman döyüş vaxtı nəticəyə əhəmiyyət vermədən sanki şahmat oynayır".
  • "Dostlarınızın etibarını yoxlamaq istəyirsiniz? Bunun üçün gərək çətin vəziyyətə düşəsiniz".
  • "Əsgərdən ilk öncə dözüm və təmkin tələb olunur; mərdlik ikinci dərəcəli məsələdir".
  • "Əks fikirlərə meydan verən hökumət yalnız əmin-amanlıq dövründə yararlıdır".
  • "Nadan insan savadlı insanla müqayisədə böyük üstünlüyə malikdir. Çünki nadan həmişə özündən razıdır".
  • "İdarəçilik sənəti insanlara vəzifədə qocalmağa imkan yaratmamaqdan ibarətdir".
  • "Ölkəni məhv etməyə bir yaramaz da kifayətdir. Tarixdə belə nümunələr çox olub".
  • "Ölkəni qorumaq üçün tək hərbi qüvvə kifayət deyil – xalqın qoruduğu ölkə məğlubedilməzdir".
  • "Məhəbbət – kefi yaxşı olan üçün məşğuliyyət, hərbçi üçün əyləncə, hökmdar üçün isə boynundan asılan kəndirdir".
  • "Xoşbəxtliyi dəbdəbədə və eyş-işrətdə axtaranlar şam işığını Günəş şüasından üstün tutanlara bənzəyir".
  • "Şirin rəhbərlik etdiyi qoyunlar ordusu, qoyunun rəhbərlik etdiyi şirlər ordusuna həmişə qalib gələcək".
  • "Gözəl qadın gözə, mərhəmətli qadın isə ürəyə xoş gəlir. Birinci, gözəl əşya, ikinci isə xəzinədir".
  • "Xalqın əsl azadlığa qovuşması üçün gərək idarə olunanlar müdrik, idarə edənlər isə Tanrı olsun".[9]

İngilis dilində

[redaktə | mənbəni redaktə et]
  • Abbott, John. Life of Napoleon Bonaparte. Kessinger Publishing. 2005. ISBN 1-4179-7063-4.
  • Bell, David A. Napoleon: A Concise Biography. Oxford and New York: Oxford University Press. 2015. ISBN 978-0-19-026271-6. only 140pp; by a scholar
  • Blaufarb, Rafe. Napoleon: Symbol for an Age, A Brief History with Documents. Bedford. 2007. ISBN 0-312-43110-4.
  • Chandler, David. Napoleon. Leo Cooper. 2002. ISBN 0-85052-750-3.
  • Cronin, Vincent. Napoleon. HarperCollins. 1994. ISBN 0-00-637521-9.
  • Dwyer, Philip. Napoleon: The Path to Power. Yale University Press. 2008. ASIN B00280LN5G.
  • Dwyer, Philip. Citizen Emperor: Napoleon in Power. Yale University Press. 2013. ASIN B00GGSG3W4.
  • Englund, Steven. Napoleon: A Political Life. Scribner. 2010. ISBN 0-674-01803-6.
  • Gueniffey, Patrice. Bonaparte: 1769–1802 (Harvard UP, 2015, French edition 2013); 1008 pp.; vol 1 of most comprehensive recent scholarly biography by leading French specialist; less emphasis on battles and campaigns excerpt; also online review
  • Johnson, Paul. Napoleon: A life. Penguin Books. 2002. ISBN 0-670-03078-3.; 200 pp.; quite hostile
  • Lefebvre, Georges. Napoleon from 18 Brumaire to Tilsit, 1799–1807. Columbia University Press. 1969. influential wide-ranging history
  • Lyons, Martyn. Napoleon Bonaparte and the Legacy of the French Revolution. St. Martin's Press. 1994.
  • Markham, Felix. Napoleon. Mentor. 1963.; 303 pp.; short biography by an Oxford scholar online
  • McLynn, Frank. Napoleon. Pimlico. 1998. ISBN 0-7126-6247-2. ASIN 0712662472.
  • Roberts, Andrew. Napoleon: A Life. Penguin Group. 2014. ISBN 978-0-670-02532-9.
  • Thompson, J. M. Napoleon Bonaparte: His Rise and Fall. Oxford U.P. 1951., 412 pp.; by an Oxford scholar
  • Исдейл Ч. Наполеоновские войны. — Ростов н/Д: Феникс, 1997. — 544 с. — ISBN 5–85880-473-X.

Ленц Т.[fr]. Наполеон: "Моя цель была великой". — М.: Астрель, 2003. — 160 с. — ISBN 5-271-06827-7.

  • Левицкий Н. А. Полководческое искусство Наполеона. — М.: Воениздат, 1938. — 280 с.
  • Ливен Д. Россия против Наполеона: борьба за Европу, 1807–1814. — М.: РОССПЭН, 2012. — 679 с. — ISBN 978-5-8243-1583-7.
  • Манфред А. З. Наполеон Бонапарт. — М.: Мысль, 1987. — 735 с.
  • Тарле Е. В. Наполеон // Собрание сочинений: в 12 томах. — М.: Издательство АН СССР, 1959. — Т. 7. — С. 13–433.
  • Тюлар Ж. Наполеон, или Миф о "спасителе". — М.: Молодая гвардия. — 362 с. — ISBN 978-5-235-03157-9. — 1-е изд., 1996, — 2-е изд., 1997, — 3-е изд., 2009., — 4-е изд., 2012.
  • Чандлер Д. Военные кампании Наполеона. Триумф и трагедия завоевателя. — М.: Центрполиграф, 2011. — 927 с. — ISBN 978-5-227-02457-2.
  • Наполеон I / П. П. Черкасов // Нанонаука — Николай Кавасила. — М. : Большая российская энциклопедия, 2013. — С. 25. — (Большая российская энциклопедия : [в 35 т.] / гл. ред. Ю. С. Осипов ; 2004–2017, т. 22). — ISBN 978-5-85270-358-3.
  1. 1 2 3 4 Napoléon I // RKDartists (nid.).
  2. 1 2 3 4 Lundy D. R. Napoleón I Bonaparte, Empereur des Français // The Peerage (ing.).
  3. 1 2 3 4 5 Kindred Britain.
  4. Валевский, герцог Александр Флориан Жозеф Колонна (rus.). // Большая советская энциклопедия. Том 8. Буковые — Варле 1927. Т. 8. С. 630.
  5. 1 2 Наполеон I // Большая советская энциклопедия (rus.): [в 30 т.]. / под ред. А. М. Прохорова 3-е изд. Москва: Советская энциклопедия, 1969.
  6. 1 2 family fun in corsica the old fashioned way.
  7. 1 2 Archivio Storico Ricordi. 1808.
  8. Volker Ullrich: Napoleon. Reinbek bei Hamburg, 2004, S. 12–15, August Fournier: Napoleon der I. Eine Biographie. 4. Aufl. Wien/Leipzig, 1922 S. 1–6.
  9. 1 2 Herre, S. 12–18, Ullrich, S. 16–22.
  10. Ullrich, S. 23–29; Herre, S. 21–32.
  11. Ullrich, S. 29–35.
  12. zit. nach Ullrich, S. 36.
  13. zit. nach Herre, S. 48.
  14. Ullrich, S. 47–51.
  15. Proklamation der Konsuln über die Beendigung der Revolution vom 15. Dezember 1799 [ölü keçid]
  16. Ullrich, S. 65–76.
  17. Ullrich, S. 77–82.
  18. Ullrich, S. 93–106.
  19. "Ja, meine Herren, ich bin und werde immer der Herr der Baltischen Region sein. Der Zar von Russland hat in der Tat bisher meine Verordnungen in seinen Häfen nicht durchgesetzt. Aber er wird es tun, in den nächsten sechs Monaten. Sonst erkläre ich ihm den Krieg" — Die Londoner Times vom 29. Juni 1811
  20. Из книги Е. В. Тарле "Нашествие Наполеона на Россию"
  21. "Vertrag von Fontainebleau (französisch)". 2022-01-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2010-01-17.
  22. Ullrich, S. 117–125.
  23. Источник: Егер О. Всемирная история (т. 4. Новейшая история) Arxivləşdirilib 2021-09-22 at the Wayback Machine Утром прибыли курьеры, подтверждавшие неожиданное известие. Наполеон 26 февраля отплыл с острова Эльбы, с ним было 900 человек; 1 марта он высадился на берег недалеко от Канна
  24. Ullrich, S. 126–134.
  25. Alessandro Lugli, Inti Zlobec, Gad Singer, Andrea Kopp Lugli, Luigi M Terracciano, Robert M Genta: Napoleon Bonaparte´s gastric cancer: a clinicopathologic approach to staging, pathogenesis, and etiology, Nature Clinical Practice Gastroenterology & Hepatology Arxivləşdirilib 2009-01-06 at the Wayback Machine 4, 52–57, 1. Januar 2007
  26. Ullrich, S. 135–143.
  • Vincent Cronin: Napoleon. Stratege und Staatsmann. Heyne, München 2002, ISBN 3-453-09047-0.
  • August Fournier: Napoleon I. Eine Biographie. Phaidon-Verlag, Essen 1996, ISBN 3-88851-186-0 (Repr. d. Ausg. Wien 1886) [teilweise hier benutzt die 4. Aufl. Wien/Dresden 1922].
  • Emmanuel de Las Cases: Mémorial de Sainte Hélène. 5 Bde. London / Paris 1823. (dt. Das Tagebuch von St. Helena. Geführt von Graf Emmanuel de Las Cases. ISBN 3-7175-8114-7).
  • Franz Herre: Napoleon Bonaparte. Eine Biographie. Hugendubel, München 2006, ISBN 3–7205-2860-X.
  • Friedrich Max Kircheisen: Napoleon I. Seine Leben und seine Zeit. 9 Bde. Müller-Verlag, Leipzig 1911/1934.
  • Friedrich Sieburg: Gespräche mit Napoleon. dtv, München 1962.
  • Jakub Josef Dominik Malý: Napoleon Bonaparte I–II. 1848–49.
  • Walter Markov: Napoléon und seine Zeit — Geschichte und Kultur des Grand Empire, Leipzig 1996.
  • Adolphe Thiers: Histoire de la Revolution française. 10 Bände + Atlas, Paris 1823–27 (Standardwerk auch in deutscher Übersetzung).
  • Adolphe Thiers: Histoire du Consulat et de l'Émpire. 20 Bände + Atlas, Paris 1845–62, (dt.: Geschichte des Konsulats und des Kaiserreichs, Reprint Hamburg, VRZ-Verlag, ISBN 3-931482-22-7).
  • Jean Tulard: Napoleon oder der Mythos des Retters. Ullstein, Frankfurt/M. 1982, ISBN 3-548-27514-1.
  • Jean Tulard (Hrsg.): Dictionnaire Napoleon. Nouv. éd., rev. et augm., Paris 1989, ISBN 2-213-02286-0.
  • Volker Ullrich: Napoleon. Reinbek bei Hamburg 2006. ISBN 3-499-50646-7.
  • Friedrich Wencker-Wildberg, Friedrich Kircheisen (Hrsg.): Napoleon — Die Memoiren seines Lebens. 14 Bände, Wien/Hamburg/Zürich o. J. (ca. 1930), Reprint Hamburg, VRZ-Verlag, ISBN 3-931482-14-6.
  • Johannes Willms: Napoleon — Eine Biographie. München 2005, ISBN 3-406-52956-9.
  • Eckart Kleßmann: Napoleon und die Deutschen. Das Buch zur Fernsehserie. Rowohlt, Berlin 2007, ISBN 978-3-87134-561-6 .
  • Marion George / Andrea Rudolph (Hg.): Napoleons langer Schatten über Europa. Dettelbach: J. H. Röll Verlag 2008 (Kulturwiss. Beiträge. Quellen u. Forschungen 5). ISBN 978-3-89754-289-1.
  • Claudia Fräss-Ehrfeld (Hg.): Napoleon und seine Zeit, Kärnten — Innerösterreich — Illyrien. Verlag des Geschichtsvereines für Kärnten, Klagenfurt 2009, ISBN 978-3-85454-113-4.
  • Schallaburg Kulturbetriebsges.m.b. H. in Kooperation mit dem KHM (Hg.): Napoleon — Feldherr, Kaiser und Genie. Ausstellungskatalog zur Niederösterreichischen Landesausstellung 2009, Wien 2009.
  • Michael Broers: The Napoleonic empire in Italy, 1796–1814. Palgrave Macmillan, Basingstoke 2005, ISBN 1-4039-0565-7.
  • Carl von Clausewitz: Hinterlassene Werke des Generals Carl von Clausewitz über Krieg und Kriegführung. 10 Bde. Dümmler, Berlin 1857 (beinhaltet das militärisch-philosophische Hauptwerk Vom Kriege und verschiedene Feldzugsstudien zu den Napoleonischen Kriegen).
  • Eckart Kleßmann: Napoleons Rußlandfeldzug in Augenzeugenberichten. Dtv, München 1982, ISBN 3-423-02714-2.
  • Eckart Kleßmann: Deutschland unter Napoleon in Augenzeugenberichten. Dtv, München 1982, ISBN 3-423-02715-0.
  • Eckart Kleßmann: Die Befreiungskriege in Augenzeugenberichten. Dtv, München 1973, ISBN 3-423-00912-8.
  • Rory Muir: Tactics and the experience of battle in the age of Napoleon. Yale University Press, New Haven 1998, ISBN 0-300-07385-2.
  • Napoleon I.: Militärische Schriften. Verlag Damm, Dresden 1901 (Kommentar: Bernhard Boie).
  • Stephen Pope: The Cassell dictionary of the Napoleonic Wars. Cassell Books, London 1999, ISBN 0-304-35229-2.
  • Gunther Rothenberg: Die Napoleonischen Kriege. Brandenburger Verlagshaus, Berlin 2000, ISBN 3-89488-134-8.
  • Detlef Wenzlik (Hrsg.): Die napoleonischen Kriege. 18 Bände. VRZ-Verlag, Hamburg 1999 ff. ISBN 3-931482-01-4.
  • Anka Muhlstein: "Der Brand von Moskau. Napoleon in Russland". Insel Taschenbuch 3468, Frankfurt am Main und Leipzig 2008, ISBN 978-3-458-35168-9.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]