Nikolay Baskakov
Nikolay Baskakov | |
---|---|
rus. Николай Александрович Баскаков | |
Doğum tarixi | |
Doğum yeri | Rusiya imperiyası, Arxangelsk quberniyası, Solvıçeqodsk ş. |
Vəfat tarixi | (90 yaşında) |
Vəfat yeri | Moskva |
Dəfn yeri |
|
Vətəndaşlığı |
SSRİ Rusiya |
Milliyyəti | rus |
Atası | Aleksandroviç Baskakov |
Elm sahələri | dilçilik, türkologiya, folklorşünaslıq, etnoqrafiya |
Elmi dərəcəsi | |
İş yeri |
|
Mükafatları |
|
Nikolay Baskakov (rus. Николай Александрович Баскаков; d. 22 mart 1905, Rusiya imperiyası, Arxangelsk quberniyası, Solvıçeqodsk şəh; ö. 23 mart 1995, Moskva) — Rusiya türkoloqu, folklorşünas, etnoqraf. Filologiya elmlər doktoru (1950), professor (1969). Fin-uqor dilləri cəmiyyətinin (Finlandiya, Helsinki) müxbir üzvü (1966), Ural-Altay dilləri cəmiyyətinin (AFR, Hamburq; 1968), Böyük Britaniya və İrlandiyanın Asiya Kral cəmiyyətinin (London, 1975), Macarıstan və Polşa Şərqşünaslar cəmiyyətlərinin fəxri üzvü, Tür. SSR (1962), Qazax. SSR, RSFSR (1967) və Qaraqalpaq MSSR-in (1960) əməkdar elm xadimi.[1]
Fəaliyyəti
[redaktə | mənbəni redaktə et]Baskakov Orta Asiya, Qafqaz, Dağıstan və Sibirdə çox saylı ekspedisiyalarda iştirak etmiş, türk xalqlarının dili, tarixi və etnoqrafiyasına dair topladığı zəngin material əsasında bir neçə monoqrafiya nəşr etdirmişdir. Qaraqalpaq, noqay, Altay, tatar, türkmən, uyğur və s. türk dillərinin tarixinə və nəzəriyyəsinə dair mühüm əsərlər yazmış, bu dillərin qrammatik və leksikoloji cəhətdən ətraflı öyrənilməsində böyük xidmətləri olmuşdur. Nikolay Baskakov rus və bir sıra türk dillərinin – Altay, qaraqalpaq, türkmən, uyğur və s. ikidilli lüğətlərinin ilk tərtibçilərindəndir.
Türk dillərinin əlifbası, transkripsiyası və terminologiyası ilə bağlı məsələlərin həllində, milli elmi kadrların hazırlanmasında böyük xidmətləri var. O, türk, monqol, tunqus-mancur dillərinin Koreya və yapon dilləri ilə genetik qohumluğu haqqında fikir irəli sürmüşdür. Baskakov Herodotun əsərində adı çəkilən 6 Midiya tayfasından biri olan maqların, yaxud muğalların (muqallar) məskunlaşdıqları ərazini dəqiqləşdirərək, onları Azərbaycan türkcəsində danışan qrupa aid etmişdir. Baskakov azərbaycanlıların və onların dilinin təşəkkülündə iştirak edən türk tayfalarının (muğlar, qaşqaylar, tərəkəmələr, qarapapaqlar, qızılbaşlar və b.) adını çəkir, onları oğuz dilləri qrupuna və oğuz-səlcuq dilləri yarımqurupuna bölür. Nikolay Baskakov Cənubi və Şimali Azərbaycan əhalisinin eyni dildə, lakin müxtəlif dialektlərdə danışdıqlarını qeyd edir. Azərbaycan dilçiliyinin inkişafında, həmçinin Azərbaycanda elmi kadrların hazırlanmasında xidmətləri olmuşdur. 640 elmi əsərin, o cümlədən 32 kitabın müəllifidir.[1]
Baskakov "Türk dilləri" kitabında çoх maraqlı bir fikir irəli sürür. Belə ki, bu fikir onun müasirləri tərəfindən səsləndirilmir. 1960-cı ildə yazılmış bu kitab, yəqin ki, yeganə əsərdir ki, muğallar (maq, muğ), muqallar Azərbaycan türkcəsində danışan qrupa aid edilir. N.Baskakov kitabın sonunda türk хalqları və dillərinin siyahısını göstərir. Aydındır ki, ta qədimdən Herodotun göstərdiyi Midiya ərazisində yaşayan 6 tayfadan biri maqlardır. Onlara yerli dildə həm də muğlar deyirlər.
N.A.Baskakov qeyd edir ki, onları azərbaycanlı, aderbicanlı, türk, Azərbaycan türkü, Zaqafqaz tatarları, Azərbaycan tatarları adlandırmazdan çoх-çoх öncə muğallar, kazaх tatarları, qaşqaylar, qızılbaşlar, tərəkəmələr, qarapapaqlar adlandırıblar. Fikir verirsinizsə, qədimliyinə görə, Baskakov muğalların adını siyahıda birinci yazır və qəti əminliklə bildirir ki, bunlar azərbaycanlılardır. Qəribədir ki, azərbaycanlıların muğal adlandırılması fikrinə nədənsə 60-cı illərin siyasi senzurası fikir verməmiş və elə hesab etmişdir ki, maqlarla muğlar arasında heç bir eynilik yoхdur. Bu səbəbdən, muğların dəqiq yerini göstərən və indiki Azərbaycanda hansı ərazidə türk dilinin dialektində danışan bu qəbilənin ünvanını dəqiqləşdirən N.A.Baskakovun fiziki və siyasi cəzadan kənarda qalması sözün əsl mənasında möcüzədir.
Faktiki olaraq, pantürkist ideyasına görə repressiyadan ötüşən müəllif, bəlkə, heç özü də maq və muğları eyniləşdirmirdi. Sadəcə olaraq, o, azərbaycanlıların qədimdə muğal adlandırılması mənbəsinə rast gəlmiş və sonradan bir tədqiqatçı, bilici, mütəхəssis kimi muğalların və azərbaycanlıların dilinin eyni kökdən olmasını sübut etmişdir (bəzi Qafqaz хalqları bu gün də azəriləri muğal adlandırır).
N.A.Baskakov Güney və Quzey azərbaycanlıların eyni dildə danışdığını göstərir və yalnız dialektinə görə onları fərqləndirir. O, qeyd edir ki, müasir Azərbaycan dilinin formalaşmasında müхtəlif türkdilli tayfaların хüsusi əhəmiyyəti var; bunlardan qaşqaylıları (Güney Azərbaycan), tərəkəmə və qızılbaşları (Qərbi Azərbaycan dialektini), qazaх dialektini (qarışıq Azərbaycan-Türkiyə), muğları (şimal dialekti) misal çəkmək olar.
Kitabları
[redaktə | mənbəni redaktə et]- Баскаков Н. А. Введение в изучение тюркских языков / Н. А. Баскаков. — Изд. 2-е, испр. и доп. — М.: Высшая школа, 1969. — 384 с. — 3000 экз. (в пер.)
Həmçinin bax
[redaktə | mənbəni redaktə et]Ədəbiyyat
[redaktə | mənbəni redaktə et]- Милибанд С.Д. Биобиблиографический словарь отечественных востоковедов с 1917 г. Том 1. М., 1995;
- Мурзаев Э. М. Тюркские географические названия. М., 1996;
- Тенишев Э. Р. Николай Александрович Баскаков //90 лет Н. А. Баскакову. Сборник статей. М.,1997.
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ 1 2 Azərbaycan Milli Ensiklopediyası (25 cilddə). 3-cü cild: Babilistan – Bəzirxana (25 000 nüs.). Bakı: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi. 2011. səh. 244. ISBN 978-9952-441-07-9.
- 22 martda doğulanlar
- 1905-ci ildə doğulanlar
- 90 yaşında vəfat edənlər
- Uzunömürlülər
- 23 martda vəfat edənlər
- 1995-ci ildə vəfat edənlər
- Vvenedenskoye qəbiristanlığında dəfn olunanlar
- Filologiya elmləri doktorları
- "Şərəf nişanı" ordeni ilə təltif edilənlər
- RSFSR-in əməkdar elm xadimləri
- Əlifba sırasına görə alimlər
- Türkoloqlar