Parma FK
Parma FK | ||||
---|---|---|---|---|
| ||||
Klubun tam adı | Parma Kalço 1913 | |||
Ölkə | İtaliya | |||
Ləqəb(lər) | Crociati, Gialloblu | |||
Rəng(lər) | sarı-mavi | |||
Yaranma tarixi | 27 iyun, 1913 | |||
Stadionu | Stadio Ennio Tardini | |||
Tutumu | 29.050 | |||
Prezidenti | Quido Anqiolini | |||
Baş məşqçisi | Franko Kolomba | |||
Liqa | Seria B | |||
2022/23 | 4. | |||
| ||||
Rəsmi saytı | ||||
Vikianbarda əlaqəli mediafayllar |
Bu məqalə qaralama halındadır. |
"Parma" və ya rəsmi olaraq "Parma Kalço 1913" (it. Parma Calcio 1913 — Emiliya-Romanya regionunun Parma şəhərini təmsil edən İtaliya peşəkar futbol klubu. Hazırda İtaliyanın səviyyəcə 2-ci sayılan Seriya B-də çıxış edir.
1913-cü ilin dekabr ayında "Parma Futbol Klubu" adı ilə təsis olunan klubun ev stadionu 1923-cü ildən 27,906 yer tutumu olan Ennio Tardini stadionudur, hansına ki çox vaxtı qısa olaraq İl Tardini deyilir.
Kalisto Tantsi tərəfindən maliyyələşdirilən klub 1992–2002-ci illər arasında səkkiz kubok qazandı, bu dövrdə 1996–97 mövsümündə yüksək liqada ən yaxşı nəticəsi olan 2-ci yeri tuta bilmişdir. Klub üç İtaliya Kuboku, bir İtaliya Superkuboku, iki UEFA kuboklarını, bir UEFA Superkuboku və bir UEFA Kuboklar Kuboku mükafatlarının qalibidir.[1][2]
2003-cü ilin sonlarına baş verən Parmalat qalmaqalına görə klubun maliyyə problemləri başladı, nəticədə klubun baş şirkəti dağıldı və 2007-ci ilə qədər klub nəzarət edilən idarəetmə altında fəaliyyət göstərirdi. Klub 2015-ci ildə müflis elan edildi və Seriya D-də yenidən quruldu və 2018-ci ildə Seriya A-ya qayıtdı.
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ Mynk, K.C. "How the Mighty Have Fallen: The Decline of 10 Untouchable Football Clubs". BleacherReport.com. Bleacher Report. 17 April 2009. 25 April 2010 tarixində arxivləşdirilib. İstifadə tarixi: 1 August 2010.
- ↑ Dunford (2011), p. 793