Piran körfəzi
Piran körfəzi | |
---|---|
sloven. Piranski zaliv[1] xorv. Piranski zaljev və ya xorv. Savudrijska vala, it. Baia di Pirano[2][3] | |
| |
Ümumi məlumatlar | |
Sahəsi | 19 km² |
Yerləşməsi | |
45°30′15″ şm. e. 13°33′43″ ş. u.HGYO | |
Ölkə | Sloveniya |
|
|
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Piran (sloven. Piranski zaliv[4] xorv. Piranski zaljev və ya xorv. Savudrijska vala, it. Baia di Pirano[5][6]) — Adriatik dənizinin şimalında körfəz. Piran körfəzi həm də Triest körfəzinin cənub hissəsi hesab olunur.
Ümumi məlumat
[redaktə | mənbəni redaktə et]Körfəz Sloveniyanın Piran şəhərinin adını daşıyır. Körfəz sahilləri Xorvatiya və Sloveniyaya məxsudur. Sahəsi 19 km² olan körfəz cənubdan Savudri, şimaldan isə Madonı burunularını birləşdirən xətt ilə Triest körfəzindən ayrılır. 1990-cı ildən Xorvatiyada körfəz Savudriya adlanır.
Körfəzin Sloveniyaya məxsus şərq sahillərində Piran, Portoroj və Lusiya şəhərləri yerləşir. Cənub sahillərində, Xorvatiya ərazisində 1980-cı ildə inşa edilmiş Srveni-Brx və Kaneqra turist düşərgələri var.
Körfəzə tökülən əsas çay Draqoniyadı. Çayın yuxarı axarlarında Sloveniyanın duz hasil olunan Seçovel duzlu gölü yerləşir. Gölün sahəsi 650 hektardır.[7]
Körfəz akvatoriyası Sloveniya və Xorvatiya arasında hərbi əməliyyatların meydanına çevrilmişdir. İkinci dünya müharibəsindən sonra Triest şəhərindən şimaldakı ərazilər, eləcə də cənubda Mirna çayına kimi Azad Triest ərazisi hesab olunurdu. 1954-cü ildə ərazi İtaliya və Yuqoslaviya arasında şərti olaraq bölündü. Yekun olaraq 1975-ci ildə Osimo müqaviləsinə əsasən bölgü təsdiqlənmişdir.
1991-ci ildə Yuqoslaviyanın parçalanmasından sonra hər iki ölkənin müstəqillik əldə etməsindən sonra Sloveniya ilə Xorvatiya arasında ərazi mübahisəsi yarandı. Mübahisənin əsas səbəbi Piran körfəzinin suları idi.[8]
İki dövlət arasında 29 iyun 2017-ci ilində razılaşma əldə olunsa da,[9] Sloveniya hələ də müəyyən ərazilərə iddialıdır.
2000-ci illərdə körfəzə Xorvatiyada Savudri və Draqoniya adları verildi. Sonuncu ad sonrada populyarlıq qazanmadığına görə aradan çıxdı.[10]
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ Poimenovanja Piranskega zaliva. Založba ZRC. 2014. ISBN 9789612547011.
- ↑ "Istarska enciklopedija". istra.lzmk.hr. 2016-08-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-07-04.
- ↑ Parabureau, Zagreb, Croatia, www.parabureau.com, info@parabureau.com. "istrapedia | Piranski zaljev". istrapedia.hr. 2017-03-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-07-04.
- ↑ Poimenovanja Piranskega zaliva. Založba ZRC. 2014. ISBN 9789612547011.
- ↑ "Istarska enciklopedija". istra.lzmk.hr. 2016-08-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-07-04.
- ↑ Parabureau, Zagreb, Croatia, www.parabureau.com, info@parabureau.com. "istrapedia | Piranski zaljev". istrapedia.hr. 2017-03-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-07-04.
- ↑ "Secoveljske soline | Ramsar Sites Information Service". rsis.ramsar.org. 2024-01-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-04-29.
- ↑ "EU calls off talks with Croatia" (ingilis). 2009-04-23. 2024-04-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-04-29.
- ↑ "PCA :: Case view". web.archive.org. 2017-10-23. Archived from the original on 2017-10-23. İstifadə tarixi: 2024-04-29.
- ↑ Jure Šonje. Словарь хорватского языка. — 2000 год. — 210 с. — ISBN 978-953-0-40009-2. — ISBN 953-6036-64-9.