Qutankimilər

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Qutankimilər
Elmi təsnifat
Ranqsız:
Ranqsız:
Ranqsız:
Ranqsız:
Ranqsız:
Aləm:
Yarımaləm:
Tipüstü:
Sinif:
İnfrasinif:
Klad:
Dəstə:
Qutankimilər
Beynəlxalq elmi adı

Qutankimilər (lat. Pelecaniformes) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinə aid heyvan dəstəsi.

Qutankimilərə kürək ayaqlılar da deyilir.Ona görə ki, bu quşların barmaqları bütöv bir üzmə pərdəsi ilə bitişikdir.Qutankimilərin bədəni yastı,lələk örtüyü sıxdır.Onlar yaxşı üzür,yerdə isə çətin gəzir.Bəzi növləri, məsələn, qarabatdaqlar suya baş vura bilir və suyun dərinliyindən balıq ovlayıb çıxarır.Qutankimilər qarışıq və ya sərbəst düşərgələr əmələ gətirməklə nəsil verir.Bir düşərgədə 1000 cütə qədər quş ola bilər.Lakin onlar cüt-cüt yaşayırlar.Qutan kiçik adacıqlarsa yerdə (yerdə),qarabatdaq isə qayada, ağac və ya kol üzərində yuva tikir, yuvaları iri olur.Hər iki valideyn növbəli kürt yatıb bala çıxarır və onları yuvada bəsləyib böyüdür.Azərbaycanda çəhrayı və qıvrımlələk qutanlar məskən salır.Onlar iri quşlardır, alt çənəsindən sallanan dəri torba onları uzaqdan tanıdır.Hər iki növün sayı azaldığı üçün Qırmızı kitaba daxil edilmişdir.Azərbaycanda qıvrımlələk qutan yalnız ağ göl qoruğunda az miqdarda yuva tikib nəsil verir.Çəhrayı qutan Azərbaycan sularına qışlamaq üçün gəlir.