39°59′50″ şm. e. 20°48′50″ ş. u.HGYO

Timfi

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Timfi
Ümumi məlumatlar
Mütləq hündürlüyü 2.497 m
Nisbi hündürlüyü 1.266 m
Yerləşməsi
39°59′50″ şm. e. 20°48′50″ ş. u.HGYO
Ölkə  Yunanıstan
Timfi xəritədə
Timfi
Timfi
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Timfi (yun. Τύμφη) — Yunanıstanda dağ. Dağ ölkənin şimal-qərbində yerləşir. Yanina prefekturasında yerləşən dağ Yunanıstanın hündürlüyünə görə altıncı dağıdır. Dağ üç pikdən ibarətdir: ən yüksək olan Qamila[1] (Γκαμήλα). Hündürlüyü 2497 metrdir. İkinci zirvə Quradır (Γκούρα) - 2467 metr. Üçüncü zirvə isə Astrakadır (Αστράκα)- 2432 metr. Timfi dağı şərqdən qərbə doğru 20-25 km məsafədə uzanır. Eni isə 15 km-dir. Timfi dağının yamaclarında alp tipli göl - Drakolimin yerləşir.

Ümumi məlumat

[redaktə | mənbəni redaktə et]

Dağ Pind dağ silsiləsinə aiddir. Timfi massivi özündə Vikos dərəsini birləşdirir. Dərə və dağ Vikos-Aoos Milli parkına daxildir. Timfi adının mənşəyi haqqında dəqiq məlumat yoxdur. Ehtimal olunur ki, Strabon öz əsərlərində "Tymphe" və ya "Stymphe" kimi göstərdiyi dağın adı sonradan Timfeya əyalətinə verilmişdir.[2]

Dağın cənub və cənub-şərq yamacı nisbətən yastıdır. Şimal yamacı dik qayalıqdır və hündürlük 400 metrə yaxındır. Qərb yamacı da dik olub Vikos dərəsinə düşür. Dağ massivi əsasən paleosen və eosen yaşlı əhəng daşlarından təşkil olunub. Massivdə eləcə də yura dövrünə aid süxurlar var. Milli park və dağ massivində əsasən aralıq dənizi iqlimi üstünlük təşkil edir. Daxili hissələrdə isə kontinentallıq yüksəkdir. Yay ayları quraq keçir.

Timfi zirvəsinin ilk rəsmi fəth olunması 7-8 iyun 1956-cı ilə təsadüf edir. Giorgos XanthopoulosGiorgos Michailidis ilk dəfə olaraq dağın Qamila pikinə dırmanmışlar.[3] 25-26 avqust 1960-cı ildə isə Guido MagnoneSpyros Antypas Qamilo pikinə şimal-şərq yamacı ilə dırmandılar.

  1. Греция : Справочная карта : Масштаб 1:1 000 000 / гл. ред. Я. А. Топчиян; ред.: Г. А. Скачкова, Н. Н. Рюмина. — М.: Роскартография, Омская картографическая фабрика, 2001. — (Страны мира «Европа»). — 2000 экз.
  2. Smith, William. "Dictionary of Greek and Roman Geography (1854)". 19 January 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 29 May 2011.
  3. Routes.gr. "Tymfi". Routes.gr - D. Mavropoulos. 11 July 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 3 June 2011.