Birəbittənlər

Vikipediya, azad ensiklopediya
(Troglodytidae səhifəsindən yönləndirilmişdir)
Naviqasiyaya keç Axtarışa keç
Birəbittənlər
Elmi təsnifat
Ranqsız:
Ranqsız:
Ranqsız:
Ranqsız:
Ranqsız:
Aləm:
Yarımaləm:
Tipüstü:
Sinif:
İnfrasinif:
Klad:
Yarımdəstə:
Parvdəstə:
Fəsiləüstü:
Fəsilə:
Birəbittənlər
Beynəlxalq elmi adı

Birəbittənlər (lat. Troglodytidae) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin sərçəkimilər dəstəsinə aid heyvan fəsiləsi.

Gödək quyruğu olan kiçik, hərəkətli meşə həşəratyeyən quşlarıdır. Əksər növlərin rəngi qəhvəyi-şabalıdıdır. Su sərçələrinə yaxındırlar. Amerika mənşəli fəsiləyə daxil olan 63 növ başlıca olaraq Yeni dünyada yaşayır. Yalnız 3 cins köhnə dünyada təmsil olunmuşdur. Qafqazda yeganə növünə – adi birəbittənə (lat. Troglodytes troglodytes) rast gəlinir. Arealı Şimali Amerikanın mülayim qurşağını, Avropanı, Palearktikanın cənub və şərq sərhədlərini əhatə edir. 40 dan artıq yarımnövü vardır. Azərbaycanda yaşayan Qafqaz yarımnövü hirkan birəbitdəni (lat. Troglodytes troglodytes hyrcanus), eləcə də Şimali İranda yayılmışdır. Azərbaycanda yaşayan ən kiçik quşlardan biridir. Oturaq quşdur. Dərələr və çaylar boyunca sıx kolluqlarda, meşələrdə və bağlarda, hasarların kənarında yaşayır. Fon meşə növlərindən bir olub düzənlik meşələrində qeydə alınmış oxuyan quşların 10%-ni, dağlarda isə 15%-ni təşkil edir.

Qəhvəyi çilli rəngi, gödək dik quyruğu vardır. Çox hərəkətli və möhkəm bədənlidir. Uçuş zamanı iri böcəyi xatırladır. Erkəklərin bədəninin uzunluğu 100-115, dişilərindəki 96-112 mm; qanadların uzunluğu uyğun olaraq 45-50 və 44-48, quyruğunun uzunluğu 30-37 mm, kütləsi 7.5-11.5,q-dır. Rəngində cinsi dimorfizm ifadə olunmamışdır.

Çoxalmaya apreldə başlayır. Erkək sahə seçir və orada yosundan, otdan və yarpaqlardan eyni vaxtda bir neçə yuva qurur. Yuva yerdən 2–3 m hündürlükdə, qapalı, kürəşəkillidir. Bir qoyumda 3-9 ağ xırda qırmızı çilli yumurta olur. Dişi 14–16 gün kürt yatır. Həşəratlar yuvanı 15-17 gündən sonra tərk edirlər. İyun-iyulda yaşlılar ikinci qoyuma hazırlaşırlar. Bir erkəyin 2 dişisi ola bilər.

Xırda həşəratlar və hörümçəklərlə qidalanırlar. Zərərli həşəratları yeməklə fayda verir.