Yunan-İran müharibələri
Bu məqalənin sonunda mənbə siyahısı var, lakin mətndaxili mənbələr heç və ya kifayət qədər istifadə edilmədiyi üçün bəzi məlumatların mənbəsi bilinmir. |
Yunan-İran müharibələri (e.ə. 500-449) —Polislər Qədim Yunanıstan şəhər-dövlətlərinə qarşı İranın işğalçılıq müharibələri. Millət üsyanı E.ə. 500 ildə Kiçik Asiyada İran hökmranlığına qarşı üsyan etmiş polislərə Evbeya adasında Afina və Eretriyanın yardım göstərməsi Yunan-İran müharibələrinin başlanmasına səbəb olmuşdu. E.ə. 493 ildə üsyanı yatıran İran ordusu Mardoninin başçılığı ilə e.ə. 492 ilin yazında Hellespontdan keçib Yunanıstanı işğal etmək məqsədilə yürüşə başladı. Lakin Egey dənizində Afon burnu yaxınlığında 300 gəmi İran donanmasının əksər hissəsi fırtınadan məhv olduğu üçün yürüş dayandırıldı və yalnız Frakiya ələ keçirildi.
Marafon döyüşü
[redaktə | mənbəni redaktə et]E.ə. 490 ilin yazında sərkərdə Datis və Artafernin başçılığı ilə İran ordusu Egey dənizini keçərək yolüstü Naksos adasını, Evbeya adalarında Karistos və Eretriya şəhərlərini tutdu və Afinadan 42 km aralı Marafon düzənliyinə çıxdılar. Təcrübəli strateqlərin komandanlığı altında ordu toplandı. 10 000 ağır silahlı piyadadan ibarət falanqa yaradıldı. I Daranın ordusu qüvvətli idi, çoxsaylı piyada və süvarilər və işğal olunmuş torpaqların döyüşçüləri də var idi. Yunan ordusuna Miltiad başçılıq edirdi. O, mərkəzdə zəif, cinahlarda isə qüvvətli müdafiə sistemi qurdu. Farslar hücuma keçərkən falanqalar cinahlardan onları sıxdı. Yunanlar düşməni 100-150 metr yaxınlığa qədər buraxdı və qəflətən yürüyərək, onlara , xüsusilə oxçulara göz açmağa imkan vermədilər. üstünlüyünü itirən farslar geri çəkildi. İran qoşunu yunanlar tərəfindən təqib olundu və böyük itki verdi. 7 düşmən gəmisi ələ keçirildi.
Sağ qalmış və ehtiyatdakı fars qoşunu Afina qoşununun Marafon düzənliyində olduğunu və Afina şəhərinin müdafiəsiz qaldığını düşünürək, gəmilərə minib yarımadanı fırlanaraq Afinaya hücum etdilər. Lakin bundan duyuq düşən Afina hərbi komandanı Miltiades Marafonda cüzi ordu saxlayıb, əsas qüvvələri sürətlə Afina şəhərinə qaytardı. Sürətlə hərəkət edən Afina ordusu 40 km məsafəni 1 gündə qət etdi. Datisin komandanlığı altında fars donanması hələ gəlib çıxmamışdı. Farslar gecikdiklərini başa düşən kimi, çıxıb vətənlərinə getdilər. Bugünlərdə təşkil olunan olimpiadalarda Marafon qaçışı Afina ordusunun Marafondan Afinaya qədər olan məsafəni qısa müddətdə qət etməsi şərəfinə keçirilir. Yanlış əfsanələrdən biri budur ki, guya yunan döyüşçülərindən biri Fiddipid Afinanın qələbə xəbərini Marafon düzənliyindən Afinaya qədər olan 42 km qaçaraq çatdırmışdır. "Afinalılar, sevinin, biz qalib gəldik" söylədikdən sonra ürəyi partlayıb ölmüşdür və beləcə Marafon qaçışı ilk dəfə Yunanıstanda həmin döyüşçünün şərəfinə yaranmış və dünya dövlətlərinə yayılmışdır. Halbuki, bu əfsanənin tarixi əsası yoxdur. Heredot yazır ki, Fidippid fars işğalı zamanı qonşu şəhər-dövlətlərdən kömək istəmək üçün Spartaya göndərilmiş qasidin adıdır və o 230 km məsafəni 2 gündən də az vaxta qət etmişdi. Fidippidin adı ilə bağlı "Marafon qaçışı əfsanəsi" ilk dəfə Plutarxın "Afinaya eşq olsun!" əsərində çəkilmişdir ki, bu da real hadisələrdən 550 il sonra yazılmışdır və tarixi əsası yoxdur.
Fermopil döyüşü
[redaktə | mənbəni redaktə et]Marafon döyüşündən 10 il sonra I Daranın oğlu Kserks atasının Yunanıstanı işğal etmək niyyətini həyata keçirmək istədi. O, misirlilərdən, babillərdən, hətta kiçik Asiya yunanlılarından təşkil olunmuş qoşunu ilə b.e.ə. 480`da Orta Yunanıstan üzərinə hücuma keçdi. Bundan xəbərdar olan yunan şəhər dövlətləri birləşdilər. Sparta şahı Leonid`in başçılığı ilə Orta Yunanıstana gedən yolu Fermopil keçidini tutdular.
Kserks Fermopilə yaxınlaşaraq ilk əvvəl yunanlara elçi göndərir ki, təslim olsunlar. Lakin Leonid bu tələbi rədd edir. İranlılar yunanlıları qorxutmaq üçün demişdi ki, "bizim oxlarımız və mizraqlarımız günəşinqabağını tutacaqdır!". Spartalı yunan da cavab vermişdi: "Nə olar kölgədə vuruşarıq!" Yunanlar iki gün iranlıların hücumlarını dəf etdilər. Bir nəfər xain dağ cığırı ilə iranlıları Fermopil keçidinə apardı. Mühasirəyə düşdüklərini görən Leonid spartalılardan başqa bütün yunan qüvvələrinin geri çəkilməsi əmrini verdi. Qeyri bərabər olan döyüşdə 300 nəfər spartalı və Leonid həlak oldu. İranlılar Orta Yunanıstanı, Beotiya, Attika və Afinanı ələ keçirdilər. Yunanlar qadın, qoca və uşaqları Afinadan çıxararaq, Peloponnesə və Salamin adasına apardılar. Vuruşa bilən bütün kişilər orduya və donanmaya daxil edildilər.
Salamin döyüşü
[redaktə | mənbəni redaktə et]İranlıları Fermopil keçidində ləngidən yunanlar donanmalarını gücləndirirlər. Yunan hərb gəmiləri triyera adlanırdı. Hər bir gəminin sağ və sol hissəsində 3 sıra avarçəkən olurdu. Sürətlə hərəkət edirdilər, lazımı anda çevikliklə gəminin istiqamətini dəyişirdilər. Hər gəmidə 180 avarçəkən və 20-30 döyüşçü olurdu. Yunan donanmasına Femistokl başçılıq edirdi. B.e.ə 480`də Salamin dəniz döyüşü baş verdi. Bu döyüşdə '370 yunan triyerası, 700 iran gəmisi' iştirak edirdi. Triyeralar iranlıların ağır gəmilərinə nisbətən daha sürətli hərəkət edirdilər. Yunanlar cəld hərəkət edərək iran gəmilərinin avarlarını qırır, yanlarını deşir, taran edirdilər. Döyüşdə İran donanması məğlub olur və geri çəkilirlər və 300 gəmi itirirlər.
Plateya
[redaktə | mənbəni redaktə et]Kserks İrana gedən dəniz yolunun yunanlar tərəfindən tutulmasından qorxaraq, öz gəmilərinin bir hissəsi ilə çıxıb getdi. Yerdə qalan iran qüvvələri ilə yunanlar arasında b.e.ə.479`da Plateya şəhəri yaxınlığında (Mİkal burnu yaxınlığı) döyüş oldu. Yunanlar iranlıları məğlub etdi. Lakin dəniz döyüşləri 30 ilədək davam etdi. Ona görə də yunan şəhər dövlətləri öz aralarında ittifaq yaratdılar. Onların içərisində ən güclüsü Afina idi .Birləşmiş ittifaqın ordu və donanmasına Afina strateqi başçılıq edirdi. Ona görə də bu ittifaq Afina dəniz ittifaqı adlanırdı. E.ə. 479 ildə Yunanıstan polislərinin birləşmiş ordusunun İran qoşunları (Plateya yaxınlığında) və donanması (Mikal burnu yaxınlığında) üzərində qələbəsi Yunan-İran müharibələrinin müqəddəratını həll etdi. İşğal olunmuş polislərin böyük hissəsi azad edildi (e.ə. 478-468).
E.ə. V əsrin 70-ci illərində afinalı sərkərdə Kimonun başçılığı ilə yunan ordusu Frakiya sahillərini, Egey dənizindəki bir sıra adaları və Bizans şəhərini ələ keçirdi. E.ə. 469 ildə Evrimedont çayı yaxınlığında İran qoşunları ağır məğlubiyyətə uğradılar və bu vuruşmalardan sonra hərbi əməliyyatlar fasilələrlə e.ə. 449 ilə qədər davam etdirildi. E.ə. 449 ildə Salamin yaxınlığında yunanların iranlılar üzərində yeni qələbəsindən sonra sülh haqqında danışıqlar başlandı. Kalli sülhünə (e.ə. 449) əsasən İran Egey dənizindəki Hellespont və Bosfordakı mülklərindən əl çəkdi, Kiçik Asiyada yunan polislərinin istiqlaliyyətini tanıdı. İran hərbi donanmasına Egey dənizində üzmək qadağan edildi.
Yunan-İran müharibələrinin əsas şərtləri
[redaktə | mənbəni redaktə et]Bu müharibələr Yunanıstan tarixində çox mühüm mərhələ oldu. İlk dəfə bu mübarizə nəticəsində ümum Ellada təəsübkeşliyi məsələsi ortaya çıxdı.
Kiçik Asiya və ona yaxın adaların yunan şəhərlərinin Əhəmənilərə qarşı üsyanı Yunan-İran müharibəsinin başlanğıc nöqtəsi oldu. II Kirin, II Kambizin, I Daranın istilaları bütün Yaxın Şərqin Hahamanişi imperiyasının tərkibinə daxil olmasına gətirdi. Lidiyanın e.ə 546-cı ildə darmadağın edilməsindən sonra, ona tabe olan yunan şəhərləri farsların hakimiyəti altına keçdilər. Farsların aldığı vergilər Lidiya dövründəkindən çox deyildi, lakin Lidiya hakimiyəti dövründə vergi ilə yığılmış pul yenidən dövrüyəyə buraxılırdı, farslara ödənilən vergi isə ölü yük kimi Əhəməni xəzinəsinə yatırdı. Bu isə yunan şəhərlərinin ticarətinə də böyük zərbə idi. Donanması olmayan lidiyalılardan fərqli olaraq farsların əla finikiyalı donanması vardı. Bundan başqa farslar yunanların üzərinə bir çox, o cümlədən tikinti və hərbi, mükələfiyətlər qoymuşdular.
Bundan başqa xarici işğalçılara qarşı mübarizə polisdaxili mübarizə ilə çulğaşırdı, çünki bir müddət siyasi zərurət olan yunan tiraniyaları Əhəməni hakimiyətində özlərinə yeni dayaq tapdılar və tarix səhnəsindən getmək fikrində deyildilər.
Femistokl
[redaktə | mənbəni redaktə et]Kserksın yürüşü
[redaktə | mənbəni redaktə et]Delos dəniz ittifaqı. Kali sülhü
[redaktə | mənbəni redaktə et]E.ə.449-cu ildə Afina elçisi Kalli Suz şəhərinə gəldi. Burada yunanlarla farslar arasında sülh müqaviləsi imzaland. Bu müqavilə tarixə "Kalli sülhü" kimi daxil olmuşdur. Müqaviləyə görə, farslar Kiçik Asiyadakı yunan şəhərləri üzərində ağalıqdan əl çəkməli, Əhəməni ordusu Halis çayını keçməməli idi. Yunanlar da öz növbəsində Kipr adasını boşaltdılar. Bu məğlubiyyət Əhəməni hökmdarı I Artakserksi və onun varislərini dövlətin xarici siyasətinin əsas istiqamətini dəyişməyə vadar etdi. Onlar müxtəlif dövlətləri bir-birinə qarşı qaldırmaq siyasətinə əl atdılar.
Mənbə
[redaktə | mənbəni redaktə et]- Y. Yusifov. Qədim Şərq tarixi. Bakı,2007, səh.411
- Qədim dünya tarixi, Ümumtəhsil məktəblərinin 6. sinifi üçün dərslik, Bakı, "Maarif" nəşriyyatı, 2001.