At
Görünüş
A | B | C | Ç | D | E | Ə | F | G | H | X | İ | J | K | Q | L | M | N | O | Ö | P | R | S | Ş | T | U | Ü | V | Y | Z |
A
[redaktə]- Abdal at mindi, özünü bəy sandı. Azərbaycan atalar sözləri/A
- Axmağın balacası atını tərifləyər, böyüyü özünü. Monqol atalar sözləri
- Amma mən atı özümdən də çox sevirəm. Atlara olan məhəbbətimdən gedib girmişdim süvari polkuna. Atı ac saxlayıb özü tox yatan əsgərdən zəhləm gedərdi. Dərviş Parisi partladır (film, 1976)
- At bir aylıq yolu fikirləşər, dəvə - bir illik, ula isə ayağının altındakı. Qaraqalpaq atalar sözləri
- At işləməsə,ər öyünməz. Kitabi Dədə Qorqud
- At kişinin qanadıdır. Azərbaycan atalar sözləri
- At oğurlanandan sonra axur nəyə gərək. Azərbaycan atalar sözləri
- Atı qamçı aparmaz, arpa aparar. Ləzgi atalar sözləri
- Atı olan qaldı, yəhəri olan getdi. Adıgey atalar sözləri
- Atın mədəsiylə eşşəyin beli az olar ki, boş olsun. Benqal atalar sözləri
- Atın olanda qamçının fikrini çəkərsən. Benqal atalar sözləri
- Atlı necədirsə, at da elədir. Teluqu atalar sözləri
- At kişinin qanadıdır. Azərbaycan atalar sözləri
B
[redaktə]- Bir arabaya qoşulan atlar bir-bir daha sürətlə qaçır - ümumi səyləri ilə havanı daha asan kəsdikləri üçün deyil, rəqabət və bir-birləri ilə rəqabət nəticəsində alovlandıqları üçün. Plutarx
- Bir mıx bir nalı, bir nal bir atı, bir at bir igidi, bir igid bir eli qurtarar. Azərbaycan atalar sözləri
C
[redaktə]- Cəsarətli olmaq, deməli öz xasiyyətini cilovlamaq. Ehtiraslara ondan imtina edənlər yox, gəmini və ya atı lazımi və faydalı yerə yönəldib idarə edənlər kimi istifadə edənlər hakimlik edir. Aristotel
D
[redaktə]- Dayça at olanda at rahatlayır, uşaq adam olanda ata rahatlayır. Mahmud Qaşğari
E
[redaktə]- Erkən qalxmayan arvad, söz dinləməyən övlad, mahmızla getməyən at qapında varsa, qaldır at. Çin atalar sözləri
Ə
[redaktə]- Əgər at almaq istəyirsinizsə, һeç vaxt ən yuxarı qiymətdən neçəyə almağa razı olduğunuzu bərkdən qışqırıb car çəkməyin, əksinə, əgər atınızı başdan eləyib satmaq istəyirsinizsə, һeç vaxt ən aşağı qiymətdən neçəyə satmağa razı olduğunuzu bildirməyin. Diplomatiya bu sadə müdrikliyə riayət etməlidir. Otto fon Bismark
F
[redaktə]- Fil uzandığı halda da atdan hündür olur. Teluqu atalar sözləri
İ
[redaktə]- İşlək at arpasını artırar. Azərbaycan atalar sözləri
Q
[redaktə]- Qadın, kitab, at borc verilməz. İtalyan atalar sözləri
Y
[redaktə]- Yaxşı at nalı gözlər, yaxşı igid dalı. Azərbaycan atalar sözləri
- Yaxşı at özünə qamçı vurdurmaz. Azərbaycan atalar sözləri