Məzmuna keç

iy

Wiktionary saytından
İsim Tək Cəm
Adlıq halı iy iylər
Yiyəlik halı iyin iylərin
Yönlük halı iyə iylərə
Təsirlik halı iyi iyləri
Yerlik halı iydə iylərdə
Çıxışlıq halı iydən iylərdən

azərbaycanca: iy

Mənalar :

  1. Maddələrin, şeylərin burun qişasının xüsusi sinirlərinə təsir etmə xassəsi. Kəskin iy. İy duymaq. Onun burnu yaxşı iy bilir. – Güllərin ətri otların iyinə qarışıb, ətrafa saçılmaqda idi. T.Ş.Simurq. Həyəti götürən soğan, qovurma, zəfəran iyi adamı valeh edirdi. Mir Cəlal.
  1. Xörək, gül və ya xarab olan bir şeyin qoxusunu hiss etmək. ..Leylək bir qədər gedəndən sonra, cızbız iyi aldı. S.Rəhimov. İy çəkmək – bax iy almaq. İy çəkirlər tulatək ta ki, görüb harda var aş; Kimdə var ağca plov, hər gecə yağlı bozbaş. S.Ə.Şirvani. Burada Zeynal dayanıb, burnunu sağa-sola döndərərək iy çəkdi. Ə.Əbülhəsən.

Tərcümələr Dünya xalqlarının dillərində

[redaktə]

Ural-Altay dil ailəsi: Türk qrupu

[redaktə]