Əlibala Məhərrəmzadə

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Əlibala Məhərrəmzadə
Doğum tarixi 9 avqust 1976(1976-08-09) (48 yaş)
Doğum yeri
Fəaliyyəti yazıçı
Mükafatları Ukraynanın III dərəcəli "Xidmətlərinə görə" ordeni

Əlibala Məhərrəmzadə (tam adı: Əlibala Səttar oğlu Məhərrəmzadə; 9 avqust 1976, Quba) — iqtisad elmləri doktoru, professor, auditor, motivasiya spikeri və yazıçı.

Əlibala Səttar oğlu Məhərrəmzadə 9 avqust 1976-cı ildə Quba şəhərində anadan olmuşdur.

1997-ci ildə Azərbaycan Xalq Təsərrüfatı İdarəçiliyi İnstitutunu bitirmişdir.

1999-cu ildə İstanbul Universitetinin İqtisadiyyat şöbəsini bitirərək, iqtisadi elmlər namizədi elmi dərəcəsini almışdır. İqtisad elmləri namizədi, professordur.

2010-cu ildə keçirilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə 20 saylı Nərimanov ikinci seçki dairəsindən deputatlığa namizəd olmuşdur[1][2].

Bir neçə iqtisadi mövzulu kitabların müəllifidir.

Azərbaycan Yazıçılar Birliyinin üzvüdür. Ukrayna Milli Elmlər AkademiyasınınUkrayna Yazıçılar Birliyinin fəxri üzvüdür[3].

Sərbəst auditor olan Əlibala Məhərrəmzadə "Kaspian Audit Kompani" MMC-nin direktorudur[4].

Ailəlidir, dörd övladı var.

  • "Xocalı soyqırımı" (Azərbaycanlılara qarşı ermənilərin apardığı soyqırım siyasətinin xronologiyası)[3][6]. Bakı: "Adiloğlu", 2011;
  • "Prezident İlham Əliyevin iqtisadi və siyasi strategiyası"[7]. Bakı: "Araz", 2011;
  • "Azərbaycanda biznes planının tədqiqi nəzəriyyəsi";
  • "Müqəddəsliyə aparan yol" (Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimov haqqında olan bu kitabı Sabir Hüseynovun birgə yazdımışdır[8]). Bakı: "Adiloğlu", 2010;
  • "Mələyin təbəssümü";
  • "Bakı üçbucağı" (rus dilində dərc edilən bu detektiv əsər RusiyaUkraynada kifayət qədər oxucu auditoriyası toplamışdır);
  • "Çovdar çörəyi" (roman)[9][10];
  • "Ev tapşırığı. Uğur düsturunu öyrənəcəyik" (motivasiya əsəri).