Əlibala Məhərrəmzadə
Əlibala Məhərrəmzadə | |
---|---|
Doğum tarixi | 9 avqust 1976 (48 yaş) |
Doğum yeri | |
Fəaliyyəti | yazıçı |
Mükafatları |
Əlibala Məhərrəmzadə (tam adı: Əlibala Səttar oğlu Məhərrəmzadə; 9 avqust 1976, Quba) — iqtisad elmləri doktoru, professor, auditor, motivasiya spikeri və yazıçı.
Həyatı
[redaktə | mənbəni redaktə et]Əlibala Səttar oğlu Məhərrəmzadə 9 avqust 1976-cı ildə Quba şəhərində anadan olmuşdur.
1997-ci ildə Azərbaycan Xalq Təsərrüfatı İdarəçiliyi İnstitutunu bitirmişdir.
1999-cu ildə İstanbul Universitetinin İqtisadiyyat şöbəsini bitirərək, iqtisadi elmlər namizədi elmi dərəcəsini almışdır. İqtisad elmləri namizədi, professordur.
2010-cu ildə keçirilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə 20 saylı Nərimanov ikinci seçki dairəsindən deputatlığa namizəd olmuşdur[1][2].
Bir neçə iqtisadi mövzulu kitabların müəllifidir.
Azərbaycan Yazıçılar Birliyinin üzvüdür. Ukrayna Milli Elmlər Akademiyasının və Ukrayna Yazıçılar Birliyinin fəxri üzvüdür[3].
Sərbəst auditor olan Əlibala Məhərrəmzadə "Kaspian Audit Kompani" MMC-nin direktorudur[4].
Ailəsi
[redaktə | mənbəni redaktə et]Ailəlidir, dörd övladı var.
Mükafatları
[redaktə | mənbəni redaktə et]- "Müqəddəs Georgi" ordeni;
- "Rəsul Rza" mükafatı[5].
Əsərləri
[redaktə | mənbəni redaktə et]- "Xocalı soyqırımı" (Azərbaycanlılara qarşı ermənilərin apardığı soyqırım siyasətinin xronologiyası)[3][6]. Bakı: "Adiloğlu", 2011;
- "Prezident İlham Əliyevin iqtisadi və siyasi strategiyası"[7]. Bakı: "Araz", 2011;
- "Azərbaycanda biznes planının tədqiqi nəzəriyyəsi";
- "Müqəddəsliyə aparan yol" (Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimov haqqında olan bu kitabı Sabir Hüseynovun birgə yazdımışdır[8]). Bakı: "Adiloğlu", 2010;
- "Mələyin təbəssümü";
- "Bakı üçbucağı" (rus dilində dərc edilən bu detektiv əsər Rusiya və Ukraynada kifayət qədər oxucu auditoriyası toplamışdır);
- "Çovdar çörəyi" (roman)[9][10];
- "Ev tapşırığı. Uğur düsturunu öyrənəcəyik" (motivasiya əsəri).
İstinadlar
[redaktə | mənbəni redaktə et]Bu məqalədəki istinadlar müvafiq istinad şablonları ilə göstərilməlidir. |
- ↑ 20 NƏRIMANOV IKINCI SEÇKI DAIRƏSİ ÜZRƏ QEYDƏ ALINANLARIN SİYAHISI Arxivləşdirilib 2021-11-07 at the Wayback Machine. infocenter.gov.az (az.)
- ↑ 20 NƏRIMANOV IKINCI SEÇKI DAIRƏSİ Arxivləşdirilib 2021-11-07 at the Wayback Machine. infocenter.gov.az (az.)
- ↑ 1 2 26 fevral 2018-ci il tarixdə Quba "Şahdağ" hotelində Əlibala Məhərrəmzadənin "Xocalı Soyqırımı" kitabının təqdimatı olmuşdur. Arxivləşdirilib 2018-11-10 at the Wayback Machine quba-ih.gov.az, 26.02.2018 (az.)
- ↑ AZƏRBAYCAN RESPUBLİKASININ AUDİTORLAR PALATASI ŞURASININ 9 aprel 2012-ci il tarixli, 230/3 nömrəli QƏRARI Arxivləşdirilib 2022-07-21 at the Wayback Machine. audit.gov.az (az.)
- ↑ Əli Məhərrəmzadənin "Covdar çörəyi" təqdim olunub [ölü keçid]. milletinsesi.info, 12.11.2018 (az.)
- ↑ Xocalı soyqırımı Arxivləşdirilib 2018-10-24 at the Wayback Machine. ebooks.az (az.)
- ↑ Ukraynada "Prezident İlham Əliyevin iqtisadi və siyasi strategiyası" kitabının təqdimatı keçirilib (FOTO). trend.az, 24.12.2010 (az.)
- ↑ S. Əsgərli. Yazıçılar Birliyində. "Ədəbiyyat qəzeti", 26 noyabr 2010, səh. 4. anl.az (az.)
- ↑ Əli Məhərrəmzadənin "Covdar çörəyi" təqdim olundu Arxivləşdirilib 2018-11-14 at the Wayback Machine. moderator.az, 12.11.2018 (az.)
- ↑ "Çovdar çörəyi" — yazıçı Əlibala Məhərrəmzadənin yeni romanı belə adlanır Arxivləşdirilib 2019-01-31 at the Wayback Machine. azertag.az, 10.11.2018 (az.)
- 9 avqustda doğulanlar
- 1976-cı ildə doğulanlar
- Yaşayan insanlar
- Qubada doğulanlar
- Ukraynanın III dərəcəli "Xidmətlərinə görə" ordeninin kavalerləri
- Əlifba sırasına görə yazıçı və şairlər
- İqtisad elmləri doktorları
- Azərbaycan Yazıçılar Birliyinin üzvləri
- Azərbaycan yazıçıları
- Azərbaycanlı yazıçılar
- "Rəsul Rza" mükafatı laureatları