Ambon
Ambon adası | |
---|---|
ind. Pulau Ambon, | |
Ümumi məlumatlar | |
Sahəsi | 775 km² |
Uzunluğu |
|
Hündür nöqtəsi | 1225 m |
Əhalisi | 361.287 nəfər (2010-cu il) |
Yerləşməsi | |
3°42′00″ c. e. 128°10′00″ ş. u.HGYO | |
Ölkə | İndoneziya |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Ambon (ind. Pulau Ambon) — [[Molukka adaları]]na daxil olan və İndoneziyaya məxsus ada. Sahəsi 775 km² təşkil edir. Adada 361 287 nəfər yaşayır.[1] Ambon adasında Ambon liman şəhəri yeləşir. Maluku vilayətinin mərkəzidir. Şəhərdə hava limanı, Pattimura Universiteti və bir necə başqa təhsil müısisələri vardır.
Coğrafiyası
[redaktə | mənbəni redaktə et]Ada bölgədə yerləşən Seram adasından cənub-qərbdə yerləşir. Banda dənizi daxilində yerləşir. Adanın uzunluğu 51 km təşkil edir. Ada əsasən dağlıq ərazilərdən ibarətdir. Ada faktiki iki əraxidən ibarətdir. Cənub-şərq nisbətən düzənlik, Şimal-qərb isə nisbətən dağlıqdır Ambon şəhəri burada yerləşir. Ən hündür nöqtələri Vavani (1100 m) və Salaxutu (1225 m) vulkanlarıdır.
Ada demək olar ki, bütünlüklə rütubətli meşələrdən ibarətdir.
Ada coğrafiyasından irəli gələrək bir çox endemik canlıları vardır.
İqili
[redaktə | mənbəni redaktə et]Orta illik temperaturu — 27 °S təşkil edir. Temperatur bəzən 22°S qədər düşür. Mussonların təsirinə məruz qalır. Tayfunlar tez-rez müşahidə edilir. Mussonlar oktyabrdan aprelə qədər davam edir.
Tarixi
[redaktə | mənbəni redaktə et]1513-cü ildə adaya ilk ayaq basan avropalılar portuqallar olmuşdur. Bundan sonra ada portuqalların Ternate adasından qovulmasından sonra əsas mərkəzləri olmuşdur[2]. Bundan sonra yerli əhali tərəfindın dəfələrlə müqavimətə rast gəlmişlər. Adada kreol tiçarət dili XIX əsrdə geniş yayılmışdır. Hazırda belə bir çox ailələrin soyadları portuqal məşəllidir[3].
1605-ci ildə Stiven van der Xaqen limanı bir atəş açmadan portuqallardan almağı bacarır. Adada yerləşən liman Hollan Ost-Hond şirkəti əsas mərkəzi rolunu oynamışdır[4]. Ada yaxınlığında 1615 ildə ingilislər tətəfindən Kambelo adasında istinadgah salınır. Bu mərkəz 1623-cü ilə qədər mövcud olmuşdur. Bu koloniya Hollafiya tərəfindən məhv edilmişdir. 1654-cü ildə Oliver Kromvel hadisə ilə əlaqədar Hollandiyadan təzminat almışdır[5]. 1796 ildə britaniyalı admiral Reyne Ambonu işğal edir. Amen anlaşmasına görə 1802-ci ildə ada hollandlara qaytarılır. 1810-cu ildə ada yenidən ingilislər tərəfindən işğal edilsədə 1814 ildə yenidən qaydarılır. Ambon şəhəri Hollandların əsas hərbi istinadgahına çevrilir. İkinci Dünya müharibəsi dönəmində Yapon güvvələri 1942-ci ildə Ambon döyüşündən sonra adanı ələ keçirirlər.
İndoneziyanın müstəqilliyini elan etdikdən sonra Əhməd Sukarno etnik və dini ayrılıqları nəzərə almayaraq unitar dövlət qurur. Bu səbəbdən ölkədə 1950-ci ildə Ambonda daxil olan Cənubi Molukk Adaları Respublikası elan edilir. 1999–2002 illərdə Ambon mərkəz olmaqla Molukk konflikti baş vermişdir.
Demoqrafiya
[redaktə | mənbəni redaktə et]Yerlilər Malay-papuas məşşəllidirlər. Onlar arasında xristianlıq və islam dini,yayılmışdır. Malay dilində danışırlar. Molukk adalarında ikinci dil hesab edilir. Köhnə kreol dili hazırda məhv olmuşdur. Hazırda adalarda ünsiyyət vastəsi İndoneziya dilidir[6].
İqtisadiyyat
[redaktə | mənbəni redaktə et]Maniok və saqo adanın əsas gəlir mənbəyidir. Üstəlik burada Çörək ağacı, Şəkər qamışı, Qara istiot, Kakao, Kakao və Pambıq yetişdirilir. Yerli əhalinin rasionunda balıq üstünlük təşkil edir.
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ Kabupaten Maluku Tengah (pdf). Hasin Sensus Penduduk 2010 Agregat Data per Kecamatan. Ambon: Badan Pusat Statistik Kabupatan Maluku Tengah. 2013-06-16 tarixində arxivləşdirilib (PDF).
- ↑ Ricklefs, M.C. A History of Modern Indonesia Since c.1300, 2nd Edition. London: MacMillan. 1991. səh. 25. ISBN 0-333-57689-6.
- ↑ Sneddon, james (2003)The Indonesian language: its history and role in modern society.(UNSW Press, Sydney, 2003) P.80 [1] Arxivləşdirilib 2022-04-21 at the Wayback Machine
- ↑ Ricklefs, M.C. A History of Modern Indonesia Since c.1300, 2nd Edition. London: MacMillan. 1991. səh. 28. ISBN 0-333-57689-6.
- ↑ Milton, Giles. Nathaniel’s Nutmeg: How one man's courage changed the course of history. Sceptre. 2000. ISBN 0-374-21936-2.
- ↑ Mardai, Gadis. "Ambon rioting leaves 100 dead in Indonesia". World Socialist Website. 30 January 1999. 2012-02-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 10 января 2007.