Çinkveçento

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç

Çinkveçento (it. cinquecento - beş yüz, eləcə də beş yüzüncü ill) - XVI əsrin İtalyan adlandırılması. İncəsənət və mədəniyyət tarixçiləri tərəfindən İtalyan İntibah incəsənətinin inkişafının müəyyən bir dövrünə istinad etmək üçün istifadə olunur. Xronoloji olaraq "yüksək intibah" və "son intibah" dövrlərinə bölünür.

Yüksək intibah dövrü deyəndə şərti olaraq XVI əsrin əvvəlində Romada görkəmli heykəltaraş, memar və rəssamların yaradıcılığını nəzərdə tuturlar. Bu dövr Roma Papası II Yuli della Rovere (1503-1513) mesenatlıq fəaliyyəti və papa X Levin (1513-1521) bu mesenatlığı davam etdirməsi ilə əlaqəlidir. Bu dövr faciəvi tarixlərlə bitir: 6 aprel 1520-ci ildə Rafael vəfat edir, 6 may 1527-ci ildə Roma V Karlın qoşunları tərəfindən talan edilir.

Üslub baxımından yüksək intibah dövrü Roma klassisizmi dövrü adlanır. Bu illər ərzində Romada, Vatikanın səyləri sayəsində ən görkəmli sənətkarlar çalışır və öz aralarında rəqabət aparırdılar: Rafael Santi (1508-1520-ci illərdə), Leonardo da Vinçi (1513-1515-ci illərdə) və Mikelancelo (1534-cü ildən).

1499-cu ildə Donato Bramante Romaya gəldi. 1500-cü ildə Papa VI Aleksandr onu Vatikanın baş memarı təyin etdi. Bramantenin Romadakı ilk əsəri, mərkəzi plan və mütləq simmetriyanın həyata keçirilmiş halı olan kiçik dairəvi Tempietto məbədi (1502) oldu.

İdeologiya baxımından Roma klassisizmi, atəşpərəstliyin və xristianlığın bədii obrazlarının, eləcə də antik incəsənətin klassik formaları və yeni renessans mədəniyyətinin humanist ideallarının şüurlu, proqramlı birləşdirilməsinə əsaslanır. Bu dövrün incəsənəti antik ənənələrə yönələn ideyaların və bədii formaların aydınlığı və klassik bitkinliyi ilə fərqləndirilir. Məsələn, Rafaelin Afina məktəbi (1509-1510) əsərində antik və müasir filosoflar və rəssamların yığıncağı təsvir edilib. "Rəsmə xas olan ümumi mötəbərlik ruhu,- Maks Dvorjak yazır,- daxili azadlıq və ləyaqət hissi ilə yerinə yetirilib... Bu stil, güman ki, tamamilə qədim ənənədən gəlirdi, buna baxmayaraq tamamilə ondan fərqli bir şey idi". Maks Dvorjak Rafaelin Roma yaradıcılığını "dağınıq-idealist cərəyan" adlandırırdı[1].

XVI əsrin ortaları və ikinci yarısı, manyerizm və Roma barokko incəsənətinin formalaşması dövrüdür. Bu dövrə görkəmli Mikelancelo Buonarrotinin son əsərləri, Venesiyada Tisian, VeronezeTintorettonun, Mediçi sarayında Benvenuto Çellini və florensiyalı manyeristlərin yaradıcılığı daxildir.

Çinkveçentonun dünyagörüşü prinsipləri, incəsənətinin üslubi və kompozisiya formaları, klassisizmneoklassisizmdən tutmuş XVII-XX əsrlərin romantizmiakademizminə qədər sonrakı əsrlərin incəsənət üslublarına da şübhəsiz təsir göstərmişdir.

  1. Дворжак М. История итальянского искусства в эпоху Возрождения: В 2-х т. — М.: Искусство, 1978. — Т. 2. — С. 49, 305
  • Жуковский В. И. Искусство Возрождения: учебное пособие. Красноярск: Краснояр. гос. ун-т. 2006. ISBN 5-7638-0663-8.
  • Чинквеченто // Чаган — Экс-ле-Бен. — М. : Советская энциклопедия, 1978. — (Большая советская энциклопедия : [в 30 т.] / гл. ред. А. М. Прохоров ; 1969—1978, т. 29).