40°22′06″ şm. e. 49°50′08″ ş. u.HGYO

Ağa Mikayıl hamamı

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Ağa Mikayıl hamamı
Xəritə
40°22′06″ şm. e. 49°50′08″ ş. u.HGYO
Ölkə  Azərbaycan
Şəhər Bakı
Yerləşir İçərişəhər, Kiçik Qala küçəsi, 16
Aidiyyatı İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğu
Tikilmə tarixi XVIII əsr
Üslubu Şirvan-Abşeron memarlıq məktəbi
Vəziyyəti fəaliyyət göstərir
Rəsmi adı: Walled City of Baku with the Shirvanshah's Palace and Maiden Tower
TipiMədəni
Kriteriyavi
Təyin edilib2000
İstinad nöm.958
DövlətAzərbaycan
RegionAvropa və Şimali Amerika
İstinad nöm.76
ƏhəmiyyətiÖlkə əhəmiyyətli
KateqoriyaMemarlıq abidələri
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Ağa Mikayıl hamamıİçərişəhərdə yerləşən və XVIII əsrə aid olan tarix-memarlıq abidəsi. Hamam Şamaxı sakini Hacı Ağa Mikayıl tərəfindən İçərişəhərin cənub-qərb tərəfində, əsas küçələrdən biri olan Kiçik Qala küçəsində tikilmişdir. Hamamın yerləşdiyi ərazi xalq arasında indi də Hamamçılar məhəlləsi adlanır.

Yarımyeraltı tipə malik hamamlardan fərqli olaraq tamamilə yerüstü tikili xüsusiyyəti daşıyan Ağa Mikayıl hamamı daxildən soyunma və yuyunma zalları, həmçinin kiçik hücrə yerlərinə divarlar yox, sütunlar vasitəsilə bölünmüşdür.

Hamam XVIII əsrdə Şamaxı sakini Hacı Ağa Mikayıl tərəfindən İçərişəhərin cənub-qərb tərəfində, əsas küçələrdən biri olan Kiçik Qala küçəsində tikilmişdir.[1] Hamamın yerləşdiyi ərazi xalq arasında indi də Hamamçılar məhəlləsi adlanır.

Üzeyir Hacıbəyovun "O olmasın, bu olsun" operettası əsasında 1956-cı ildə çəkilmiş eyniadlı filmin bəzi hamam səhnələri bu hamamda çəkilmişdir (eyni zamanda çəkilişlər Gəncədəki Çökək hamamda aparılmışdır).[2] Buna görə də, xalq arasında hamam həm də, filmin əsas qəhrəmanının adı ilə "Məşədi İbad hamamı" kimi də tanınır.[2][3]

2011-ci ildə Azərbaycan Respublikası Nazirlər Kabinetinin "Bakı şəhərinin tarixi mərkəzinin ətraflı və əsaslı bərpa planı"na əsasən hamam azərbaycanlı və xarici mütəxəssislərin iştirakı ilə brpa işləri aparılmışdır.[3]

Memarlıq xüsusiyyətləri

[redaktə | mənbəni redaktə et]

Yarımyeraltı tipə malik hamamlardan fərqli olaraq tamamilə yerüstü tikili xüsusiyyəti daşıyan Ağa Mikayıl hamamı daxildən soyunma və yuyunma zalları, həmçinin kiçik hücrə yerlərinə divarlar yox, sütunlar vasitəsiylə bölünmüşdür. Daxili həcmin bu cür təşkil edilməsi sayəsində, yarımyeraltı hamamlara məxsus yaxşı ifadə olunmuş xaçvari plan, dəqiq göstərilmiş kvadratla əvəz edilmişdir.[4]

Belə planın əsas xüsusiyyəti odur ki, böyük ərazinin kiçik hissələrə bölünməsi, onların dam örtüyünün də asan inşasına imkan yaradır. Hamamın hər iki hissəsi sütunlar vasitəsiylə doqquz kiçik hissəyə bölünmüşdür.[4] Mərkəzi hissə böyük günbəzlə örtülmüşdür, dörd künc hissə kiçik günbəz və tağla örtülmüşdür (xaçvari tağ), dörd yan hissə isə mərkəzi günbəzlə əlaqələndirilmiş tağvari örtüyə malikdir.[4]

  1. Бретаницкий, Л. С. Зодчество Азербайджана XII-XV вв. и его место в архитектуре Переднего Востока (Главная редакция восточной литературы.). Москва: Наука. 1966. səh. 556.
  2. 1 2 "Проект "Мой Баку": Интересная история бакинских хамамов". day.az. 23 декабря 2013. 25 May 2019 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 25 may 2019.
  3. 1 2 "В Ичери шехер отреставрирован очередной монумент". 1news.az. 27 Декабря, 2011. 25 May 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 25 may 2019.
  4. 1 2 3 Саламзаде, 1964. səh. 77
  • Саламзаде, А. В. Архитектура Азербайдана XVI-XIX вв. Баку: Издательство Академии наук Азербайджанской ССР. 1964.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]