Anortozit
Anortozit | |
---|---|
Vikianbarda əlaqəli mediafayllar |
Anortozit (fr. anorthose – plagioklaz) — qabbro qrupu süxuru. Əsas, yaxud orta plagioklazlardan ibarətdir. Tərkibində cüzi miqdarda rəngli minerallara rast gəlinir. İki növü var: 1) bitovnitli anortozitlər; 2) labradorlu, yaxud andezinli anortozitlər.
Sinonimləri: labradorit, plagioklazit. İridənəli struktura malikdir. Rəngi – açıq bozdan qarayadəkdir. Anortozitlər 1 milyard il bundan əvvəl formalaşmış iri maqmatik komplekslər (Ukrayna, Kanada, Finlandiya) və əsas-ultraəsas intruziyaların tərkib hissəsini (CAR, Avstraliya, Kanada və s.) təşkil edirlər. Anortozit Ay "materikləri"nin əsas süxurlarındandır. Anortozitlərin maqmatik komplekslərində titanın, xromun, platinin yataqlarına rast gəlinir. Göy və mavi çalarlı növündən (labrodoritdən) üzlük və məmulat daşı kimi istifadə olunur.[1]
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ Azərbaycan Milli Ensiklopediyası (25 cilddə). 1-ci cild: A – Argelander (25 000 nüs.). Bakı: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi. 2009. səh. 522. ISBN 978-9952-441-02-4.