Biotop

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç

Biotop (yun. τόποσ – yer) — eyni relyef, iqlim və digər abiotik amillərə malik olan su hövzəsində və ya quruda müəyyən biosenozun məskən saldığı sahə.

Ümumi məlumat

[redaktə | mənbəni redaktə et]

Qurunun, yaxud su hövzəsinin orada məskunlaşmış orqanizmlər üçün nisbətən eyni şəraiti olan sahəsi. Məcmusu Biotopun sərhədlərini, həmçinin onun adını müəyyən etmək üçün tez-tez istifadə olunan bitki və heyvanların müəyyən növ tərkibi ilə səciyyələnir.

Aşağıdakı biotopları ayırmaq olar: polipedon, yəni torpaq sudibi məskəni, klimatop, yəni fitosenozun yerüstü hissəsi məskəni və hidrotop,su dibinin üst hissəsi məskəni. Bunlardan asılı olmayaraq müxtəlif mikropopulyasiyalar məskən salan mikrotoplar da ayırırlar. Biotop termini adətən ekoloqlar tərəfindən işlədilir.[1]

"Biotop" termini adətən konkret biosenozun formalaşdığı yer mənasında başa düşülür. Bir qayda olaraq, o, səthinin ölçüsü nisbətən kiçik olan sahələr (məs., meşə ilə əhatələnmiş susuz dərələrdəki çəmən, yaxud qumlu-qənbərli sahil zolağı) anlayışı mənasında işlənir; çox vaxt konkret növün yaşadığı yerin sinonimi kimi istifadə edilir (tikanbalığın Biotopu, çay qaraquşunun Biotopu).

  1. Məmmədov Q.Ş. Xəlilov M.Y. Ekoloqların məlumat kitabı. "Elm" nəşriyyatı. Bakı: 2003. 516 s.