Ekssudat (tibb)
Naviqasiyaya keç
Axtarışa keç
Ekssudat (lat. exudo — xaricə çıxmaq; lat. exudatum: eks- + sudo, sudatum — tərləmək deməkdir), transsudatdan fərqli olaraq, iltihabi maye ifrazatdır. Bulanıq, zülalla və hüceyrələrlə zəngin, hematogen və histogen mənşəyli maye olub iltihab yerində hasil olur.
Tərkibi
[redaktə | mənbəni redaktə et]İltihabi prosesdən asılı olaraq ekssudatın tərkibində müxtəlif qan hüceyrələri üstünlük bilər:
- kəskin iltihabda — neytrofillər
- xroniki iltihabda — limfositlər və monositlər,
- allergik eksudatda isə eozinofillər.
İnfeksiyalaşmış eksudatda adətən xəstəlik törədici bakteriyalara rast gəlinir. Bu məqsədlə bakterioloji dioqnostik müayinə üçün eksudat müayinə materialı baxımından böyük əhəmiyyət kəsb edir.