Faust (faciə)
Faust | |
---|---|
alm. Faust | |
Janr | faciə[1] |
Müəllif | İohann Volfqanq Göte |
Orijinal dili | alman dili |
Yazılma ili | 1774 |
Nəşr ili | 1808, 1832 |
Vikianbarda əlaqəli mediafayllar |
"Faust. Faciə" (alm. Faust. Eine Tragödie.), çox vaxt sadəcə "Faust" — İohan Volfqanq Götenin əsas əsəri sayılan fəlsəfi dram. Doktor Faustun əfsanəsinin ən məşhur versiyasını ehtiva edir.
Göte 60 il Faust düşüncələri üzərində işləmişdir. Birinci hissə (alm. Faust: der Tragödie erster Teil) 1790-cı illərdə yazılmış,[2] 1806-cı ildə tamamlanmış, iki il sonra nəşr edilmişdir və təkrar nəşrlər zamanı Göte tərəfindən bir neçə dəfə yenidən işlənmişdir (sonuncu dəfə 1828-ci ildə). İkinci hissənin üstündə (alm. Faust: der Tragödie zweiter Teil) Göte ahıl çağında işləyirdi; 1832-ci ildə ölümündən sonra işığ üzü görmüşdür. 1886-cı ildə Prafaust Götenin gəncliyində, 1772-1775-ci illərdə bəstələnib.
Ritmlər və melodikaların mürəkkəb şıltaqlığı sayəsində Faust alman poeziyasının zirvələrindən biri hesab olunur. Dünya Kitabxanasına (Norveç Kitab Klubunun dünya ədəbiyyatının ən əhəmiyyətli əsərlərinin siyahısı) daxil edilmişdir.
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ https://wolnelektury.pl/katalog/lektura/goethe-faust/.
- ↑ Первый фрагмент пьесы появился в печати в 1790 году.