Kaltasin rayonu
Rayon | |||||
Kaltasin rayonu | |||||
---|---|---|---|---|---|
Ҡалтасы районы | |||||
|
|||||
55°58′10″ şm. e. 54°47′57″ ş. u.HGYO |
|||||
Ölkə | |||||
Tarixi və coğrafiyası | |||||
Yaradılıb | 20 avqust 1930 | ||||
Sahəsi | 1 518,7[1] km² | ||||
Saat qurşağı | |||||
Əhalisi | |||||
Əhalisi |
|
||||
Rəqəmsal identifikatorlar | |||||
Telefon kodu | 34779 | ||||
Poçt indeksi | 4528ХХ | ||||
Rəsmi sayt | |||||
Vikianbarda əlaqəli mediafayllar |
Kaltasin rayonu (başq. Ҡалтасы районы) — Başqırdıstan Respublikasının ərazisinə daxil olan inzibati rayon.
Rayonun inzibati mərkəzi Kaltası kəndidir.
Coğrafi yerləşməsi
[redaktə | mənbəni redaktə et]Başqırdıstanın şimal-qərbində yerləşir. Rayonun ərazisi 1564 km² təşkil edir. Ərazisi şimaldan cənuba 47 km, şərqdən qərbə 63 km məsafədə uzanır. Şimalda Yanaul, şərqdə Buraev, cənubda Dyurtyurlin, qərbdə Krasnokamski rayonu ilə sərhədlənir. İqlimi kontinental, isti və bir az quraqdır. Ərazisində əsasən boz meşə torpaqları geniş sahə tutur. İynə və geniş yarpaqlı meşələr ərazisinin 33,6 % tutur. Ərazisindən kərpiç gili, neft, qum çıxarılır.
Tarix
[redaktə | mənbəni redaktə et]Kaltasin rayonu 20 avqust 1930-cu ildə Başqırd Muxtar Sovet Sosialist Respublikası kantonları ləğv edərək yerində 48 rayon təşkil etməsi ilə təsis edilmişdir. İnzibati mərkəz rolunu Krasnı Xolm kəndi oynayırdı. Buna səbəb isə Kaltası kəndində inzibati binaların olmaması idi.
1932-ci ildə Krasnokamski rayonu Kaltasin rayonuna birləşdirilir. Bundan sonra inzibati mərkəz Nikolo-Berezovka kəndi olur.
1935-ci ildə rayon ərazisi yenidən Kaltasin və Krasnokamski rayonlarına bölünür. Bundan sonra Kaltasin rayonun mərkəzi Keltey kəndi olur. 5 mart 1935-ci ildə rayon mərkəziKaltası olur.
Əhali
[redaktə | mənbəni redaktə et]Ümumrusiya siyahıya alınmasına Başqırdıstan Respublikası Alışeevski rayonu ərazisin milli tərkibi: marilər — 45,9 %, ruslar — 19 %, başqırdlar — 10,2 %, udmurtlar — 10,1 %, digər millər — 0,8 %[3].
İnzibati-ətazi vahidləri
[redaktə | mənbəni redaktə et]Rayonda 11 kənd inzivati vahidliyinə 79 yaşayış məntəqəsi daxildir[4]
İqtisadiyyat
[redaktə | mənbəni redaktə et]Kaltasin rayonu əsasən sənaye-aqrar rayondur. Ərazisindən neft çıxarılır. Kənd təsərrüfatının taxılçılıq, kartoxçuluq, ətlik-südlük heyvandarlıq və donuzçuluq inkişaf etmişdir. 83,7 min ha ərazi (rayon ərazisinin 55,4 %) kənd təsərrüfatında istifadə edilir. 15,0 min ha ərazi otlaq kimi istifadə edilir. Ərazisindən Ufa — Neftekamsk avtomobil yolu keçir. Burada 10 kənd təsərrüfatı müəssisəsi, 30 kəndli-fermer təsərrüfatı və 7837 fərdi təsərrüfata sahibdir.
Sosial sfera
[redaktə | mənbəni redaktə et]Rayon ərazisində 52 ümumtəhsil mərkəzi, 15 orta məktəb, 22 kütləvi kitabxana, 48 klub, 4 xəstəxana fəaliyyət göstərir. Burada tatar, rus və mari dillərində «Zarya» — «Tan» — «Ujara» qəzetləri buraxılır.
Mənbə
[redaktə | mənbəni redaktə et]İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ "Республика Башкортостан. Общая площадь земель муниципального образования". 2020-05-28 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2017-09-09.
- ↑ https://rosstat.gov.ru/storage/mediabank/tab-5_VPN-2020.xlsx (rus.).
- ↑ "Итоги Всероссийской переписи населения по Республике Башкортостан" (pdf). Территориальный орган Федеральной службы государственной статистики по Республике Башкортостан. 2013-03-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-03-05.
- ↑ "Закон Республики Башкортостан «Об изменениях в административно-территориальном устройстве Республики Башкортостан в связи с объединением отдельных сельсоветов и передачей населенных пунктов» (Принят Государственным Собранием — Курултаем Республики Башкортостан 18 ноября 2008 года)". 2014-11-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-09-09.