Həvazin

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Həvazin
هوازن
qeysi ərəb qəbiləsi
Həvazin qəbiləsinin bayrağı
Etnik mənsubiyyətərəb
YerƏrəbistan
Əsas qəbiləqeys
Qolları
Diniislam

Həvazin (ərəb. هوازن‎, Hawāzin) — əvvəlcə Nəcdin qərbində və Hicazda, Taif şəhəri ətrafında məskunlaşmış ərəb qəbiləsi. Onlar daha böyük Qeys qəbilə qrupunun bir hissəsini təşkil edirdilər. Həvazinlər Bənu SəidBənu Cuşəm, həmçinin hər ikisi çox vaxt həvazindən ayrı sayılan Bənu SəqifBənu Əmir alt qəbilələrindən ibarət idi.

Qəbilə tez-tez qətafanilər ilə toqquşurdu və bəzən həvazinilərin alt qəbilələri bir-biri ilə vuruşurdular. Qəbilə 630-cu ildə Hüneyn döyüşündə Məhəmmədin qüvvələri tərəfindən məğlub edilmişdi. Həvazin qəbiləsi 632-ci ildə Məhəmmədin ölümündən sonra baş verən Riddə müharibələri zamanı Mədinədə ilk müsəlman dövlətinə qarşı üsyan edən və mübarizə aparan ilk qəbilələrdən biri idi.

Şifahi ənənə və şəcərə araşdırmalarına görə, Səudiyyə Ərəbistanında yaşayan müasir uteybə qəbiləsi həvazinilərin nəslindəndir.[1][2][3]

  1. Al-Qthami, Hmood Dawi. North of Hejaz. Jeddah: Dar Al Bayan. 1985.
  2. Al Rougi, Hindees. "The Tribe of Otaibah". 2018-05-14 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2017-11-19.
  3. H. Kindermann-[C.E. Bosworth]. "'Utayba." Encyclopaedia of Islam. Edited by: P. Bearman, Th. Bianquis, C.E. Bosworth, E. van Donzel and W.P. Heinrichs. Brill, 2007.

Əlavə ədəbiyyat

[redaktə | mənbəni redaktə et]
  • Donner, Fred M. Muhammad and the Believers, at the Origins of Islam. Cambridge: The Belknap Press of Harvard University Press. 2010. ISBN 978-0-674-05097-6. 2023-07-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-06-14.
  • Fück, J. W. Fidjār // Lewis, B; Pellat, Ch; Schacht, J. (redaktorlar ). The Encyclopedia of Islam, Vol. 2, C-G (2nd). Leiden: Brill. 1965. 883–884. ISBN 90-04-07026-5.
  • Fück, J. W. Ghatafan // Lewis, B; Pellat, Ch; Schacht, J. (redaktorlar ). The Encyclopedia of Islam, Vol. 2, C-G (2nd). Leiden: Brill. 1965. 1023–1024. ISBN 90-04-07026-5.
  • Watt, W. Montgomery. Hawāzin // Lewis, B; Ménage, M. L.; Pellat, Ch; Schacht, J. (redaktorlar ). The Encyclopedia of Islam, Vol. 3, H-Iram (2nd). Leiden: Brill. 1971. 285–286. ISBN 90-04-08118-6.