Kələm

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Kələm
Elmi təsnifat
Beynəlxalq elmi adı

Kələm (lat. Brassica) — bitkilər aləminin kələmçiçəklilər dəstəsinin kələmkimilər fəsiləsinə aid bitki cinsi.

Xalq təbabəti

[redaktə | mənbəni redaktə et]

Kələmin elmi cəhətdən təsdiqlənmiş digər faydası da mədə və on iki barmaq bağırsaqda əmələ gələn yaralara müsbət təsir etməsidir. Bunun üçün 4-5 həftə ağ kələm suyunu içmək lazımdır. Kələm suyunu əldə etmək üçün təzə kələm yarpaqları yaxşıca yuyulur, suyu süzülür, nazik şəkildə doğranır və mətbəx robotundan keçirilir. Mədədə yaranan yanma və ağrı hissləri kələm suyunu içdikdən sonra demək olar ki, yox olacaq. Gündə bir litr kələm suyu yeməkdən sonra içilməlidir. Amma kələm suyunun təzə olmasına diqqət yetirilməlidir ki, tərkibindəki maddələr organizmə müsbət təsir göstərsin. Bəzi insanlarda kələm suyu qarında şişmə və köp əmələ gətirir. Buna görə də 1 fincan qaynar suya 1 çay qaşığı zirə qatmaq, üstünə qapaq örtmək və 10 dəqiqədən sonra içmək lazımdır. Antibiotiklərdən istifadə zamanı yaranan bağırsaq puzontusunu aradan qaldırmaq üçün kələm salatı yemək ya da kələm suyu içmək faydalıdır. Kələm yemək yeniyetmə yaşlarında ortaya çıxan sızanaqların yox olmasına da kömək edir.Şəkərlə bişirilmiş kələm şirəsi sərxoşları ayıltmaq üçün istifadə edilir. Ağız boşluğunun iltihabı prosesləri zamanı su ilə durulaşdırılmış kələm şirəsi ilə qarqara etmək çox faydalıdır. İrinli yara, xora, əzik və yanıqların üzərinə xırda doğranmış kələm yarpaqları qoyulduqda onların sağalması xeyli sürətlənir. Kələmin təzə şirəsi mədə və onikibarmaq bağırsaq xoralarında, qastritdə, qaraciyər, öd daşı, podaqra, ateroskleroz və başqa xəstəliklərdə tətbiq edilir.

Bostan kələminin yarpağı yerkökü, çuğundur və qara turpun kök-meyvələrinin şirəsi ilə 100 qram spirtdə qarışdırılır, 4-6 saat müddətində saxlanılıb süzülür və vərəm xəstəliyi əleyhinə istifadə edilir. Onun turşuya qoyulmuş yarpaqları şəkərli diabet əleyhinə də səmərəli vasitədir. Kələm şirəsi mədənin sekresiyasını artırır və turşuluğun azalması ilə gedən qastrit əleyhinə yaxşı təsir göstərir. Bundan başqa bağırsağın fəaliyyətini yaxşılaşdırır, qıcqırmanın qarşısını alır, peristaltikanı sürətləndirir, spastik ağrıları zəiflədir.

Kələm aterosklerozda, piylənmədə əvəzedilməz pəhriz vasitəsidir, çünki qanda xolesterinin miqdarını azaldır, maddələr mübadiləsini, o cümlədən yağ mübadiləsini normallaşdırır. Kələm şirəsi saxlanılanda keyfiyyətini tez itirir. Ona görə də müalicə müddətində hər gün sıxılmalı, emallı və şüşə qabda saxlanılmalıdır.