Kərim Tinçurin
Kərim Tincurin | |
---|---|
Kərim Qali oğlu Tincurin | |
Doğum tarixi | |
Doğum yeri | Tarakanovka |
Vəfat tarixi | (51 yaşında) |
Vəfat yeri | Kazan |
Vəfat səbəbi | Güllələnmə |
Vətəndaşlığı | SSRİ |
Milliyyəti | Tatar |
Təhsili | |
Fəaliyyəti | aktyor, yazıçı, teatr rejissoru, dramaturq |
Əsərlərinin dili | tatar |
Mükafatları | |
Vikianbarda əlaqəli mediafayllar |
Kərim Qali oğlu Tincurin (tat. Kərim Tincurin; 15 sentyabr 1887—1938) - tatar yazıçısı, aktyoru və dramaturqudur. O, Tatarıstan teatrının və dramaturgiyasının əsas peşəkar banilərindən biri sayılır[1].
Tərcümeyi-hal
[redaktə | mənbəni redaktə et]Kərim 15 sentyabr 1887-ci ildə Penzen əyalətinin Tarakanovka kəndində kəndli ailəsində anadan olmuşdur. 1900-cu ildə Kazana köçən Kərim burada mədrəsədə təhsil alır. Ancaq 1906-cı ildə bu təhsildən imtina edir. 1910 - cu ildə "Səyyar" qrupuna qoşulur və beləliklə həyatını teatra bağlayır. Vətəndaş müharibəsi zamanı o orduya qoşulur və Qırmızı Orduda iştirak edir. 1920-ci ildə Samara teatrının baş rejissoru olur[2].
1921-ci ild\ Orenburq tatar proletar qrupuna rəhbərlik edir (İndiki Q.Kariyeva adına teatr). 1922-ci ildə Kazan hökuməti Tatarıstan dövlət qrupunu yaradılması haqqında qanun qəbul edilir və Kərim ona rəhbər təyin edilir.
1922-ci ildən o Tatarıstan Dövlət Teatrına rəhbərlik edir.
1928-29-cu illərdə Həştərxan tatar teatrının baş rejissoru olur. 1933-cü ildə o ilk dəfə Tatarıstan teatrında komediya və dram janrında əsərləri tamaşaya qoyur və beləliklə bu janrların əsasını qoyur. Hal-hazırda bu teatr onun adını daşıyır. Onun "Kazan dəsmalı", "Sonən ulduz", "Mavi şal" və s. kimi əsərləri teatrın fonunda saxlanılır. 17 sentyabr 1937-ci ildə Kərim represiya qurbanı olur və həbs edilir. 15 noyabr 1938-ci ildə güllələnir.
Titulları
[redaktə | mənbəni redaktə et]1926-cı ildə Tincurin Tatarıstanın xalq artisti olur.
1936-cı ildə bu sahədə olmasının 20 illiyini qeyd edilir.
Əsərləri
[redaktə | mənbəni redaktə et]- "Monazara"— 1906-cı il
- "Xələl kəsep" (Halal zəhmət) — 1912
- "Şomlı adım" (Ölümcül addım) — 1912
- "Berence çəçəklər" (İlk gül) - 1913
- "Nazlı kiyau" (Nazlı bəy) — 1915
- "Aç qaşıq" (Aç aşiq) — 1915
- "Sonqı səlam" (Sonuncu salam) — 1916
- "Jilkuarlar" (Oğrular) — 1916
- "Sünqən yildizlar" (Sönən ulduzlar) — 1922
- "Kazan sölqese" (Kazan dəsmalı) — 1923
- "Amerikan" (Amerikalı) — 1924
- "Zənqər şəl" (Mavi şal) — 1926
- "İl" (Cənnət) — 1927
- "Alar öçey ide" (Onlar üç nəfər idi) — 1935
Xarici keçid
[redaktə | mənbəni redaktə et]Ədəbiyyat
[redaktə | mənbəni redaktə et]- ТИНЧУРИН Карим Галиевич" ("Tinchurin, Karim Galievich"). Оренбургская биографическая энциклопедия (Biographical Encyclopedia of Orenburg). http://orsk-net.ru/kraeved/biblioteka/enciklopedii/obe/t.php?print (in Russian)
- ^ Jump up to:a b "ТИНЧУРИН Карим Галиевич" ("Tinhurin, Karim Galievich"). Большой Энциклопедический Словарь (Great Biographical Dictionary). Kulichki.net. Retrieved 8 March 2009. http://education.kulichki.net/dic/20d.html (in Russian)
- Karim Tinchurin accessed 27 May 2008