Lori adası
Lori adası | |
---|---|
ing. Laurie Island, isp. isla Laurie | |
Ümumi məlumatlar | |
Sahəsi | 50 km² |
Uzunluğu |
|
Hündür nöqtəsi | 940 m |
Əhalisi | 14 nəfər (1982-ci il) |
Yerləşməsi | |
60°30′00″ c. e. 44°37′00″ q. u.HGYO | |
Ölkə | Antarktida |
Arxipelaq | |
Akvatoriya | |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Lori adası (ing. Laurie Island, isp. isla Laurie) — Cənub Qütb dairəsi daxilində yerləşən, Cənubi Orkney adaları qrupuna daxil olan, arxipelaqın sahəsinə görə ikinci böyük adası. Adaya Argentina və Böyük Britaniya iddia edir. Bununla belə bütün ərazi iddiaları Antarktida haqqında konvensiyaya görə dondurulmuşdur. Adanın şimal-şərq qutaracağı və Uitson burnu mühüm ornitoloji bölgə hesab edilir.
Coğrafiya
[redaktə | mənbəni redaktə et]Adanın sahəsi təqribi olaraq 50 km²[1], şərqdən qərbə uzunluğu isə 12,5 mil (20,1 km) təşkil edir. Ada iki yarımadafan ibarətdir. Onlar Skotia körfəzi və Uruqvay buxtaları arasında yerləşən bərzəxlə birləşirlər. Adanın ən hündür nöqtəsi 940 metr təşkil edir[1].
Adanın qərbində iki yarımada mövcuddur: Makenzi və Mossman. Onun şimal qutacağında Robetson burnu yerləşir. Burun Şotlandiya ekspedisiyasının rəhbəri Tomas Tobertsonun şərəfinə sdlandırılmışdır[2].
Geologiya və iqlim
[redaktə | mənbəni redaktə et]Şotlandiya ekspedisiyası adanın geologiyasını tətqiq etmişdir[3]. Ada siluri dövründə, çökmə suxurlarının bir yerə toplanmasından əmələ gəlmişdir[3].
Adada daim qərb və şimal-qərb küləkləri əsir[3]. Antarktidanın digər adaları kimi burada da iqlim olduqca soyuqdar[3][4][5]
- Orta rütubətlilik: 86 %
- Küləyin orta sürəti: 4,6 m / s
- Orta atmosfer təzyiqi: 992 c.s.
Qar örtüyü qış boyu qalır. Şimal hissəsinin iqlimi nisbətən mülayimdir[3].
Flora və fauna
[redaktə | mənbəni redaktə et]Adanın bitki örtüyü əsasən mamır və şibyələrdən ibarətdir. Sahil sularında yosunlar mövcuddur.
Ada bir çox quşların qidalanma yeridir. Ən çox yayılmış canlı Adeli pinqvininidir[6][7]. Yayda adaya 200000 çox quş köç edir[8]. Ada həmcinin Kergelen dəniz pişiyi üçün ev rolunu oynayır. 1988-ci ildə aparılan araşdırmalar onu göstərir ki, burada yaşayan suitilər əsasən kril və balıqarla qidalanır. Yayda isə kalmarların qida kimi istifadəsi artır[9].
Ada ətrafında çoxlu sayda qrenland Gadus morhua yayılmışdır.
-
Adeli pinqvini
-
Kergelen dəniz şiri
-
Kril
-
Kalmar
Tarixi
[redaktə | mənbəni redaktə et]Cənubi Orkados arxipelaqı Qabriel de Kastilya adanı ilk dəfə kəşf etmişdir. XVIII əsrdə adanı Cənubi Orkney adalarının tərkibində ilk dəfə 1819-cu ild Ceyms Ueddell tərəfinfdən kəşf edilmişdir. Ada öz adını Cənubi Orkney adalarının kartoqrafik xərtisini tərtib edən R. Lorinin adından almışdır. On Con Pauell və N. Palmerin məlumatları əsasında adaların təsvirini vermişdir[10].
Yeganə yaayış məntəqəsi 26 mart 1903 ildə Şotlandiya Milli Antarktika ekspedisiyasının rəhbəri Uilyam Bryus tərəfindən salınmışdır. Onlar adada qışlamış və Sent-Ann-de-Belvyu meteoroloji stansiyasını salırlar. Bir müddət sonra onun idarəsi Argentinanın bir illik istifadəsinə verilmişdir. İlk əvvəllər bina taxtadan ibarət olmuşdur. Bir müddt sonra adı "Orkados" olaraq dərişdirilir. Stansiyaya bu günə qədər Argentina nəzarət edir.
6 avqust 1903-cü ildə şotlandiya ekspedisiyasının baş mühəndisi Corc Remi ürək tutmasından həlak olmuşdur. Böyük ehtimal ki, ona güçü soyuq dəymiş və oranizmi zəyifləmişdi. O, iki gün sonra adada dəfn edilir.
1982-ci ildə adada 14 nəfər yaşayırdı[1]. Bu gündə xidmət heyəti 14 nəfər, yayda isə 45 nəfər[11] olur.
-
«Skotia» gəmisi. 1903-1904 il.
-
«Orkadas» bazası 1996 il
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ 1 2 3 "Islands of Antarctic Islands" (ingilis). islands.unep.ch. 2013-04-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-3-21.
- ↑ Дубровин Л., Преображенская М. Глава 5. В честь прославленных судов и их капитанов // О чем говорит карта Антарктики. — Ленинград: Гидрометеоиздат, 1987. — 160 с.
- ↑ 1 2 3 4 5 "Scotland and the Antarctic: Survey of Laurie Island" (ingilis). gdl.cdlr.strath.ac.uk. 2013-04-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-3-21.
- ↑ "Datos Estadísticos (Período 1981-1990)". Servicio Meteorológico Nacional. 2013-04-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: October 31, 2012.
- ↑ "BASE ORCADAS Climate Normals 1961-1990". National Oceanic and Atmospheric Administration. İstifadə tarixi: October 31, 2012.
- ↑ "Scotland and the Antarctic: Second winter on Laurie Island" (ingilis). gdl.cdlr.strath.ac.uk. 2013-04-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-3-21.
- ↑ "The breeding birds of Cape Geddes, Laurie Island, South Orkney Islands, Antarctica" (PDF) (ingilis). marineornithology.org. 2013-04-09 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2013-3-21.
- ↑ "Scotland and the Antarctic: Summer on Laurie Island" (ingilis). gdl.cdlr.strath.ac.uk. 2013-04-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-3-21.
- ↑ "The diet of Antarctic fur seals, Arctocephalus gazella, during the summer-autumn period at Mossman Peninsula, Laurie Island (South Orkneys)" (ingilis). link.springer.com. 2013-04-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-3-21.
- ↑ Дубровин Л., Преображенская М. Глава 7. Научные станции // О чем говорит карта Антарктики. — Ленинград: Гидрометеоиздат, 1987. — 160 с.
- ↑ "Antarctic Facilities — Arxiv üzköçürməsi" (ingilis). comnap.aq. Archived from the original on 2011-06-09. İstifadə tarixi: 2013-3-21.
Mənbə
[redaktə | mənbəni redaktə et]- "Lori adanının kontur xəritəsi, 1903 il" (ingilis). gdl.cdlr.strath.ac.uk. 2013-04-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-3-21.