66°22′45″ şm. e. 14°31′54″ q. u.HGYO

Launqanes

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Launqanes yarımadası
Yerləşməsi
66°22′45″ şm. e. 14°31′54″ q. u.HGYO
Akvatoriya Atlantik okean
Ölkə  İslandiya
Launqanes yarımadası xəritədə
Launqanes yarımadası
Launqanes yarımadası
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Launqanes (isl. Langanes) — İslandiyanın şimal-şərqində yerləşən yarımada. İslandcadan tərcümədə Uzun burun mənasını verir. Yarımada cənub-qərbdən şimal-şərqə 40 km uzanır. Sonucu ensizləşir və Fontur (isl. Fontur) adlanır. Şimal-qərbdən Tistil-fiord, cənub-şərqdən isə Bakkafloui körfəzləri ilə əhatələnir. Yarımadanın hündürlüyü 200–400 m arasında dəyişir. Ən hümdür zirvəsi olan Qunnoulvsvikurfyadl (isl. Gunnólfsvíkurfjall) şimal-qərbdə yerləşir.

Yarımada Lanqanesbiqd icması ərazisinə daxildir. Seydanes yaşayış (isl. Sauðanes) məntəqəsində qədim kilsə mövcuddur. Kilsə hazırda muzey kimi fəaliyyət göstərir. Skaular balıqçı kəndində (isl. Skálar) 1946-cı ilə qədər 100 nəfər yaşayırdı. Həmin ilən etibarən kənd boşaldılmışdır. Tərk edilmiş yaşayış məntəqələrindən Layknistadir (isl. Læknistaðir), Skoryovik (isl. Skoruvík), Faqranes (isl. Fagranes) və Seyrbayr (isl. Saurbær) kimilərin adını çəkmək olar.