38°44′00″ şm. e. 125°24′00″ ş. u.HGYO

Nampxo

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Xüsusi şəhər
Nampxo
kor. 남포시
38°44′00″ şm. e. 125°24′00″ ş. u.HGYO
Ölkə  Şimali Koreya
Region Kvanso
Rayon Pxyonan-Namdo
Tarixi və coğrafiyası
Əvvəlki adları Çinnampxo, Tinnampo
Sahəsi 829 km²
Saat qurşağı UTC+8:30
Əhalisi
Əhalisi 366 815[1] nəfər (2008)
Milli tərkibi koreyalılar
Rəsmi dili Koreya dili (şimal-qərb dialekti)
Rəqəmsal identifikatorlar
Telefon kodu +850 39хххххх
Xəritəni göstər/gizlə
Nampxo xəritədə
Nampxo
Nampxo
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Nampxo (kor. 남포시) — Şimali Koreyanın Pxyonan-Namdo vilayətində yerləşən şəhər və dəniz limanı. Şəhər Tedonqan çayının şimal sahilində, çayın mənsəbinin 15 km şərqində yerləşir. 1980-2004-cü illərdə Nampxo şəhəri "Birbaşa idarə edilən şəhər" statusu daşımışdır. Daha sonra şəhərə Xüsusi şəhər statusu verilmiş və 2010-cu ildə Pxyonan-Namdo vilayətinin tərkibinə daxil edilmişdir. Nampxo şəhəri Şimali Koreyanın paytaxtı Pxenyan şəhərindən 50 km cənub-qərbdə yerləşir. Şəhərin əsası kiçik balıqçılıq kəndi kimi qoyulmuş, 1897-ci ildə xarici ticarət sayəsində limana çevrilmiş, 1945-ci ildə müasir dəniz limanı olmuşdur. Bunun sayəsində şəhər böyümüş və kapital qoyuluşu sürətlənmişdir. 1910-1945-ci illərdə Yapon rejimi dövründə şəhər Namupo adı ilə tanınmışdır.

Şəhərdəki sənaye komplekslərinə Nampxo Zavod Kompleksi, Nampxo Şüşə Korporasiyası, Nampxo Gəmiqayırma Kompleksi, Nampxo Balıqçılıq Kompleksi və s. aiddir. Nampxo Şimali Koreyanın gəmiqayırma sənayesinin mərkəzidir. Şəhərin şimalında yük nəqliyyatı, akvatik məhsul, balıqçılıq, duz zavodları yerləşir. Almalar şəhərin Ryonqan rayonunda yetişir və ən məşhur yerli məhsuldur.[2][3]

İnzibati bölgü

[redaktə | mənbəni redaktə et]

Nampxo 5 kuyoka və 2 kuna bölünür, onların özü isə donqa və riyə bölünürlər.

  • Vado (와우도구역; 臥牛島區域)
  • Hanqu (항구구역; 港口區域)
  • Çollima (천리마구역; 千里馬區域)
  • Kanso (강서구역; 江西區域)
  • Tan (대안구역; 大安區域)
  • Ryonqan (룡강군; 龍岡郡)
  • Onçon (온천군; 溫泉郡): 2010-cu ildə şəhərə birləşdirilib.[4]
Nampxonun iqlimi
Göstərici Yan Fev Mar Apr May İyn İyl Avq Sen Okt Noy Dek İl
Maksimum orta, °C −2 1 7 14 21 24 27 27 23 17 9 2 14,2
Minimum orta, °C −8 −6 0 6 12 17 21 21 16 9 2 −4 7,2
Yağıntı norması, mm 13 13 30 43 71 81 262 221 109 43 41 20 37,1
Mənbə: Weatherbase


Şəhərdə aşağıdakı ali təhsil müəssəsələri yerləşir:

  • Nampxo Universiteti
  • Soha Universiteti
  • Samvan Kolleci
  • Sunhva Kolleci
  • Nampxo Tibb Universiteti
  • Nampxo Kənd Təsərrüfatı Universiteti
  • Nampxo Gəmiqayırma İnstitutu Kolleci
  • Nampxo Material Tikmə Kolleci
  • Nampxo Balıqçılıq Universiteti

Qardaş şəhərlər

[redaktə | mənbəni redaktə et]
  1. "DPR Korean Central Bureau of Statistics: 2008 Population Census" (PDF). 2011-05-14 tarixində orijinalından (PDF) arxivləşdirilib. İstifadə tarixi: 2015-11-12.
  2. "남포직할시". 한국민족대백과사전 (Korean). 5 March 2008 tarixində arxivləşdirilib. İstifadə tarixi: 11 November 2006.
  3. Kim, Nam-yong (金南龍). "남포직할시". Korean Britannica (Korean). 28 September 2007 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 11 November 2006.
  4. Kim So Yeol. "North Korea Splits No. 38 and 39 Departments Up Again". Daily NK. 15 Fevruary 2011. 2017-08-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15 Noyember 2012.
  • Dormels, Rainer. North Korea's Cities: Industrial facilities, internal structures and typification. Jimoondang, 2014. ISBN 978-89-6297-167-5

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]