Samuel Adams

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
SAMUEL ADAMS
Doğum tarixi
Doğum yeri Boston
Vəfat tarixi (81 yaşında)
Vəfat yeri Boston
Dəfn yeri
  • Qranari qəbiristanlığı[d]
Təhsili
Fəaliyyəti siyasətçi, filosof
Partiyası
  • Demokratik-Respublikaçı Partiya[d]
Üzvlüyü
İmza
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Samuel Adams (27 sentyabr 1722[1][2][…], Boston[2][3]2 oktyabr 1803[1][2][…], Boston[2][3]) — XVIII əsrdə Amerikada radikalların ən bacarıqlı başçısı

XVIII əsrdə Amerikada radikalların ən bacarıqlı başçısı Massaçusetsdən olan Samuel Adams idi. O, yorulmadan yeganə bir məqsəd naminə çalışırdı ki, bu da müstəqillik idi. 1740-cı ildə Harvard kollecini bitirdiyi gündən Adams müxtəlif sahələrdə - buxarı nəzarətçisi, vergi toplayan və şəhər mitinqlərinin başçısı kimi xalqa xidmət etmişdi. Biznesdə bəxti gətirməyən Adams siyasətdə qabil və fərasətli idi. Bunu o, Yeni İngiltərə şəhər mitinqindəki hərəkəti ilə sübut etmişdi.

Adamsın əsas məqsədi adamları ictimai və siyasi üstünlüklər haqqında qorxudan azad etmək, onların öz qüvvə və imkanlarını dərk etmələrinə nail olmaq və, beləliklə, onları hərəkata sövq etmək idi. Bu məsələlər haqqında o, qəzetlərdə məqalələr çap etdirir və şəhər mitinqlərində çıxışlar edirdi. Bu çıxışlarda o, kolonistlərə demokratik ruh aşılamağa yönəldilmiş qətnamələr qəbul etməyə çağırırdı.

1772-ci ildə Boston şəhər mitinqində Adams inandırdı ki, kolonistlərin hüquqlarını və şikayətlərini bəyan etmək üçün bir "Barışdırıcı Komitə" seçilməsi vacibdir. Komitə məhkəmələrin maaşlarının gömrük vergilərindən ödənilməsi haqqında Britaniya qərarına qarşı çıxdı; o qorxurdu ki, məhkəmələr artıq öz gəlirləri üçün qanunvericilik orqanlarından asılı olmayacaqlar və bunun da nəticəsində "hökumətin müstəbidlik formasının" yaranmasına yol açılacaqdır. Bu məsələ ilə bağlı olaraq, komitə başqa şəhərlərlə əlaqəyə girdi və xahiş etdi ki, həmin məsələ ilə əlaqədar öz cavablarını hazırlasınlar. Əslində, komitələr koloniyaların hamısında yaradıldı və onlar effektli inqilabi təşkilatların yaradılmasında özül rolu oynadı. Lakin Adamsın bir daha hücuma keçmək üçün kifayət qədər gücü yox idi.