Set Karri
Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var. |
Set Karri | |
---|---|
Mövqeyi | Oyun qurucu |
Boyu | 188 sm |
Çəkisi | 79 kq |
Vətəndaşlığı | |
Doğum tarixi | 23 avqust 1990 (34 yaş) |
Doğum yeri |
|
Təhsili |
|
Vikianbarda əlaqəli mediafayllar |
Set Adam Karri (1990, 23 avqust) amerikalı peşəkar basketbolçu. Hazırda Milli Basketbol Liqasında Şarlott Hornets komandasında çıxış edir. O, Şimali Karolinanın Şarlott şəhərində anadan olub. Atası Del Karri keçmiş və qardaşı Stefen Karri də peşəkar basketbolçudurlar.
İlk vaxtlar
[redaktə | mənbəni redaktə et]Karri Şarlottda yaşayarkən atası Del Şarlott Hornets komandasında çıxış edirdi. O, uşaq olanda atası Seti qardaşı ilə birgə öz oyunlarına aparır və məşqlərdə onlara oyunun sirlərini öyrədir. Karri 2008-ci ildə Şarlott Xristian Məktəbinin məzunu olarkən 3 il idi ki, Cəngavərlər komandasında çıxış edirdi. Buradakı ən yaxşı ilində ortalama 22.3 xal, 5.0 ribound, 5.0 assist və atışlarda 52% uğurlu nəticə göstərmişdir. Onun buradakı üçüncü ilində komandası 2006-cı il əyalət finalında 105–24 hesabı ilə ən böyük fərqli qələbəsini qazanmışdır. Setin burada çıxış etdiyi bütün illərdə ona böyük rəğbət bəslənmiş və məktəbin uğurlarında aparıcı rol oynamışdır.
Kollec illəri
[redaktə | mənbəni redaktə et]Liberty Karri məktəbi bitirdikdən sonra Liberti universitetini seçir. Buradakı ilk mövsümündə ortalama 20.2 xal yığır. O, birinci Böyük Cənub Konferansında bir sezonda ən çox atışa imza atarak rekord qırır. Set burada 30 nömrəni seçir. Bu nömrə altında həm onun atası, həm də böyük qardaşı çıxış etmişdi.
Duke Karri 2008–2009 sezonunda Libertidən Duke komandasına transfer edilir. O burada da 30 nömrəli formanı seçir.
Set Karrinin məşhurlaşması Kayri İrvinqin ayağının zədələnməsindən sonra başladı. Mayamiyə qarşı oynanılan oyunda Karri komandasına 17 xal qazandırdı və atışlarının 57%-i uğurlu olur. O, 9 fevral, 2011-ci ildə Şimali Karolinaya qarşı oynanılan oyunda sezonda ən çox xal-22 xal qazanır. 29, dekabr 2012-ci ildə isə Santa-Klara qarşı oyunda kariyerində maksimum nəticəni- 31 xal toplayır. O, elə buradakı ilk ilində bütün ACC tərəfindən ilk heyətə və Sporting News tərəfindən bütün Amerikada ikinci heyətə daxil edilir.
Milli komanda karyerası
[redaktə | mənbəni redaktə et]Karri Amerika millisinin heyətində 2009 FİBA U-19 Dünya çempionatında iştirak etmişdir. Bu turnirdə Amerika millisi finala qədər irəliləmiş və finalda Yunanıstan millisinə 88–80 hesabı ilə qalib gəlmişdir. Kurri burada hər oyuna ortalama 9.0 xal, 2.2 ribaund, 1.1 assist nəticəsini göstərmişdir.
NBA karyerası statistikaları
[redaktə | mənbəni redaktə et]İllər | Komanda | GP | GS | MPG | FG% | 3P% | FT% | RPG | APG | SPG | BPG | PPG |
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
2013–14 | Memfis | 1 | 0 | 4.0 | .000 | .000 | .000 | .0 | .0 | .0 | .0 | .0 |
2013–14 | Klivlend | 1 | 0 | .9 | .333 | 1.000 | .000 | 1.0 | .0 | 2.0 | .0 | 3.0 |
2014–15 | Feniks | 2 | 0 | 4.0 | .000 | .000 | .000 | 1.0 | .5 | .0 | .0 | .0 |
2015–16 | Sakramento | 44 | 9 | 15.7 | .455 | .450 | .833 | 1.4 | 1.5 | .5 | .1 | 6.8 |
2016–17 | Dallas | 70 | 42 | 29.0 | .481 | .425 | .850 | 2.5 | 2.7 | 1.1 | .1 | 12.8 |
Karyera | 118 | 51 | 23.2 | .473 | .432 | .844 | 2.0 | 2.2 | 0.9 | .1 | 10.2 |
- 23 avqustda doğulanlar
- 1990-cı ildə doğulanlar
- Yaşayan insanlar
- Şimali Karolinada doğulanlar
- Dyuk Universitetinin məzunları
- Əlifba sırasına görə basketbolçular
- Memfis Qrizzlis oyunçuları
- Klivlend Kavalers oyunçuları
- Foniks Sans oyunçuları
- Sakramento Kinqz oyunçuları
- Dallas Maveriks oyunçuları
- Portlənd Treyl Bleyzers oyunçuları
- Filadelfiya Seventi Siksers oyunçuları
- Bruklin Nets oyunçuları
- Şarlott Hornets oyunçuları
- ABŞ basketbolçuları