Sumqayıtçay
Sumqayıtçay | |
---|---|
| |
Ölkə | Azərbaycan |
Rayon | |
Şəhər | |
Mənbəyi | Gülümdostudağı |
• Yüksəkliyi | 2000 m |
Mənsəbi | Xəzər dənizi |
Uzunluğu | 201 km |
Su sərfi | 1,34 m³/san |
Su hövzəsi | Xəzər dənizi |
Hövzəsinin sahəsi | 1751 km² |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Sumqayıtçay — Şamaxı, Xızı rayonları və Sumqayıt şəhər inzibati ərazi vahidlərinin ərazisindən axaraq Xəzər dənizinə tökülür.
Ümumi məlumat
[redaktə | mənbəni redaktə et]Uzunluğu 198 km, hövzəsinin sahəsi 1751 km²-dir. Başlanğıcını Gülümdostudağdan (2000 m) götürür. Sumqayıtçay adını Qozlu və Çikilçay birləşəndən sonra alır. Yuxarı axarında Quzduçay, Qozluçay, Cəngiçay da adlanır.
Böyük Qafqazın cənub yamacı çayları içərisində ən az sululuğa malik olması ilə fərqlənir. Axımı əsasən yağış (90%) sularından əmələ gəlir. Orta illik su sərfi 1,34 kub m/san-dir. Bunun 80-85%-i yaz-yay, 10-15%-i isə payız və qış fəslində keçir. Daşqınlar yağış sularından əmələ gəldiyinə görə qısamüddətli olur və yağış kəsiləndən sonra qurtarır. Daşqın hər il eyni vaxtda müşahidə edilir. Suyu sulfatlı-natriumlu olmaqla ən çox minerallaşmaya (1000 mq/l) malikdir.
Mühüm qolları Cigil və Kənda çaylarıdır.
Sumqayıtçaydan suvarma işlərində istifadə edilir.