Pelops

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Manisa Spil Dağı Yarıkkaya mövqeyində “Pelopsun Taxtı”

“Frigiyalı” və ya hətta “Frigiya kralı” olaraq bilinən Pelops, Frigiya ölkəsinin ən qərb ucunda, İzmir-Manisa arasındakı Spil dağı və Yamanlar dağı ətrafında, dağ ilə eyni adı daşıyan, lakin bu günümüzə qədər çox az iz qalmış, Sipylus şəhər mərkəzli ehtimal ki, eramızdan əvvəl XII əsrdə hökm sürmüş yerli bəy Tantal və həyat yoldaşı Dionanın oğlu, Niobenin qardaşıdır. Povest şəklində bu günümüzə qədər qalan məlumatlar qədim yunan mifologiyasından keçmişdir.

Dövrü tarixi insanların və hadisələrin əfsanə və povestlərə və xüsusən də Qərbi Anadoluda olan Het/Luvi/Frigiya/Lidiya mədəniyyətlərinə görə fərqləndirmək çətin olduğu bir dövr olsa da, vətəni özündən bir neçə əsr sonra Lidiya mədəniyyətinin doğacağı məkan olacağına görə bəzi mənbələr, Pelopsu və buna görə Tantalı və Niobeyi Lidiyalı olaraq qəbul etmək üçün möhkəm bir zəmin olduğu qənaətinə gəlmişdilər.

Rəvayətə görə Tantal oğlu Pelopsu Tanrılara qurban verdi və ətini onlara yedirtmişdir. Tanrılar bunu başa düşdükdə, Pelopsu yenidən diriltdilər və Tantalı cəzalandırdılar. Daha sonra Pelops Pisa kralı Oenomausun qızı Hippodameia ilə evləndi.

Yunanıstana Anadolulu Pelops Spilindən böyük bir sərvətlə getmiş və onu orada da kral elan etmişdilər. Mora yarımadasının Qərb dillərindəki adı olan Peloponnes adı da Pelopsun adından gəlir. Bəzi mənbələr, qurduğu sülalədə özündən sonra gələn oğlu Atreusu, Het kralı III Hattuşilinin hakimiyyəti dövründə (e.ə. 1275-1250) Qərbi Anadolu sahil xəttinə hücumlar təşkil etdiyi, Hett qeydlərinə alınmış Ahhiyalı Attarsiya ilə əlaqələndirirlər.

Spil dağında, Yarıkkaya bölgəsində “Pelops taxtı” adlandırılan və Pelops ilə əlaqələndirilən, Frigiya dini sənətinin izlərini saxladığı və əvvəllər bir heykəlin yerləşdirildiyi ehtimalını yüksək olan “səcdəgah” və ya “qurbangah” var