Proqnoz

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç

Proqnoz – [yun. prognosis, pro – irəli; gnosis – bilik, əvvəlcədən görmə] 1) müəyyən bir hadisənin gələcək inkişafı və nəticəsi haqqında öncədən verilən məlumat; 2) obyektin gələcəkdə mümkün ola bilən halları və alternativ yollar və onların gerçəkləşməsi dövrü haqqında elmi cəhətdən əsaslandırılmış rəydir; 3) müəyyən verilənlər əsasında hər hansı bir hadisənin qarşıda duran inkişafının necə gedəcəyini və necə qurtaracağını əvvəlcədən demək.

Proqnozlaşdırma – hər hansı bir hadisənin (yaxud hadisələr sinfinin) və ya proseslərin, sistemlərin inkişaf perspektivlərinin müəyyənləşdirilməsinə yönəlmiş elmi tədqiqat. Elmi qabaqgörənliyin konkretləşdirilməsi olan proqnozlaşdırma sosial sahədə planlaşdırma, layihələşdirmə, proqramlaşdırma, idarə etmə və məqsədliliklə bağlıdır.

Proqnozların əsas növləri

[redaktə | mənbəni redaktə et]
  • Texnoloji proqnozProqnozlaşdırılmış sferada texnologiyanın inkişafı saviyyəsinə aiddir, habelə texnologiyaların gələcək istiqamətlərini analiz etməyə kömək edir
  • İqtisadi proqnoztəşkilatın inkişafına təsir edən iqtisadi amillərin təhlili
  • Satış proqnozu (tələb) — məhsulların satışına təsir edən amillərin proqnozlaşdırılması (tələbə görə)
  • İqtisadi rəqabətin proqnozlaşdırılmasırəqiblərin gələcək strategiyalarının proqnozlaşdırılması
  • Sosial proqnozlaşdırmaəhalinin və bütövlükdə cəmiyyətin sosial vəziyyətində dəyişikliklərin proqnozlaşdırılması
  • Kriminoloji proqnoz
  • R. Əliquliyev, S. Şükürlü, S. Kazımova. Elmi fəaliyyətdə istifadə olunan əsas terminlər. Baki, İnformasiya Texnologiyaları, 2009, 201 s.