Qaqauziya
Muxtar Respublika | |
Qaqauz Yeri Muxtar Bölgəsi | |
---|---|
qaq. Avtonom Territorial Bölümlüü Gagauz Yeri rum. Unitatea Teritorială Autonomă Găgăuzia | |
46°19′ şm. e. 28°40′ ş. u.HGYO |
|
Ölkə | Moldova |
Daxildir | Moldova |
İnzibati mərkəz | Komrat |
Ən böyük şəhəri | Komrat |
Qaqauziya Başqanı | İrina Vlah |
Qaqauziya Parlamenti sədri | Vladimir Kıssa |
Tarixi və coğrafiyası | |
Yaradılıb | 23 dekabr 1994 |
Sahəsi | 1,832 km² |
Saat qurşağı | GMT +2 |
Əhalisi | |
Əhalisi | 161.800 nəfər (2015) |
Əhalinin sıxlığı | 877 nəfər/km² |
Etnik tərkib | Qaqauzlar |
Dini tərkib | Pravoslav (Xristianlıq) |
Rəsmi dillər |
Qaqauz dili Rumın dili Rus dili |
Rəqəmsal identifikatorlar | |
ISO kodu | MD-GA |
İnternet domeni | .md |
Avtomobil nömrəsi | GE |
Rəsmi sayt | |
Vikianbarda əlaqəli mediafayllar |
Qaqauziya (qaqauz. Gagauz Yeri/Gagauziya; mold. Găgăuzia) və ya rəsmi olaraq Qaqauz Yeri Muxtar Bölgəsi (qaqauz. Avtonom Territorial Bölümlüü Gagauz Yeri; mold. Unitatea Teritorială Autonomă Găgăuzia) — Moldova Respublikasının tərkibində muxtar ərazi. Qaqauziya Moldovanın cənubunda yerləşir. Paytaxtı Komrat şəhəri, ümumi sahəsi 1,832 kvadrat kilometrdir.[1]
Tarix
[redaktə | mənbəni redaktə et]Orta əsrlərdə
[redaktə | mənbəni redaktə et]Qaqauzlar ortodoks xristian mənşəli etnik türklərdir. Bizans yazılı mənbələrində Oğuzlar XI əsrdə Dunay çayını keçib Balkanlardakı Makedoniya, Paristrione, Yunanıstan və Bolqarıstanda yerləşən köçəri tayfalar olaraq qeyd edilmişdir. Bəzi müəlliflərə görə qədim Kutriqurların davamçılarıdır.[2] Necə yarandıqları haqqında 19 fərqli iddia var. XI əsrdə Balkanlara köç edən qaqauzlar pravoslavlığı qəbul etmişlər daha sonra Osmanlı hakimiyyəti altında qalmışlar. Tadeuş Yan Kovalskinin fikrincə Qaqauzlar Səlcuq sultanı II Keykavusla birlikdə Dobruca bölgəsinə gəlmiş, zamanla xristianlığı qəbul etmişlər. Bu ideyaya görə "Qaqauz" adı elə Keykavusdan gəlir. Başqa bir iddiaya görə Qaqauzlar özünü əsl bulqar və ya slavyan olmayan bulqar kimi görürdülər və buna görə də onlar qədim bulqarlardır.[3] Qaqauz sözü, kök oğuz sözünün dəyişməsidir.
Müstəqilliyədək
[redaktə | mənbəni redaktə et]Əsasən 1812-ci ildə Bolqarıstandan Moldovaya köçürülmüşdülər. 1906-cı ildə Andrey Qalaçanın başçılıq etdiyi kəndli üsyanı başlamış və Bender uyezdində cəmi 5 gün həyat sürmüş Komrat Respublikası elan edilmişdi.[4] 1917-ci ilədək Rusiya imperiyası tərkibində olmuşdur. Bu tarixdən sonra Rumıniya (1918–1944) və Moldova SSR (1944–1991) tərkibində olmuşdur. 1994-cü ilədək Moldova hökuməti Qaqauziyaya muxtariyyət verməmiş, 23 dekabr 1994-cü ildə isə Qaqauziya muxtar torpağı yaratmalı olmuşdur.
İnzibati bölgü
[redaktə | mənbəni redaktə et]Qaqauziya üç rayona bölünür:
- Komrat rayonu — mərkəzi Komrat şəhəridir.
- Çadır-Lunq rayonu — mərkəzi Çadır şəhəridir.
- Vulkaneşti rayonu — mərkəzi Vulkaneşti şəhəridir.
İdarəetmə
[redaktə | mənbəni redaktə et]Qaqauziyanın muxtariyyəti Moldova konstitusiyası ilə qorunur və Moldova xalqı hər hansı bir dövlətə (məsələn, Rumıniya) birləşmək istəsə Qaqauziyanın müstəqilliyini elan etmə hüququ var.[5] Əsas qanunverici orqan Qaqauziya Xalq Məclisidir. Muxtar bölgənin rəhbəri Qaqauziya Başqanı adlanır, 4 ildən bir seçilir. Bundan əlavə, o Moldova hökumətinin bir üzvü sayılır. Başqanlıq seçkilərinə qatılmaq üçün Qaqauz dilini səlis bilmək, Moldova vətəndaşı olmaq və ən azından 35 yaşına çatmaq lazımdır. Əsas hökumət orqanı Qaqauziya Nazirlər Komitəsi sayılır, üzvləri ya başqan ya da xalq məclisi təyin edir. Qaqauziyanın öz polis təşkilatı mövcuddur.[6] Hazırkı başqan İrina Vlahdır.
İqtisadiyyat
[redaktə | mənbəni redaktə et]Qaqauziyanın iqtisadiyyatı kənd təsərrüfatından asılı olub, üzümçülüyün inkişaf etdiyi bölgələrdəndir. Əsas ixracatı şərab, günəbaxan yağı, alkoqolsuz içki, yun və dəri məmulatlarıdır. 12 şərab, 2 yağ, 2 xalça, 1 ət, 1 spirtsiz içki fabrik və zavodu var.
Demoqrafiya
[redaktə | mənbəni redaktə et]2015-ci ilə aid statistikaya görə 161,800 nəfər əhalisi var.[7] Bunlardan 40,4% şəhər, 59,6% kənd yerlərində yaşayır.
Əhalinin təkrar artımı
[redaktə | mənbəni redaktə et]2013 | Say | 1000 nəfərə |
---|---|---|
Doğum | 1897 | 11.7 |
Ölüm | 1605 | 9.9 |
Artım | 292 | 2.2 |
Etnik qruplar[8]
[redaktə | mənbəni redaktə et]Etnik qrup | Sayı | % |
---|---|---|
Qaqauzlar | 127 835 | 82.14 |
Bolqarlar | 8 013 | 5.15 |
Moldovanlar | 7 481 | 4.81 |
Ruslar | 5 941 | 3.82 |
Ukraynalılar | 4 919 | 3.16 |
Rumınlar | 38 | 0.02 |
Digərləri | 1 409 | 0.91 |
Dinlər
[redaktə | mənbəni redaktə et]Əhalinin mütləq əksəriyyəti (96%) xristiandır, 93% pravoslav, 3% isə protestantdır. Digər dinlər üzvləri 2,2%, dinsizlər 1,6%, ateistlər isə 0,2% təşkil edir.
Mədəniyyət
[redaktə | mənbəni redaktə et]Qaqauziyada 33 məktəb, Komrat Pedaqoji Kolleci və Komrat Dövlət Universiteti var.
Media
[redaktə | mənbəni redaktə et]Qaqauziyada əsas fəaliyyət göstərən telekanal Qaqauziya Teleradio Şirkətidir (GRT). Kütləvi informasiya vasitələri əsasən rusca və qaqauzca yayım aparırlar.
Həmçinin bax
[redaktə | mənbəni redaktə et]Xarici keçidlər
[redaktə | mənbəni redaktə et]İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ "Об автономии (сайт филиала ТПП РМ по Гагаузии)". 2007-03-22 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2009-05-01.
- ↑ Стойков, Руси. Селища и демографски облик в Североизточна България и Южна Добруджа, Известия на Варненското археологическо дружество, т. ХV, 1964, с. 98.
- ↑ "The Gagauzes - yet another view" V.Mateeva, 2006 Sofia". 2017-10-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-12-17.
- ↑ Первухин В. Ф. Комратская республика. — Одесса, 2006
- ↑ "East - West Working Group. Levente Benkö. Autonomy in Gagauzia: A Precedent for Central and Eastern Europe?". 2003-03-20 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-12-17.
- ↑ aqauziyanın leqal statusu haqda sənəd Arxivləşdirilib 2009-09-03 at the Wayback Machine (Rumınca)
- ↑ "BNS: Numărul populației stabile al Republicii Moldova la 1 ianuarie 2015, în profil teritorial". 2018-12-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-12-17.
- ↑ "2004-cü il sayımına görə". 2017-10-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-12-17.