Tarla paxlakolu
Tarla paxlakolu | ||||||||
---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||
Domen: Klad: Ranqsız: Aləm: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Dəstə: Fəsilə: Yarımfəsilə: Triba: Cins: Növ: Tarla paxlakolu |
||||||||
Beynəlxalq elmi adı | ||||||||
|
Tarla paxlakolu (lat. Ononis arvensis) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinin paxlakolu cinsinə aid bitki növü.
Botaniki xarakteristikası
[redaktə | mənbəni redaktə et]Çoxillik ot bitkisidir. Gövdəsinin hündürlüyü 40-80 sm düzqalxan, budaqlanan, tikanlı, bəzən tikansız olur. Kökü oxabənzər, 100 sm-ə qədər uzunluğunda, budaqlanan, yuxarıya doğru keçici olmaqla, qısa çoxbaşcıqlı kökümsovdan ibarətdir. Yarpaqları üç hissədən ibarət qovuşuq, metalabənzər parıltılı, kənarları dişcikli, oval və ya uzunsov-ellipsşəkilli, uzunluğu 1,5-3 sm, eni isə 0,5-1,5 sm, yapışqanlı, özünəməxsus iyli olmaqla, saplaqlıdır. Yuxarı yarpaqları aşağı yarpaqlarından xeyli kiçikdir. Çiçəkləri qısa, yan budaqlarında sıx sünbül çiçəkqrupu vardır. Kasacığının uzunluğu 10 mm, 6 ləçəkli, kəpənəkçiçəkli, uzunluğu 15-20 mm, çəhrayı, çəhrayı-ağ və ya ağ, enli yumurtavari, tükcüklü, azacıq şişkin, uzunluğu 7mm, eni isə 5-6mm-dir. Zəif iyli, şirin-acıtəhər dadlı və büzücüdür.
Çəmənliklərdə, çay kənarlarında şumlanmış yerlərdə, kanal ətrafında və kolluqlarda yayılmışdır. Ukrayna və Krasnodar vilayətində mədəni şəkildə becərilir.
Kökləri payızdan çiçəkləmənin sonuna qədər toplanılır və keyfiyyətli dərman bitki xammalı kimi istifadə edilir. Xammalı çardax və naveslərdə, yaxşı ventiliyasiyalı yerlərdə nazik qatla sərilməklə 1-2 sutqa ərzində qurudulmalı və ya 40-500 Ctemperaturda quruducu şkafda qurudulmalıdır.
Qaranlıq, yaxşı havalı yerlərdə stelaj və yeşiklərdə saxlanılmalıdır. Saxlanılma müddəti 2 ildir.
Tərkibi və təsiri
[redaktə | mənbəni redaktə et]Köklərinin tərkibində izoflavonoid qlükozidlər – ononin (aqlikon-formononetin) və onospin (aqlikon-onogenin), tetrasklik triterpen spirti onoçirin vardır. Köklərində aşı maddələri (0,4%), limon turşusu, efir yağı (0,02-0,1%), qatran və mineral duzları 10%, kalium, natrium, kalsium, maqnezium, dəmir, xlor, kükürd, fosfor və silisium vardır.
Hemostatik,diuretik və işlədici dərmandır. Bitkinin kökündə izoflavonoidlər (ononin, formononetin, onogenin), aşı maddələri və efir maddələri vardır. Köklərindən hazırlanan spirtli məhlulun diuretik, hipotenziv, kardiotonik, qankəsici, sidikqovucu, ödqovucu, kapliyar möhkəmləndirici və iltihabsorucu xüsusiyyətləri vardır. Tərkibindəki flavonoidlərin, triterpen spirti onserin və izoflavonoid qlükozidi ononinin təsirindən yandırıcı əleyhinə xüsusiyyəti vardır.
Təbabət praktikasında babasildə bitkinin dəmləməsindən qankəsici və iltihabi proseslər zamanı tətbiq edilir. XVI əsrdən Avropa ölkələrində və Rusiyada farmakopeyaya daxildir. Adətən hemorroyda, düz bağırsaq çatlarında, postdezinteriya və proktoloji qəbizliklərdə, dəmləmə və cövhər şəklində işlədilir. Düz bağırsağın yüksək tonusunda, hemorriadal venalarda, ağrılı defekasiya aktlarında təyin edilir. Tromboflebitdə, varikoz genişlənmiş flebotrombozlarda müvəffəqiyyətlə işlədilir.