URI

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç

URI (ing. Uniform Resource Identifier) — unifikasiya edilmiş resurs identifikatoru. Əvvəllər Universal Resource Identifier (resursun universal identifikatoru) adlanırdı.

URI — hər hansı bir resursu müəyyən etməyə imkan verən simvolik sətir: bu resusrlara misal olaraq sənəd, şəkil, fayl, elektron poçt xidməti və s. göstərmək olar. Əlbəttə, hər şeydən əvvəl şəbəkə resursları əsasdır. URI resurs eyniləşdirməsinin sadə və genişlənmiş üsulunu təqdim edir. URI genişlənmə qabiliyyəti, URI daxilində eyniləşdirilmiş bir neçə sxemin mövcud olduğunu və gələcəkdə bir neçə sxemin də yaradıla biləcəyini bildirir.

URL və URN arasında əlaqə

[redaktə | mənbəni redaktə et]
URI sxeminin alt çoxluqlarını (URL və URN) əks etdirən Venn diaqramı

URL, resursun eyniləşdirilməsindən başqa, bu resursun olduğu yer haqqında informasiya verir. Amma URN, yalnız müəyyən yerdə olan resursu aşkar edir, amma onun olduğu yeri göstərmir. Məsələn, URN urn:ISBN:0-395-36341-1 — ad sahəsində olan ISBN:0-395-36341-1 resursu (kitabı) göstərir, amma, URL-dan fərqli olaraq, URN bu resursun olduğu yeri göstərmir: belə olduqda bu resursu hansı mağazadan əldə etmək və ya hansı saytdan yükləmək haqqında informasiya olmur.

Mütləq URI-lər

[redaktə | mənbəni redaktə et]
  • http://az.wikipedia.org/wiki/URI
  • ftp://ftp.is.co.za/rfc/rfc1808.txt
  • file://C:\UserName.HostName\Projects\Wikipedia_Articles\URI.xml
  • file:\\\C:/file.wsdl
  • ldap://[2001:db8::7]/c=GB?objectClass?one
  • mailto:John.Doe@example.com
  • sip:911@pbx.mycompany.com
  • news:comp.infosystems.www.servers.unix
  • data:text/plain;charset=iso-8859-7,%be%fe%be
  • tel:+1-816-555-1212
  • telnet://192.0.2.16:80/
  • urn:oasis:names:specification:docbook:dtd:xml:4.1.2

/relative/URI/with/absolute/path/to/resource.txt

relative/path/to/resource.txt

../../../resource.txt

resource.txt

/resource.txt#frag01

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]